Diş texniki

822 elementdən 221-240 arası göstərilir.

Sual № 221

Çıxmayan protezlər neçə qrupa bölünür?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 130
Çıxmayan protezləri 2 qrupa bölünür:
1.Diş tacı qüsurlarını bərpa etmək üçün konstruksiyalar (taxma, yarımqapaq, süni qapaqlar, ştifli dişlər)
2.Diş sırası qüsurlarını bərpa edən konstruksiyalar (körpüvari və konsol protezlər)

Sual № 222

Yarımqapaqların mənfi xüsusiyyəti hansıdır?

  Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 103
Yarımqapaqlar dişin oral, aproksimal və çeynəmə səthlərini örtür və dayaq məqsədilə istifadə olunur. Bu konstruksiya estetik baxımdan əlverişli olsa da hazırlanmasında buraxılan səhvlər bu protezi yerinə oturtmağı çətinləşdirir, bəzən mümkünsüz edir, gələcək dişin metal ilə təmas səthlərində kariyesin yaranmasına gətirib çıxarır. Halhazırda estetik baxımından daha əlverişli və etibarlı çıxmayan protez konstruksiyaları istifadəsini çox məhdudlaşdırmışdır.

Sual № 223

Ştiftli dişlərə aid olmayan tələb hansıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-80
Ştiftli dişlərin hazırlanması üçün istifadə olunacaq köklər müəyyən tələblərə cavab verməlidir. Əks halda konstruksiyanın keyfiyyətinə və uzun ömürlülüyünə zəmanət vermək olmaz. Bu tələblərə aşağıdakılar aiddir:
1.Kökün kanalı apeksə və ya bir az da çox doldurulmalıdır
2.Periodont toxumalarında heç bir iltihabı proses olmamalı
3.Kök damaq səviyyəsindən aşağı olmamalıdır
4.Kökün uzunluğunun tacın uzunluğuna nisbəti 2:1 olmalıdır

Sual № 224

Ştift taxılıcaq kökə aid olmayan tələb hansıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-80
Ştiftli dişlərin hazırlanması üçün istifadə olunacaq köklər müəyyən tələblərə cavab verməlidir. Əks halda konstruksiyanın keyfiyyətinə və uzun ömürlülüyünə zəmanət vermək olmaz. Bu tələblərə aşağıdakılar aiddir:
1.Kökün kanalı apeksə və ya bir az da çox doldurulmalıdır
2.Periodont toxumalarında heç bir iltihabı proses olmamalı
3.Kök damaq səviyyəsindən aşağı olmamalıdır
4.Kökün uzunluğunun tacın uzunluğuna nisbəti 2:1 olmalıdır

Sual № 225

Teleskopik qapaqlar nə üçün hazırlanır?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 145
Teleskopik qapaqlar yalnız protezin fiksasiyası üçün istifadə olunur. Daha doğrusu klammeri əvəz edir. Teleskopik qapaqlar ona görə belə adlanır ki, konstruksiyaları 2 qapaqdan ibarətdir: silindrik formada alt qalpaq ( dişə sementlənir), dişin anatomik formasına uyğun olan üst qapaq

Sual № 226

Ortodontik qapaqları nə zaman istifadə edirlər?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 218-220
Ortodontik qapaqlar yalnız ortodontik aparatları ağız boşluğunda fiksasiya etmək üçün hazırlanır. Bunlar müvəqqəti protez olduğundan yonulmamış dişə qoyulur, diş əti cibinə girmir, diş ətinə çatmır.

Sual № 227

Ştiftli dişlər hansı hissələrdən ibarətdir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-80
Ştiftli diş çıxmayan protezlərə aiddir, təbii dişin tacını tamamilə əvəz edir və kökünün kanalında ştift vasitəsilə bərkidilir. Beləliklə, demək olar ki, ştiftli dişlər 3 hissədən ibarətdir: kökə daxil edilən ştiftdən, kökü ağız suyundan mühafizə edən lövhədən və dişin tacını əvəz edən qapaqdan ibarətdir.

Sual № 228

Tikişli qapaq nədən ibarətdir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 69
Tikişli qapaqlar dişlər qeyri-adi formada olduqda və bu zaman ştampplama üsulu ilə qapaq hazırlamaq mümkün olmadıqda istifadə olunurlar. Qeyri-adi forma dedikdə kəskin bilinən ekvator və kəsici kənarla boyun nahiyyəsinin ölçülərindəki böyük fərq nəzərdə tutulur. Tikişli qapaqlar qızıldan və platindən hazırlanır. Onlar 2 hissədən ibarətdir: ön dişlər üçün dodaq və oral, yan dişlər üçün isə halqadan və çeynəyici səthdən..

Sual № 229

Teleskopik qapaq neçə hissədən ibarətdir?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 145
Teleskopik qapaqlar çıxan protezlərin fiksasiyası üçün tətbiq edilən konstruksiyaya deyilir. Bu qapaqlar iki hissədən ibarətdir: xarici və daxili qapaqdan. Daxili qapaq adi silindr formasında olur, dişə daim sementlənir və diş əti cibinə girir. Xarici qapaq isə çıxan protezə lehimlənir. Çıxan konstruksiya çıxarıldıqda xarici qapaq çıxır, daxili isə dişin üzərində qalır. Bu konstruksiyalara teleskopik qarmaqlarda deyilir.
Teleskopik qapaq 2 qapaqdan ibarət olduğundan qısa tacın formasını uzadır.

Sual № 230

Aşağıdakılardan hansı ortodontik qapaqdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 219-220
Ortodontik qapaqlar yalnız ortodontik aparatları ağız boşluğunda fiksasiya etmək üçün hazırlanır. Bunlar müvəqqəti protez olduğundan yonulmamış dişə qoyulur, diş əti cibinə girmir, diş ətinə çatmır

Sual № 231

Tam qapağın hazırlanmasında buraxıla bilən səhvlərə nə aid deyil?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 125
Tam qapaqların hazırlanmasında bir sıra səhvlərə yol verilir. Bunlardan ən çox təsadüf edilənləri aşağıdakılardır:
1.Qapağın göstəriş olmadan hazırlanması
2.Qapağın dişin normal anatomik formasını təsvir etməməsi və həmçinin əks çənənin dişləri və qonşu dişlərlə normal qarşılıqlı təmasda olmaması
3.Qapağın diş əti cibinə 0,3-0,5 mm-dən çox keçməsi və eləcə də ona çatmaması
4.Qapağın kənarının dişin boynunu kip əhatə etməməsi
5.Qapağın dişləmi qaldırması
6.Qapağın qabarlarının kəskin modelləşdirilməsi
7.Qapağın estetik təlabata cavab verməməsi və s.

Sual № 232

Hansı variant çıxmayan protez hazırlanmasının laborator mərhələsinə aid deyil?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 138
Mərkəzi okklüziyanın təyini çıxmayan protezlərin kazırlanmasının klinik mərhələsinə aiddir. Adları çəkilən digər cavab variantları çıxmayan protezlərin hazırlanmasının laborator mərhələlərinə aiddir.

Sual № 233

Süni qapaq diş əti cibinə neçə mm daxil olur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 141
Ştamplama qapaq hazırlanarkən onun uzunluğunu 1mm artıq edirlər. Sonunda kəsilib, yonulduqdan sonra qapaq 0,2 mm-dən artıq dişəti cibinə girməməlidir.

Sual № 234

Hazırlanma texnikasına görə neçə cür qapaq mövcuddur?

  Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 88
Qapaqlar müxtəlif xassələrinə görə təsniflənir. Təyinatına görə: bərpaedici və fiksasiyaedici. Qapaqlar daimi və müvəqqəti olur. Konstruksiyasına görə: tam, ekvator, yarımqapaq, teleskopik. Hazırlanma üsuluna görə: tökmə və ştamplama. Materialına görə: metal, qeyri-metal, kombinəedilmiş

Sual № 235

Asma protezin körpüvari protezlə eyni xüsusiyyəti hansıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Asma və ya konsol protezlər körpüvari protezlər kimi çıxmayan konstruksiyalara aiddir. Hər iki konstruksiya diş sırası qüsurlarını bərpa etmək üçün hazırlanır. Onların fərqi yalnız dayaq elementlərindədir. Konsol protezlər yalnız bir tərəfli fiksasiyası olan konstruksiyalardır, körpüvari protezlərin isə iki tərəfli dayaqları var.

Sual № 236

Körpüvari protez neçə hissədən ibarətdir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezlər 2 hissədən ibarətdir: əsas olan aralıq və dayaq elementlərdən.
Dayaq elementi kimi taxmalardan, qapaqlardan və ştiftli dişlərdən istifadə olunur. Aralıq hissənin 3 növü var: yəhərəbənzər, yuyulan, toxunan.

Sual № 237

Üç dayaq dişindən biri əyri olduqda körpüvari protezin konstruksiyası necə olmalıdır?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 190
Körpüyəbənzər protezin maneəsiz oturdulması üçün konstruksiya elə qurulmalıdır ki, çeynəmə təzyiqi eyni zamanda dayaq dişlərinin üçünə də düşsün, lakin protezin aralıq hissəsi yalnız 2 dayaq qapağı ilə lehimlənsin. Protezin aralıq hissəsi 2 düz dayaq nöqtəsinədəki qapaqlara lehimləmə vasitəsilə bərkidilir və o biri hissəsi konvergensiya edən dişdəki çuxurluğa mexaniki olaraq söykənir.

Sual № 238

Tikişli qapaqlar nə zaman hazırlanmalıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 69
Tikişli qapaqlar kəskin nəzərə çarpan ekvator olduqda və ya boyun nahiyəsilə kəsici səthin arasındakı fərq çox olduqda yalnız tətbiq edilir.

Sual № 239

Standart gilizdən ştamplanmış qapaq hazırlayarkən onu neçə dəfə qızdırırlar?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 64
Gilizlərin samsondan bir neçə dəfə keçirilməsi metalın strukturunun və xassələrinin dəyişməsinə gətirib çıxarır. (metal plastikliyini itirir, codlaşır və ştamplanması çətinləşir) Bunun üçün onun əvvəlki strukturunun bərpa edilməsi üçün iş əsnasında termiki emal edilməlidir. Qızıl gilizlər qızarana qədər qarelkanın odunda yandırılır. Polad gilizlər isə körük aparatının odunda (7000-8000C) qızdırılır, sonra isə suda və ya havada soyudulur.

Sual № 240

Materialından və hazırlanma üsulundan asılı olmayaraq düzgün hazırlanmış qapaq aşağıdakı tələblərdən hansına cavab verməlidir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Çıxmayan konstruksiyalar hamısı ağız boşluğuna sement vasitəsilə fiksasiya edilirlər, materialından və hazırlanma üsulundan asılı olmayaraq. Bu səbəbdən dişlə qapaq arasında sement üçün məsafə qalmalıdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×