Diş texniki
822 elementdən 301-320 arası göstərilir.
Sual № 301
Bügel protezinin karkasının ilkin işlənməsində nə istifadə olunur?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 110
Müəllifə görə bügel protezinin karkasının ilkin işlənməsində haçalanmış disklərdən istifadə olunur.
Sual № 302
Bügel protezin konstruksiyasında olan səhvlər nəyə gətirib çıxarır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 124
Bügel protezin konstruksiyasında olan səhvlər stomatitin əmələ gəlməsinə səbəb olur.
Sual № 303
Bügel protezləri hansı protezlərdir?
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 285
Ancaq bügel protezlərin bazisi metaldandır.
Sual № 304
Paralelometr verilən funksiyalardan hansını həyata keçirmir?
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 289-290
Paralelometr verilən funksiyalardan okklüziyanın təyin edilməsini həyata keçirmir.
Sual № 305
Bügel protezlərini hazırlayanda hansı modeldən istifadə olunur?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 35
Bügel protezlərini hazırlayanda həm diaqnostik, həm də master-modeldən istifadə olunur
Sual № 306
Bunlardan biri paralelometrin aləti deyil?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 195
Paralelometrdə burğu aləti yoxdur, o, frezləmə aparatının alətidir.
Sual № 307
Kombinəedilmiş bügel protez üçün hazırlanan alt qapaqlar necə modelləşdirilməlidir?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 182
Kombinəedilmiş bügel protez üçün hazırlanan alt qapaqlar tam anatomik quruluşda modelləşdirilməlidir.
Sual № 308
Kennedi təsnifatı nəyi göstərir?
Ədəbiyyat: Х.Вульфес «Современные технологии протезирования» səh 52
Kennedi təsnifatı ağız boşluğunda olan diş sırasının qüsurlarını göstərir.
Sual № 309
Kombinəedilmiş bügel protezində olan teleskopik fiksasiya elementində alt qapağın qalınlığı nə qədərdir?
Ədəbiyyat: Х.Вульфес «Современные технологии протезирования» səh 138 Uşaq yaşlarında ortodontik aparatların hazırlanması
Teleskopik fiksasiya elementində alt qapağın qalınlığı 0,2 mm-dir.
Sual № 310
Süd dişlərinin tam çıxması nə qədər vaxt tələb edir?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991 səh 31
6-7 aylığında uşaqların süd dişlərin çıxması başlayır. Hər hansı dişin çıxması onun kötüyün inkişafından başlayır. Dişin inkişafı və onun tam formalaşması tac hissəsinin çıxdığı vaxt baş verir. 6-cı aydan başlayaraq uşaqlarda süd dişləri çıxmağa başlayır. 6-8 aydan mərkəzi dişlər, 8-12 aydan-kəsicilər, 12-16 aydan birinci böyük azı , 16-20 aydan-köpək dişlər, 20-30 aydan –II azı dişi
Sual № 311
Bügel protezlərinin mənfi xüsusiyyətləri hansılardır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 136
Xüsusəndə frontal dişlərdə qarmaq tətbiq olunanda danışanda və güləndə qarmağın çiyin hissələri görünür, bu da estetik cəhətdən əlverişli deyil.
Sual № 312
Uşaq yaşlarında üz-çənə anomaliyalarının aradan qaldırılması üçün tətbiq olunan aparatlar təsir prinsipinə görə neçə qrupa bölünür?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Təsir prinsipinə görə ortodantik aparatlar 3 qrupa bölünür: mexaniki, funksional və kombinəedilmiş.
Sual № 313
Süd dişləmində diş cərgələri hansı formadadır?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 412
Süd dişləmdə diş cərgələri yarımdairəvi şəklində olurlar.Yuxarı diş cərgəsi aşağı diş cərgəsindən böyük olur.Təbii ki, bu normal dişləmə aiddir.
Sual № 314
Aşağıdakı fikirlərdən hansı yanlışdır?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991 səh 25
Uşaqlarda süd dişləmi dövründə 20 diş , böyüklərdə daimi dişləmdə 32 diş var. Süd dişləmin də daimi dişləmdən fərqli olaraq kiçik azı dişlər yoxdur. Ona görə də kiçik azılar böyük azılardan əvvəl çıxmır.
Sual № 315
Engl aparatı hansı halda hazırlanır?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 436
Engl aparatı mexaniki təsirli, çıxmayan, ağızdaxili, diş üstü aparatlara aiddir. Bu aparat müxtəlif anomaliyaları müalicə edir və onu universal aparat adlandırırlar.
Engl aparatı universal aparat adlanır, çünki onu müxtəlif diş-çənə anomaliyaların müalicəsində istifadə etmək olar. Sagital və vertikal anomaliyaların müalicəsi üçün Engl aparatı yuxarı və aşağı çənələrdə istifadə olunur. Bunun üçün qövslər dişlərə liqaturla bərkidilir və qövslərə qarmaqlarla lehimlənir. Qarmaqlar müxtəlif dişlər nahiyəsində yerləşdirilə bilər və onlara rezin dartılar salınır. Qarmaqların yerindən asılı olaraq yuxarı və aşağı diş cərgələri öz yerini dəyişdirir.
Engl aparatı universal aparat adlanır, çünki onu müxtəlif diş-çənə anomaliyaların müalicəsində istifadə etmək olar. Sagital və vertikal anomaliyaların müalicəsi üçün Engl aparatı yuxarı və aşağı çənələrdə istifadə olunur. Bunun üçün qövslər dişlərə liqaturla bərkidilir və qövslərə qarmaqlarla lehimlənir. Qarmaqlar müxtəlif dişlər nahiyəsində yerləşdirilə bilər və onlara rezin dartılar salınır. Qarmaqların yerindən asılı olaraq yuxarı və aşağı diş cərgələri öz yerini dəyişdirir.
Sual № 316
Fiksasiyasına görə Engl aparatı necə aparatdır?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 436 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 314
Fiksasiyasına görə Engl aparatı çıxmayan aparatlara aiddir. Aparatın əsas hissəsi vestibulyar qövsdür. Hər iki tərəfdən dayaq dişlərə qapaq və ya üzlük hazırlanır. Bu qapaqlar dişlərə (I böyük azı) sementlənir.
Sual № 317
Süd dişləmində köpək dişinin çıxma müddəti hansıdır?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 25
6-cı aydan başlayaraq uşaqlarda süd dişləri çıxmağa başlayır.
6-8 aydan mərkəzi dişlər,
8-12 aydan-kəsicilər,
12-16 aydan birinci böyük azı ,
16-20 aydan-köpək dişlər,
20-30 aydan –II azı dişi.
6-8 aydan mərkəzi dişlər,
8-12 aydan-kəsicilər,
12-16 aydan birinci böyük azı ,
16-20 aydan-köpək dişlər,
20-30 aydan –II azı dişi.
Sual № 318
Xəstənin ağız boşluğunda 2 Engl qövsünün olması nəyə lazımdır?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 437 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 335
Engl aparatı universal aparat adlanır, çünki onu müxtəlif diş-çənə anomaliyaların müalicəsində istifadə etmək olar. Sagital və vertikal anomaliyaların müalicəsi üçün Engl aparatı yuxarı və aşağı çənələrdə istifadə olunur. Bunun üçün qövslər dişlərə liqaturla bərkidilir və qövslərə qarmaqlarla lehimlənir. Qarmaqlar müxtəlif dişlər nahiyəsində yerləşdirilə bilər və onlara rezin dartılar salınır. Qarmaqların yerindən asılı olaraq yuxarı və aşağı diş cərgələri öz yerini dəyişdirir.
Sual № 319
“Ortodontiya” mövzusunda ilk dəfə dissertasiya müdafiə etmiş alim kimdir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 426
Sual № 320
Uşaq ortodontik aparatlar fiksasiyasına görə neçə qrupa bölünür?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 314
Fiksasiyasına görə ortodantik aparatlar çıxan və çıxmayan olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?