Diş texniki
822 elementdən 281-300 arası göstərilir.
Sual № 281
Bügel protezləri hansı növ protezlərə aiddir?
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 285
Bu protez dişsiz ağız boşluğunda hazırlana bilməz. Heç olmasa 5-6 dayaq diş olmalıdır və dayaq dişlərə fiksasiya elementləri ilə bərkidilməlidir.Ona görə də hissəvi çıxan protezlərə aiddir.
Sual № 282
Attaçmenli bügel protezinin qarmaqlı bügel protezindən fərqləndirən mənfi cəhət hansıdır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 136
Attaçmenli bügel protezinin qarmaqlı bügel protezindən fərqləndirən mənfi cəhət sağlam dişlərin yonulmasıdır
Sual № 283
Bügel protezi qövsünün yuxarı çənədə optimal eni nə qədərdir?
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 145
Müəllifə görə bügel protezin qövsünün yuxarı çənədə optimal eni 5-10 mm-dir
Sual № 284
Verilənlərdən hansı bügel protezlərinin hazırlanmasının laboratoriya mərhələlərinə aiddir?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 35
Başqa mərhələr həkim tərəfindən yerinə yetirilir.
Sual № 285
Aşağıdakılardan hansı bügel protezlərinin kliniki mərhələsinə aiddir?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 35
Mərkəzi okklüziyanın təyini mərhələsini həkim yerinə yetirir.
Sual № 286
Bügel protezlərinin çıxan protezlərdən fərqli cəhəti hansı bənddə verilmişdir?
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 301
Çıxan protezlərin içində bazisi metaldan olan yeganə protez bügel protezləridir.
Sual № 287
Bügel protezlərinin əlavə elementləri hansılardır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 63
Bügel protezlərinin əlavə elementləri təzyiq bölüşdürücülər, məhdudlaşdırıcılar, pəncələrdir. Qalan variantlar bügel protezinin əsas elementləridir.
Sual № 288
Bügel protezlərinin əsas elementləri hansılardır?
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 285
Bügel protezlərinin əsas elementləri plastmas, metal karkas, klammer, süni dişlərdir.Qalan variantlarda əsas hissələrlə bərabər əlavə hissələr qeyd olunub.
Sual № 289
Bügel protezlərində ən çox tətbiq edilən qarmaqlar hansılardır?
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 153
Bügel protezlərində ən çox tətbiq edilən qarmaqlar dayaq-tutucudur. O biri qarmaqların istifadəsi çox az hallarda olur.
Sual № 290
Kombinəedilmiş bügel protezlərində blokvari birləşmə hansı vəziyyətdə tətbiq olunur?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 165
Müəllifə əsaslanaraq kombinəedilmiş bügel protezlərində blokvari birləşmə dişin sayı az olan vəziyyətdə tətbiq olunur.
Sual № 291
Körpüvari protezlərə nisbətən bügel protezlərin mənfi cəhətləri hansılardır?
Ədəbiyyat: E.М.Гаврилов, Е.И.Альшиц. «Ортопедическая Стоматология».səh 203
Körpüvari protezlərə nisbətən bügel protezlərin mənfi cəhətləri ağız boşluğunda böyük sahəni tutur.
Sual № 292
Attaçmenləri qarmaqdan fərqləndirən əsas cəhət hansıdır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 27
Attaçmenlərin qarmaqlardan fərqləndirən əsas cəhət onun estetik cəhətcə daha effektiv olmasıdır.
Sual № 293
İlk dəfə paralelometriya üsulu kim tərəfindən təklif olunub?
Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ 2007. səh 303
J. M. Neyə görə [cit. E.Kennedinin fikrincə, 1942], həkim Fortunati klamer xəttini dəqiq çəkmək üçün texniki vasitələrdən istifadənin mümkünlüyünü qiymətləndirən ilk mütəxəssis olmuşdur.
Sual № 294
Bügel terminin mənası nədir?
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 153
Qövs alman dilndən tərcümədə qövs deməkdir.
Sual № 295
Hissəvi protezi bügel protezindən fərqləndirən əsas səbəb nədir?
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 285
Hissəvi protezi bügel protezindən fərqləndirən əsas səbəb dayaq dişlərin az olmasıdır.
Sual № 296
Paralelometrdə olan kalibrlərin köməyi ilə nə ölçülür?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 49
Paralelometrdə olan kalibrlərin köməyi ilə podnutriya ölçülür.
Sual № 297
Bügel protezin hazırlanmasına göstəriş hansıdır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 36
Bu protezin dayaq nöqtəsi çox olmalıdır.
Müəlliflərə görə ağız dibi dərin olmalı və 4-6 dayaq dişi olmalıdır, əks təqdirdə bügel protezlərin biofiziki fiksasiyası pozula bilər
Sual № 298
Ney sisteminin I tip qarmağının xarakteristikası hansıdır?
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 154
Müəllifə əsaslanaraq hüdudlanan qüsurlarda yaxşı ifadə olunmuş ekvatoru olan dişlərdə Ney sisteminin I tip qarmaqları tətbiq olunur. İkiçiyinli, pəncəli, hüdudlanan qüsurlarda yaxşı ifadə olunmuş ekvatoru olan dişdə tətbiq olunur
Sual № 299
Verilənlərdən hansı bügel protezlərinin laborator mərhələsinə aid deyil?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 35
Dişləmin hündürlüyünün təyini mərhələsini həkim yerinə yetirir.
Sual № 300
Ney sistemin I tip klammeri necə adlanır?
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 152
Müəllifə görə Ney sisteminin I tip klammeri Sadə Akker klammeri adlanır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?