Diş texniki
822 elementdən 241-260 arası göstərilir.
Sual № 241
Tam tökmə körpüvari protezlərin eyni adlı lehimlənmiş protezdən üstünlüyü nədir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 99
Tam tökmə körpüvari protezlərin eyni adlı lehimlənmiş protezdən üstünlüyü möhkəmliyi və etibarlılığıdır Lehimlənmiş protezin zəif yeri lehim sahəsidir, tam tökmə protezdə bu yoxdur.
Sual № 242
Körpüvari protezin metal ərintilərindən hazırlanmış aralıq hissəsi necə adlanır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezin metal ərintilərindən hazırlanmış hissəsi tökmə adlanır.
Sual № 243
Körpüvari protezə aid olan mənfi cəhət hansıdır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezlərin bütün konstruksiyalar kimi mənfi cəhətləri var. Bu cəhətlərdən biri də dayaq elementi üçün sağlam toxumaların yonulmasıdır.
Sual № 244
Vilyams tərəfindən təklif olunmuş yarımqapağın xüsusiyyəti nədir?
Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 103
Yarımqapaqlar dişin oral, aproksimal və çeynəmə səthlərini örtür və dayaq elementi kimi istifadə olunur. Yarımqapaq hazırlandıqda dişin vestibulyar səthi yonulmur və qapaqla örtülmədiyi üçün estetik baxımdan əlverişli protez növü kimi istifadə olunur.
Sual № 245
Standart dişlərdən istifadə etməklə hazırlanan plastmas qapağın adi plastmas qapaqdan fərqi nədir?
Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 96
Standart dişlərdən hazırlanan plastmas qapaqlar adi plastmas qapaqlardan mexaniki təsirə qarşı davamlılığı ilə fərqlənir. Fabriklərdə yüksək texnoloji şəraitdə hazırlanmış dişlər daha keyfiyyətli və möhkəmdir
Sual № 246
Tam tökmə körpüvari protezlərin müsbət xüsusiyyəti hansıdır?
Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 136
Tam tökmə üsulu ilə hazırlanan körpüyəbənzər protezlərin hazırlanmasında protez materialı kimi qızıl, kobalt-xrom, palladium və gümüş əsaslı xəlitələrdən istifadə edilir. Bu metal konstruksiya vasitəsi ilə dişlərin anatomik formasını tam bərpa etmək mümkün olduğundan, ondan dişlərin patoloji sürtülməsində geniş istifadə edilir.
Sual № 247
Konsol protez haqqında verilənlərdən hansı səhv deyil?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Körpüvari və konsol protezlər diş cərgəsi qüsurlarını bərpa etmək üçün hazırlanır. Körpüvari protezin hər iki tərəfdən dayaq elementi olmalıdır, hətta lazım gəldikdə 3 dayağı belə ola bilər. Konsol protezlər isə birtərəfli fiksasiyası olan konstruksiyalara deyilir.
Sual № 248
Hazırlanma üsuluna görə körpüyəbənzər protezlərin növləri hansıdır?
Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 122
Hazırlanma üsuluna görə körpüyəbənzər protezlər lehimli, tam tökmə və kombinəedilmiş ola bilər. I halda körpüyəbənzər protezin dayaq elementləri və aralıq hissəsi ayrı-ayrılıqda hazırlanır. Sonradan bir-birinə lehimlənir. Tam tökmə körpüyəbənzər protezlərdə isə dayaq elementləri və aralıq hissə bir yerdə əridilmiş metal xəlitədən tökülür. Həmçinin təkcə metaldan hazırlanmış və metal ilə plastmas yaxud çininin kombinasiyasından hazırlanmış körpüyəbənzər protezlər olur.
Sual № 249
Adgeziv körpüyəbənzər protezlərin dayaq dişlərə fiksəedici hissələri hansılardır?
Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 137
Adgeziv körpüyəbənzər protezlərə fiksasiya hissələri-klammerlər, okklüziya pəncələri və s. Adgeziv körpüyəbənzər protezlərin üstünlüyü ondadır ki, digər konstruksiyalardan fərqli olaraq onlar hazırlananda, ən travmatik əməliyyat olan dayaq dişinin sərt toxumaları yonulmur. Bu protezlər estetik baxımdan əlverişlidir, çünki protezin fiksəedici elementləri dişlərin oral səthində yerləşdiyindən kənarda görünmür.
Sual № 250
Rouç klammerinin Ney sistemininə görə nömrəsi hansıdır?
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 154
Ney bu sistemi yaratdığına görə bu nömrəyə aiddir.
Sual № 251
Köpək dişin üzərində okklüzion pəncə hansı hissəyə qoyulmalıdır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 71
Başqa variantda sadalanan yerlərə okklüzion pəncə qoyulsa dişləmin hündürlüyü artır.
Sual № 252
Okklüzion pəncə üçün dişin hansı toxumasında fissur açılır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 71
Okklüzion pəncə üçün dişin mina toxumasında fissur açılır.
Sual № 253
Obyektə tərəf əks istiqamətdə olan frezləmə üsulunun çatışmayan cəhəti hansıdır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 200
Müəllifə görə obyektə tərəf əks istiqamətdə olan frezlərin çatışmayan cəhəti şaquli şırımların əmələ gəlməsidir.
Sual № 254
Neçə üsulda fiksasiya var?
Ədəbiyyat: E.И.Гаврилов, И.М.Альшиц «Ортопедическая Стоматология» səh 297
Mexaniki, fiziki, biomexaniki, biofiziki fiksasiya üsulları var.
Sual № 255
Alt qpaqların üstündə mum ilə modelləşdirmə işi aparanda alt qapaq nə ilə izolə edilməlidir?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 206
Müəllifə görə alt qpaqların üstündə mum ilə modelləşdirmə işi aparanda alt qapaq vazelin ilə izolə edilməlidir.
Sual № 256
Aşırma Cekson və dairəvi klammerlərin fərqili xüsusiyyəti hansıdır?
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 158
Aşırma Cekson birtərəfli hüdudlanmayan qüsurda tətbiq edilir, dairəvi klammerlər isə hüdudlanan qüsurda tətbiq edilir.
Sual № 257
Ardıkəsilməz klammerin sabitləşdirici elementləri hansılardır?
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 158
Müəllifə görə ardıkəsilməz qarmağın sabitləşdirici elementləri okklüzion pəncə və bir çox sayda çiyindir.
Sual № 258
Hansı dişləri klammer altına salmaq məsləhət deyil?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 45
Müəllifə görə III böyük azı dişini klammer altına salmaq məsləhət deyil.
Sual № 259
Funksiyasına görə klammerlər bir neçə qrupa bölünür?
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 262
Funksiyasına görə klammerlər dayaq, tutucu, dayaq-tutucu qruplarına bölünür.
Sual № 260
Teleskopik qapaqlarda daxili qapaq necə fiksasiya olunur?
Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ 2007 səh 158
Xarici qapaq daxili qapaqcığa geydirilir, daxili qapaqcıq isə dişə sementlənir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?