Diş texniki
822 elementdən 201-220 arası göstərilir.
Sual № 201
Hansı variant süni qapağa aid olan tələbdir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60
Süni qapaqlar dişlərin anatomik formasını və ağız boşluğundakı rolunu, yəni funksiyasını bərpa etməlidirlər. Bu zaman aşağı çənənin okklüzion hərəkətinə mane olmamalıdır. Bəzi konstruksiyalar vardır ki, onlar məhz bu məqsədlə hazırlanır.
Sual № 202
Körpüvari protezə aid olan mənfi xüsusiyyət hansıdır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Ümumiyyətlə, Ortopedik Stomatologiyada mövcud olan bütün konstruksiyaların müsbət cəhətləri ilə yanaşı bəzi mənfi cəhətləri də var. Körpüvari protezlərin müsbət cəhətləri bunlardır:
1.Olmayan dişləri əvəz edir.
2.Bərpa edilmiş dişlərin nəinki anatomik formasını, həmçinin ağız boşluğundakı funksiyasını da bərpa edir.
3.Xəstənin zövqündən,maddi vəziyyətindən asılı olaraq istənilən materiallardan hazırlana bilər.
4.Körpüvari protezlərin həm müalicəvi, həm də profilaktik effekti olur.
5.Dişlərin hərəkət etməsinin və okklüzion səthin deformasiyasının qarşısını alır. Müsbət cəhətlərlə bərabər mənfi cəhətlərdə mövcuddur:
1.Dayaq elementlərin fiksasiyası üçün intakt dişlərin sağlam toxumalarının yonulması
2.Dayaq dişlərin sayının və protezin konstruksiyasının düzgün seçilməməsi zamanı dişlərin paradontunun funksional yüklənməsi
3.Diş əti kənarının süni qapaq tərəfindən zədələnməsi
4.Estetik cəhətdən qənaətbəxş deyil
5.Konstruksiyanın çıxmayan olduğundan gigiyenik qulluğun çətinləşməsi

Sual № 203
Taxma nəyə deyilir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57-60
Taxmalar çıxmayan konstruksiyalara aid olan mikroprotezdir. Taxmalardan istifadə etdikdə dişin boşluğunda həndəsi formada oturacaq hazırlanır və taxma səthlərin sıx təması vasitəsilə fiksasiya edilir.
Sual № 204
Güdüllü qapaq nəyə deyilir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60
Süni qapaqlar müxtəlif xassələrinə görə təsniflənir:
1.Hazırlanma materialına görə
2.Hazırlanma üsuluna görə
3.Funksiyasına görə
4.Təyinatına görə
Təyinatına görə qapaqlar dayaq, fiksasiyaedici və bərpaedicilərə bölünür. Bərpaedici qapaqlara güdüllü qapaqlar aiddir. Bu növ qapaqlar təbii dişlərin dağılmış taclarının hündürlüyünü, formasını və funksiyasını bərpa edir.

Sual № 205
Dişin tac hissəsini modelləşdirdikdə onun həcmini hansı konstruksiyalarda azaldırlar?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 145
Ştamplanmış qapaqlarda dişin tac hissəsini modelləşdirdikdə onun həcmini azaldırlar.
Gips sütununun üzərində qalır, bu modelləşdirilmiş forma, sonra melod sütuna keçir. Bu forma üzərinə giliz taxılıb qapaq döyülür. Qapağın ölçülərinin normal dişin ölçüsündən böyük olmaması üçün modelləşdirmə zamanı həcmi kiçildilir.

Sual № 206
Süni qapağa aid olmayan tələb hansıdır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60
Süni qapaqlara aid olan tələblər aşağıdakılardır:
1.Qapaqlar diş əti cibinə daxil olmalıdır
2.Qonşu dişlərlə təmasda olmalıdır
3.Diş sıralarının qapanmasına mane olmamalıdır
4.Dişləmi qaldırmamalıdır
Yalnız ekvatorun yaxşı əks olunmaması süni qapaqların hazırlanmasına aid olan tələb deyil.

Sual № 207
Yarımqapaq nəyə deyilir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 134
Yarımqapaqlar və ya ¾ qapaqlar çıxmayan protezlərə aiddir. Onlar dişin vestibulyar səthindən başqa bütün digər səthlərini örtür. Yarımqapaqlar frontal dişlər, çox vaxt üst kiçik azı, nadir hallarda isə böyük azı dişlərdə hazırlanır.
Sual № 208
Körpüvari protezin fiksasiyaedici hissəsi hansıdır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Adları çəkilən variantlardan yalnız taxmalar körpüvari protezlərə fiksasiya elementi kimi tətbiq oluna bilər.
Sual № 209
Çıxmayan protezlərə nə aid deyil?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Çıxmayan protez dağılmış dişləri bərpa edir.Olmayan dişləri əvəz etmək üçün təbii dişlərə fiksasiya edilir və yalnız həkim tərəfindən çıxarılır. Çıxmayan protezlərə aiddir: taxmalar, yarımqapaqlar, bütün növ qapaqlar, ştiftli dişlər, körpüvari və konsol protezlər. Lövhəli protezlər çıxmayan protezlərə aid deyil
Sual № 210
Ortodontik qapaqlardan nə üçün istifadə olunur?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 218
Ortodontik qapaqlardan çıxmayan ortodontik aparatları dişlərə fiksasiaya etmək üçün istifadə edilir.
Sual № 211
Konsol protez neçə hissədən ibarətdir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezlər dayaq elementindən və aralıq hissədən ibarətdir. Birtərəfli dayaq elementi olan körpüvari protezə konsol protez deyilir. Belə ki, konsol protezlər 2 hissədən ibarətdir: birtərəfli dayaq və aralıq hissədən
Sual № 212
Selikli qişaya çatmayan aralıq hissə hansıdır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Yuyulan forma damağın dərin atrofiyası zamanı hazırlanır. Adından bəlli olduğu kimi yuyulan (və ya asma) yəni damağa çatmayan formadır.
Sual № 213
Kombinəedilmiş körpüvari protez aşağıdakılardan hansıdır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 180,196
Kombinəedilmiş körpüvari protezin metaldan karkası plastmas və ya çini ilə üzlüklənmiş olur.
Sual № 214
Ştamplanmış qapağın hazırlanmasının neçə kliniki mərhələsi var?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137
Ştamplanma üsulu ilə qapağın hazırlanmasının 4 klinik mərhələsi var;
1.Dişlərin yonulması
2.Ölçünün alınması
3.Mərkəzi okklüziyanın təyini
4.Hazır qapağın ağızda yoxlanması
1.Dişlərin yonulması
2.Ölçünün alınması
3.Mərkəzi okklüziyanın təyini
4.Hazır qapağın ağızda yoxlanması
Sual № 215
Süni qapaq nəyə deyilir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 136
Süni qapaqlar dişlərin anatomik formasını və ağız boşluğundakı rolunu, yəni funksiyasını bərpa etməlidirlər. Bu zaman aşağı çənənin okklüzion hərəkətinə mane olmamalıdır.
Sual № 216
Dayaq-tutucu klammerli körpüvari protez nəyə aiddir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 180-183
Çıxan körpüvari protez hazırlanmasına görə 2 yerə bölünür_
1.Dayaq –tutucu klammerlə çıxan körpüvari protez
2.Qıfıllı birləşmələrlə olan çıxan körpüvari protez
1.Dayaq –tutucu klammerlə çıxan körpüvari protez
2.Qıfıllı birləşmələrlə olan çıxan körpüvari protez
Sual № 217
Ştiftli dişlərin hazırlanmasına əks göstərişlər hansıdır?
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 149
Ştiftli dişlər, eləcə də aşağı dişlərin tacı dağıldıqda və onların kökü ştiftli diş hazırlanması tələblərinə cavab verdikdə düzəldilir. Eyni zamanda qeyd etmək lazımdır ki, aşağı mərkəzi və yan kəsici dişlərin və eləcə də böyük azı dişlərin köklərinin kanalları dar olduğundan çox vaxt bu dişlərin köklərində ştiftli diş hazırlamağa göstəriş olmur.
Sual № 218
Ştiftli dişə dayaq olan kökün uzunluğu necə olmalıdır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 80
Ştiftli konstruksiyalar hazırlanan köklər müəyyən tələblərə cavab verməlidir.
1. Kökün kanalı apeksə və ya bir az da çox doldurulmalıdır
2. Periodont toxumalarında heç bir iltihabı proses olmamalı
3. Kök damaq səviyyəsindən aşağı olmamalıdır
4. Kökün uzunluğunun tacın uzunluğuna nisbəti 2:1 olmalıdır

Sual № 219
Qapaqlar tətbiqinə görə neçə yerə bölünürlər?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60
Hazırlanma materialına görə: metal, qeyri-metal və kombinəedilmiş.
Tətbiqinə görə: dayaq, fiksasiyaedici və bərpaedici.
Konstruksiyasına görə: tam, ekvator, yarımqapaq, güdüllü, teleskopik və ştiftli. Hazırlanma üsuluna görə: tökmə, ştamplanmış və qaynaq edilmiş (tikişli).

Sual № 220
Modelləşdirmə zamanı mum diş boynunu örtərsə nə baş verər?
Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 92
Qapaq dişin boynunu kip əhatə etməklə, fizioloji diş əti cibinə minimal (0,3-0,5 mm) daxil olmalıdır. Əgər qapaq dişin boynundan enlidirsə, o, diş əti cibində deyil, onun üstündə oturur. Belə qapaq sementlənərsə, onunla diş arasındakı boşluğu sement doldurur. Lakin tədricən ağız suyunun təsirindən sement sovrulur və həmin boşluğa qida qalıqları dolur. Qidanin parçalanma məhsulları ağızda xoşagəlməz qoxunun yaranmasına səbəb olmaqla yanaşı, boyunətrafı kariyesin yaranmasına gətirib çıxarır, ya da konstruksiya boşalıb düşür.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?