Diş texniki
822 elementdən 361-380 arası göstərilir.
Sual № 361
Torus harada yerləşir?
Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ.2007 səh 273
Torus üst çənədə damaqda yerləşir.
Sual № 362
Skeletşəkilli qövs hansı çənədə işlənir?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 61
Skeletşəkilli qövs ancaq üst çənədə yerləşir.
Sual № 363
Üz-çənə protezləri fiksasiya üsullarına görə neçə qrupa bölünür?
Ədəbiyyat: Z.Qarayev.”Ortopedik Stomatologiya” səh 304
Təsbit etdiyi (fiksasiya) yerə görə çənə zədələnmələrini müalicə etmək üçün istifadə edilən ağızdaxili, ağızdanxaric və kombinəedilmiş aparatlar ayırd edilir.
Sual № 364
Üz-çənə ortopediyası nədir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 362
Sual № 365
Çənə zədələmələrinin müalicəsində tətbiq edilən aparatlar neçə qrupa bölünür?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 365
Çənə zədələnmələrinin müalicəsində tətbiq edilən aparatlar 5 qrupa bölünür.
Sual № 366
Ştiftlər düzbucaqlı və silindik olmaqla hansı sistemlərə bölünür?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 83, 85 Metal diş protezlərin tökmə işi
Xaçvari ştift sistemini bügel protezlərin tökülməsində, yolka və bir kanallı ştiftlərdən isə körpüyəbənzər protezlərin , metal-keramik dişlərin tökülməsi zamanı istifadə edilir.
Sual № 367
Qapaq hazırlayarkən dişlərin qapanmasına nə mane olmur?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 61-63
Qapaq hazırlayarkən buraxılan bəzi səhvlər dişlərin qapanmasına mane ola bilər. Bu səhvlər gələcəkdə xəstəyə daha böyük problem törədir. Belə səhvlərə aşağıdakılar aiddir. Çeynəmə səthinin düzgün modelləşdirilməməsi, gilizin düzgün çəkilməməsi, dəqiq preslənməməsi və düzgün seçilməməsi aiddir. Yalnız ekvator xəttinin qabarıq olması qapanmaya heç bir əks təsir göstərmir.
Sual № 368
Düzgün seçilmiş giliz necə olmalıdır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 141-142
Müəllifin fikrinə əsaslanaraq ştamplama zamanı gilizləri seçərkən onların ölçüləri metal ştamplar üzərində yoxlanılır. Metal ştampa gilizlər çətinliklə keçməlidir.
Sual № 369
Belkin qapağının metal hissəsində pəncərənin kəsilməsi nə zaman aparılır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 75
Cilalanıb, parıldadılmadan sonra qapağın vestibulyar səthində kiçik pəncərə kəsilir. Yalnız bu zaman boyun nahiyyəsində və kəsici kənar boyu 0,5 mm qədər dar məsafə qalmalıdır.
Sual № 370
Metal-plastmas qapaqda ərinti ilə plastmasın birləşməsi hansı üsulla aparılır?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 70-75
Metal-plastmas qapaqda ərinti ilə plastmasın birləşməsi mexaniki-kimyəvi üsulla aparılır.
Sual № 371
Aşağılardakılardan hansı metal karkasın yəhərinin funksiyasina aid deyil?
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 301
Bügel protez metal hissə selikli qişaya toxunmur
Sual № 372
Kats qapağı hansı dişlərə hazırlanır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 323
Bu aparat yuxarı çənənin ön dişlərinin damaq tərəfə. aşağı çənənin ön dişlərinin dil tərəfə əyilməsinin qarşısını almaq üçün istifadə edilir.
Sual № 373
İstiqamətləndirici Kats qapağında ilgəyin möhkəm fiksasiyası üçün nə edilir?
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 99
İlgək bir neçə dişi əhatə edirsə möhkəm fiksasiyalı olmalı və dişlərə güclü təsir etmək üçün əlavə məftil lehimlənir.
Sual № 374
Metal tökmə laboratoriyasında əsas iş prinsipini həyata keçirən aparatlar hansılardır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 93, 96
Mufel sobası mumun əridilməsində, induksiya sobası metalın əridilməsində , qumvuran aparat isə metalın üzərinə yapışıb qalmış qumun təmizlənməsində istifadə olunur.
Sual № 375
Metalın əriyib qəlibdən dəqiq tökülməsi funksiyasını hansı aparat yerinə yetirir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 95
İnduksiya sobasının içərisində yerləşən mərkəzdən qaçma qurğusu metalın əriyib qəlibdən dəqiq tökülməsi funksiyasını yerinə yetirir.
Sual № 376
Tökmə laboratoriyasında istifadə olunan metal ərintilər hansılardır?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын.Зуботехническое материаловедение. « Медицина», Москва,1986; səh 49
Metal ərintilərdən metal tökmə yolu ilə yüksəkkeyfiyyətli konstruksiyalar alınır. Bu metal ərintilərə misal olaraq, yüksək mexaniki xüsusiyyətlərə malik, az çöküntü verən, korroziyaya davamlı, axıcılıq qabiliyyəti olan kobalt-xrom-nikel ərintisini, qızıl-platin ərintisini, vironu göstərmək olar
Sual № 377
Metaldan tökülmüş detalların üzərinə yapışıb qalmış qum-kvars qumu hansı aparatla təmizlənir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 96
Qumvuran aparat metaldan tökülmüş detalların üzərindəki qumları qısa müddət ərzində və daha keyfiyyətli təmizləyir
Sual № 378
Tökmə kanallarının say və ölçüsünə təsir göstərməyən faktor hansıdır?
Ədəbiyyat: Совроменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany; səh 97
Metalın forma boşluğunun tam doldurulması tökmə kanallarının say və ölçüsünə təsir göstərmir.
Sual № 379
Tökmə ştiftlərinin qalınlığı hansı ölçülərdə olmalıdır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 83
Tökmə ştiftlər detallara uyğun qalınlıqda seçilməlidir. Müəllifə görə ştiftin qalınlığı 3-4 mm olmalıdır.
Sual № 380
Qəlibin soyudulması necə aparılır?
Ədəbiyyat: Совроменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGo Germany; səh 108
Müəllifə görə sönmüş mufel peçində qəlib soyudulduqda metalın gərginliyi aradan qaldırılır, deşik və çıxıntıların əmələ gəlməsinin qarşısı alınır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?