Diş texniki

822 elementdən 341-360 arası göstərilir.

Sual № 341

İnsan ömrü boyu neçə dişləm dövrü keçirir?

  Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 24-30
İnsan ömrü boyu 3 dişləm dövrü keçirdir. 1.Süd dişləm
2.dəyişən dişləm (ağızda süd dişlər var və daimi dişlər çıxmağa başlayır)
3.daimi dişləm

Sual № 342

Uşaqlarda ilk dəfə hansı dişlər çıxır?

  Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”.Bakı-1982”Maarif” nəşriyyatı.səh 15
Uşaqlarda ilk dəfə mərkəzi kəsici dişlər çıxır.

Sual № 343

Ortodontik aparatlarda yivlərin rolu nədir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 336
Çənələrin simmetrik genişlənməsi üçün aparatın bazis hissəsində yerləşdirilir.

Sual № 344

Dişləm növlərini ifadə edən fikirlərdən hansı yanlışdır?

  Ədəbiyyat: Z.İ.Qarayev. ”Ortopedik Stomatologiya”. Bakı-2008, səh 44
Progeniya-yuxarı çənənin kəsici və köpək dişləri aşağı çənənin eyni adlı dişlərini örtür. Pogeniya zamanı aşağı çənə sagital istiqamətdə çox inkişaf edir.

Sual № 345

Həyatda qazanılmış anomaliyaların səbəbləri hansı variantda düzgün göstərilmişdir?

1.Travma
2.Sosial vəziyyət
3.Valideynlərin nəzarətsizliyi
4.Burunda adenoidlər

  Ədəbiyyat: А.А.Колесов. Стоматология детского возраста.Москва. «Медицина». 1991 səh 399
Uşaqların aldığı travmalar, valideynlərin səhlənkarlığı nəticəsində süd dişlərinin vaxtından əvvəl itirilməsi, burun adenoidləri zamanı tənəffüsün pozulması nəticəsində dişləmdə əmələ gələn qüsurlar qazanılmış qüsurlardır

Sual № 346

Kalvelis bütün anomaliyaları neçə sinfə bölmüşdür?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984. səh 428
1.Ayrı-ayrı dişlərin
2.Diş cərgəsinin,
3.Dişləmin anomaliyaları

Sual № 347

Aşağıdakılardan hansı çıxmayan aparatdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 322
Qapaq dişə sementlə bərkidilir, yalnız həkim tərəfindən çıxarıla bilir. Bu aparatlar çıxmayan aparatlar adlanır.

Sual № 348

Sürüşkən qövslü Engl aparatı nə üçün istifadə olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 335
Sürüşkən qövslü Engl aparatında qövsün ucu sərbəstdir. Bu da çənələrin sıxılmasını aktivləşmə zamanı təmin edir.

Sual № 349

Bir Engl qövsi hansı variantda təsir edə bilməz?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 48
Engl qövsü universal aparatdır. Ona görə də bir çox anomaliyaların müalicəsində tətbiq edilir. Sadəcə zərərli vərdişlərdə istifadəsinə ehtiyac yoxdur.

Sual № 350

Süd dişlərinin çıxma sırası belədir?

  Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”.Bakı-1982”Maarif” nəşriyyatı.səh 15

Sual № 351

Engl aparatında dayaq hansı dişlərdir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 335
I böyük azı dişlərə qapaq hazırlanır, qapaqlara boru lehimlənir ki, qövs həmin borulara keçirilir.

Sual № 352

Ortodontik yivlər nə üçün istifadə olunur?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 136
Ortodiontik yivlər mexaniki təsirli aparatların təsiredici elementlərindən vacibidir. Bazisin içində yerləşir və çənələri müxtəlif istiqamətlərdə genişlənməsi üçün istifadə olunur.

Sual № 353

Engl qövsü yerini dəyişmiş dişlərə necə fiksasiya olunur?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 53 Üz-çənə protezlərinin hazırlanma texnikası
Yerini dəyişmiş dişləri öz yerinə qaytarmaq üçün dişlər qövsə liqaturla bağlanır və yerinə qayıtması üçün təsir edir.

Sual № 354

Hazır işçi modelə aid olmayan tələb hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 116-119
Hazır modelə aid olan tələblərə aid olmayan modelin masa üzərində düzgün yerləşdirilməsidir.

Sual № 355

İmplantat üzərində protez hazırlanmasının hansı üsulları var?

  Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ. 2003, səh 265
İmplantat tətbiqi ilə dişlərin protezlənməsinin 2 üsulu var: bilavasitə və vaxtı uzadılmış.

Sual № 356

Bilavasitə protezləmədə protez hansı hissələrdən ibarətdir?

  Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ. 2003, səh 265
Bilavasitə protezləmədə protez dayaq qapaqları və aralıq hissədən ibarət olan körpüvari protezdən və implantatdan ibarətdir.

Sual № 357

Bilavasitə protezləmədə diş texniki hansı elementləri hazırlayır?

  Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ. 2003, səh 265
Dişlər yonulduqdan sonra diş texniki qapaqları və sonra aralıq hissəni hazırlayır.

Sual № 358

İmplantat üzərindəki protez üçün işçi model hansı mərhələdən sonra hazırlanır?

  Ədəbiyyat: Mənbə: http// www.implantat-info.ru/imp/1-0 htm
Abatmentlərin ölçü də fiksasiyasından sonra işçi model hazırlanır. Modellərin hazırlanması üçün standart laborator analoqlar tətbiq olunur.

Sual № 359

İmplantat üzərinə hansı növ protezlər hazırlanır?

  Ədəbiyyat: Mənbə: http// www.implantat-info.ru/imp/1-0 htm
İmplantat quraşdırılmasından sonra 2 növ protezləmə -çıxan və çıxmayan protez mümkündür.

Sual № 360

İmplantat üzərində protez hazırlanmasının neçə üsulu var?

  Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ. 2003, səh 265
İmplantat tətbiqi ilə dişlərin protezlənməsinin 2 üsulu var: bilavasitə və vaxtı uzadılmış.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×