Diş texniki

822 elementdən 181-200 arası göstərilir.

Sual № 181

Kiçik azı dişlərinə hazırlanan yarımqapaqlara nə deyilir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 134
Yarımqapaqlar və ya ¾ qapaqlar çıxmayan protezlərə aiddir. Onlar dişin vestibulyar səthindən başqa bütün digər səthlərini örtür. Yarımqapaqlar frontal dişlər, çox vaxt üst kiçik azı, nadir hallarda isə böyük azı dişlərdə hazırlanır.

Sual № 182

Ə.A.Əhmədov tərəfindən təklif olunmuş ştiftli diş hansı konstruksiyaya aiddir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-81
Konstruksiyasına görə ştiftli dişlər iki qrupa bölünür: sadə və mürəkkəb. Sadə konstruksiyalara Loqanın, Devisin ştiftli konstruksiyaları və eləcə də standart ştiftlərlərlə; standart dişlərin tezbərkiyən plastik kütlə ilə bərkidilən üsullari aiddir. Mürəkkəb konstruksiyalara isə Reçmondun, İlyinanın, Əhmədovun ştiftli dişləri aid edilir.

Sual № 183

Hansı variant çıxmayan protez hazırlanmasının klinik mərhələsinə aiddir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137
Çıxmayan protezlərin hazırlanmasının bir sıra klinik və laborator mərhələsi vardır. Dişlərin yonulması, ölçünün alınması, mərkəzi okklüziyanın təyini və dişləm hündürlüyünün təyini klinik mərhələlərə aiddir. Digər variantlar laborator mərhələlərə aiddir.

Sual № 184

Süni qapağa aid olan tələblər hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 136
Süni qapaqlara bir sıra tələblər irəli sürülür:
1.Bərpa edilən dişin anatomik formasına tam uyğun olmalıdır.
2.Aydın bilinən ekvatoru olmalıdır.
3.Diş boynunu tam əhatə etməli və diş əti cibinə 0,2 mm-dən artıq girməməli.
4.Qonşu dişlərdə kontakt nöqtələri bərpa etməlidir.
5.Alt çənənin hərəkətinə mane olmamalı, dişləmi qaldırmamalıdır.

Sual № 185

Ştamplamanın əsas məqsədi nədir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137
Ştamplanmanın əsas məqsədi gilizin formasını dişin anatomik formasına yaxınlaşdırmaqdır. Bunun üçün bir sıra klinik və laborator mərhələlər var. Ştamplama üsulu ilə qapağın hazırlanmasının 12 klinik və laborator mərhələsi var;
1. Dişlərin yonulması
2. Ölçünün alınması
3. Diş cərgələrinin gips modellərinin alınması
4. Mərkəzi okklüziyanın təyini (klinikada) və modellərin mərkəzi okklüziya vəziyyətində qapanması (laboratoriyada).
5. Modellərin okklüdatora bərkidilməsi
6. Diş taclarının modelləşdirilməsi
7. Modeldən gips ştampların alınması
8. Gips ştamplardan metal ştampların alınması
9. Gilizlərin seçilməsi və hazırlanması
10. Qapaqların ştamplanması
11. Klinikada qapaqların yoxlanılması

Sual № 186

Diş tacını tam əhatə edən qapaq necə adlanır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 130-132
Dişin tacını tam əhatə edən qapaq tam tökmə qapaqdır. Yarımqapaq ¾ qapaqdır, vestibulyar səthdən başqa bütün səthləri əhatə edir. Ekvator qapaq yalnız ekvator xəttinə qədər olan qapaqdır. Taxma bir mikroprotezdir. Güdüllü qapaq –ştiftdən və güdüldən ibarətdir.

Sual № 187

Qapaq tam hazır olana qədər neçə dəfə ştamplanır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 145
Ştamplanmanın 3 növü , ilkin və yekun iki mərhələsi var. İlkin ştamplama metal ştamp üzərində aparılır, yekun ştamplama zindan (yolka nakovalniya) üzərində. Qapaq 2 dəfə ştamplanır: ilkin və yekun.

Sual № 188

Bərpaedici qapaqlar hansı qapaqlardır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60
Təyinatına görə süni qapaqlar bir neçə qrupa bölünür:
1.Dayaq
2.Fiksasiyaedici
3.Bərpaedici
Dayaq məqsədilə hazırlanan qapaqlar körpüvari protezlərə dayaq rolu oynayır. Fiksasiyaedici konstruksiyalar daimi və müvəqqəti aparat və protezlərin fiksasiyası üçün hazırlanır. Bərpaedici konstruksiyalar dağılmış təbii diş taclarının formasını, hündürlüyünü və funksiyasını bərpa etmək üçün istifadə edilir.

Sual № 189

Körpüvari protez hazırlanmasının laborator mərhələsinə aid olanı hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137
Körpüvari protezlərin müxtəlif növləri var. Növündən asılı olaraq onların müxtəlif klinik və laborator mərhələləri var. Yalnız aşağıdakı adları çəkilən variantlar konstruksiyadan asılı olmayaraq sırf klinik mərhələlərdir.
1.Dişləmin hündürlüyünün təyini
2.Ölçünün alınması
3.Dişlərin yonulması
4.Mərkəzi okklüziyanın təyini
Aralıq hissənin modelləşdirilməsi laborator mərhələdir.

Sual № 190

Körpüvari protez nəyə deyilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Təbii dişlərdən dayaq elementi kimi istifadə edərək olmayan dişləri bərpa etmək körpüvari konstruksiyalar vasitəsilə mümkündür. Bunlar da öz növbəsində bir tərəfli konsol və ya iki tərəfli olur. Körpüvari protezlər iki hissədən ibarətdir: əsas olan aralıq və dayaq elementlər.

Sual № 191

Şpatellə boyun açıldıqdan sonra texnik kimyəvi qələmlə hansı elementi çəkir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 142-143
Ştamplama üsulu ilə qapaq hazırlayarkən texnik şpatellə boynu açandan sonra klinik boynu çəkir. Dişin iki boynu var: klinik və anatomik. Kilinik boyun model üzərində görünən kimyəvi qələmlə çəkilən boyundur. Anatomik boyun gips sütunu üzərində şpatellə cızılan və gələcək qapağın uzunluğunu bilindirən boyundur.

Sual № 192

Aşağıdakılardan hansı patolojı sürtülmə zamanı istifadə olunur?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57-59
Taxmaların hazırlanmasına göstərişlər:
1.Dişin sərt toxumalarının qüsurlarını bərpa edir.
2.Dişin sərt toxumalarının sürtülməsinin profilaktikası üçün istifadə edilir.
3.Körpüvari və bügel protezlərinə dayaq elementi kimi istifadəsi mümkündür.

Sual № 193

Ştamplamanın ilkin mərhələsində dişin ekvatorla boynunun arasına nəyə görə çəkic zərbəsi vurmaq olmaz?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 142-145
Ştamplanmanın iki mərhələsi var:ilkin və yekun. İlkin ştamplama zamanı çəkicin zərbələri çeynəmə səthindən ekvator doğru yönəlməlidir. Əks halda gilizin üzərində qatlar əmələ gəlir. Daha sonrakı mərhələdə bu daha da böyük nöqsanlar yaradır. Yekun ştamplanmada bu qatlar ştampın işində aradan qaldırıla bilməz, bir az da sıxlaşar.

Sual № 194

Belkinə görə kombinəedilmiş qapaq küvetə necə gipslənir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 75
Belkinə görə kombinəedilmiş qapaq küvetə üfüqi, mum hissəsi yuxarı. Suda isladılır və ya yağlanır və küvetin əks hissəsi tökülür.

Sual № 195

Ştiftli dişlərə aid olan əks göstərişlər hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 156
Ştiftli dişlərin hazırlanmasına müəyyən göstərişlər vardır ki, bunlara mütləq riayət olunmalıdır;
1.Köklər sağlam olmalı, heç bir iltihabı proseslər olmamalı.
2.Tac dağılmış olsa belə, kök damaq səthinə qədər olmalıdır.
3.Kanal apeksa qədər və ya bir az çox doldurulmalıdır.
4.Ştiftli dişlər tək və çox köklü dişlərə hazırlana bilər. Yalnız bu köklər əyri və qısa olmamalı.

Sual № 196

Toxunan forma nə zaman düzgün hesab edilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezlərin aralıq hissəsinin 3 növü var: 1.Yəhərəbənzər2.Yuyulan 3.Toxunan Toxunan və yuyulan formaların eyni cəhəti hər ikisində gigiyenik olmasıdır. Toxunan forma damağa yalnız vestibulyar səthi ilə toxunur, bununla o gigiyenik cəhətdən əlverişlidir.

Sual № 197

Tam tökmə körpüvari protezlərin hazırlanması üçün nədən model hazırlanır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 99-100
Tam tökmə körpüvari protezləri hazırlayarkən gipsdən və super gipsdən model hazırlanır.

Sual № 198

Teleskopik qapaq nəyə deyilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 73
Teleskopik qapaqlar çıxan protezlərin fiksasiyası üçün tətbiq edilən konstruksiyaya deyilir. Bu qapaqlar iki hissədən ibarətdir: xarici və daxili qapaqdan. Daxili qapaq adi silindr formasında olur, dişə daim sementlənir və diş əti cibinə girir. Xarici qapaq isə çıxan protezə lehimlənir. Çıxan konstruksiya çıxarıldıqda xarici qapaq çıxır, daxili isə dişin üzərində qalır. Bu konstruksiyalara teleskopik qarmaqlarda deyilir.

Sual № 199

Tam tökmə körpüvari protezin müsbət xüsusiyyəti aşağıdakılardan hansıdır?

  Ədəbiyyat: Z.İ.Qarayev ”Ortopedik Stomatologiya”.Bakı-2008. səh 136
Tam tökmə üsulu ilə hazırlanan körpüyəbənzər protezlərin hazırlanmasında protez materialı kimi qızıl, kobalt-xrom, palladium və gümüş əsaslı xəlitələrdən istifadə edilir. Bu metal konstruksiya vasitəsilə dişlərin anatomik formasını tam bərpa etmək mümkün olduğundan ondan dişlərin patoloji sürtülməsində geniş istifadə edilir.

Sual № 200

Aşağıdakılardan hansı yarımqapaqların hazırlanmasına aid deyil?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 102
Yarımqapaqlar aşağıdakı hallarda hazırlanır:
1.Körpüvari protezin fiksasiyası üçün
2.Şinalayıcı protezin fiksasiyası üçün
3.Frontal dişlərin patoloji sürtülməsi zamanı
4.Kəsici dişlərin sınmış tinlərinin bərpası üçün
Çıxan körpüvari protezlərin ağız boşluğunda fiksasiyası üçün yarımqapaqlardan istifadə etmirlər.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×