Diş texniki

822 elementdən 261-280 arası göstərilir.

Sual № 261

Köpək dişin üzərində okklüzion pəncə hansı hissəyə qoyulmalıdır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 70
Başqa variantda sadalanan yerlərə okklüzion pəncə qoyulsa dişləmin hündürlüyü artır.

Sual № 262

Teleskopik qapaqda alt qapağın qalınlığı neçə mm olmalıdır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 138
Müəllifə görə teleskopik qapaqda alt qapağın eni 0,2 mm olmalıdır

Sual № 263

İkili qapaqlı kombinəedilmiş protezin müsbət cəhəti hansıdır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 166
Dayaq diş itəndə ikili qapaqlı kombinəedilmiş protezin bazisini artırmaq asandır.

Sual № 264

Üfüqi tip rigel birləşməsinin ən müsbət cəhəti hansıdır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 175
Üfüqi tip rigel birləşməsinin ən müsbət cəhəti dayaq elelmentlərinin tutuculuq göstəricisinin nadir hallarda azalmasıdır.

Sual № 265

Kombinəedilmiş protez hazırlayanda nə üçün master model (əsas model) ilə bərabər əlavə model hazırlanır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 180
Əlavə model ağız boşluğun quruluşunu qoruyub saxlayır, əsas model isə üstündə aparılan yonma və mişarlama nəticəsində bu quruluşunu itirir
Kombinəedilmiş bügel protezin hazırlanması adətən texnik modeli diş sütunlarına bölür ki, qapaq modelləşdirmə rahat aparılsın, buna görə də model ilk quruluşunu itirir.

Sual № 266

İlanvari yaylı klammerin hissələri hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 325
İlanvari yay dişlərin vestibulyar tərəfə əyilməsində istifadə olunur.Yayların təsir gücü və dişin hansı istiqamətdə yerdəyişməsi yayların əymələrinin sayından asılıdır. 3 əymədən artıq məsləhət deyil, çünki yayın təsiredici hissəsi uzanır və dişin üstündən sürüşür.

Sual № 267

Qatlanan və sökülən protezlər hansı qüsurlarda hazırlanır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 386
Yalançı oynaq əmələ gəlməsi zamanı ağzın açılıb-qapanması çətinləşdiyindən protezin qatlana və sökülə bilməsi işi asanlaşdırır.

Sual № 268

Frontal dişlərin vestibulyar hissəsinə düzələn protezlər necə adlanır?

  Ədəbiyyat: Галип Гурен: « Керамические Виниры » səh 5-10
Vestibulyar hissəyə düzələn protezlər vinirlər adlanır. Onlar ön dişlərin vestibulyar hissələrinə bərkidilir, bununlada dişin oral hissələri yonulmamış qalır.

Sual № 269

Yonulmuş dişin pulpasının canlı qalması nəticəsində aşağıda sıralanan səbəblərdən hansı müşahidə olunmur?

  Ədəbiyyat: Z. Qarayev səh 91 Tarix: 22.12.2016 10:39:40 Bügel protezlərin hazırlanma texnikası
Dişlərin pulpası canlı olduqda yonulduqdan sonra müəyyən termiki və kimyəvi qıcıqlandırıcılara həssaslığı kəskin artır. Həmçinin dişin mina təbəqəsi yonulduğundan və dentin kanalcıqları açıldığından pulpanın infeksiyalaşma ehtimalı yaranır.

Sual № 270

Bügel protezlərin hazırlanmasında əsas şərtlər hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 301
Müəlliflərə görə ağız dibi dərin olmalı və 4-6 dayaq dişi olmalıdır, əks təqdirdə bügel protezlərin biofiziki fiksasiyası pozula bilər.

Sual № 271

Bügel protezlərin hazırlanmasında Ney sisteminin neçə növ əsas klammerlərdən istifadə olunur?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техников» səh 153-156
Ney tipli qarmaqlar ən çox yayılmış və istifadə olunan klammerlərdir. Bu klammerlər Ney tərəfindən əsas 5 növə bölünmüşdür

Sual № 272

Üst çənədə yerləşən bügel protezinin qövsünün mərkəzə düşən eni nəyə bərabərdir?

  Ədəbiyyat: Ренферт «Техника моделъного литъя» 2008 səh 7
Üst çənədə yerləşən bügel protezinin qövsünün mərkəzə düşən eni ən uzun yəhərin uzunluğunun 2/3 hissəsinə bərabərdir

Sual № 273

Hansı metalın bügel protezinin karkasında istifadəsi zamanı ağız boşluğunda allergiya reaksiyası baş verir?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 264
Nikel allergiya verən metallardan biridir. Onun istifadəsi Avropada qadağan edilib.

Sual № 274

Bügel protezlərinin körpüvari protezlərdən üstün cəhətləri hansılardır?

  Ədəbiyyat: Е.И.Гаврилов, Ш.М.Альшиц «Ортопедическая Стоматология» səh 203
Bügel protezlərdə fiksasiya vasitəsi qarmaq olduğuna görə və çıxarıb təmizlənə bildiyi üçün bu protezin körpüvari protezdən üstünlüyüdür.

Sual № 275

Bügel protezin modelləşdirilməsi nəyin köməyi ilə aparıla bilər?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 95
Müəllifə görə modelləşdirmədə istifadə olunan əsas material bügel mumu və hazır plastmasdan olan şablonlardır.

Sual № 276

Hansı klammer kombinəedilmiş bügel protezlərində istifadə edilir?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 164
Adları çəkilən digər qarmaqlar qarmaqlı bügel protezində istifadə olunur.

Sual № 277

Bügel protezlərinin hissəvi çıxan protezlərdən fərqli cəhəti hansı maddədə verilmişdir?

  Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 301
Hissəvi çıxan protezlərin içində bügel yeganə protezdir ki, əsas hissəsi metal karkasdır.

Sual № 278

Bügel protezinin dişsiz metal hissəsi necə adlanır?

  Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 301
Qövs karkasın bir hissəsidir, o yəhər hissələri birləşdirir və bu hissədə diş yoxdur.

Sual № 279

Bügel protezlərinə aid olan əsas materiallar hansıdır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006 səh 250
Kobalt-xrom ərintisi, plastmas, süni dişlər bügel protezlərinə aid olan əsas materiallardır.

Sual № 280

Kombinəedilmiş bügel protezinin ağız boşluğunda fiksasiya elementləri hansılardır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 136
Kombinəedilmiş bügel protezi ağız boşluğunda attaçmenlər vasitəsilə fiksasiya olunur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×