Diş texniki
822 elementdən 21-40 arası göstərilir.
Sual № 21
Protez konstruksiyasının seçilməsi hansı amillərdən asılıdır?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 140
Protezin konstruksiyası qüsurun yeri və ölçüsündən, qalan dişlərin sayından, onların sərt toxumalarından və parodontun vəziyyətindən, alveol çıxıntısı və qabarların çıxıntısından asılıdır.Ona görə də protez seçərkən qüsurun yeri, paradontu, selikli qışanı, dişlərin sayını nəzərə almaq lazımdır.
Sual № 22
Ölçü nəyə deyilir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 83
Protez yatağının neqativ əksinə ölçü deyilir. Bu zaman ölçüdə protez sahəsinin sərt və yumşaq toxumaları əks olunur.
Sual № 23
Okklüdatora gipsləmədə bir modelin o biri modelə nəzərən yerini dəyişməsi nəyə səbəb olur?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 371-372
Mərkəzi okklüziya təyin olunarkən buraxılan səhvlər: modellər okklüdatora səhv bərkidilə bilər. Bu zaman bir model digər modelə nisbətən yerini dəyişə bilər və mərkəzi okklüziyanın təyini haqqında səhv fikir yaradır.
Sual № 24
Köpək xətti okklüziya yastıqlara nə məqsədlə çəkilir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 372
Protez hazırlanarkən süni dişlər xəstənin üz quruluşuna görə seçilir. Mərkəzi qrup dişlərin eninin təyini - ön dişlərin enini seçmək üçün köpək dişi xəttini təyin edilir.
Sual № 25
Diş cərgəsi qüsurlarından fərdi qaşıq nə zaman tətbiq olunur?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 354-356
Protezin hazırlanması zamanı protez yatağının dəqiq ölçüsünün olması vacibdir. Mürəkkəb quruluşlu çənələr zamanı ölçünün alınması çətinləşir. Bu zaman fərdi qaşıqdan istifadə olunur
Sual № 26
Vasilyev üsulu ilə dişlərin düzülməsində üst çənə modelinə qoyulmuş II kiçik azı şüşəyə hansı qabarı ilə toxunur?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 295
Vasilyev üsulu ilə dişlər düzülərkən II kiçik azı dişi hər 2 qabar vasitəsilə şüşəyə toxunur
Sual № 27
Vasilyevə görə ortoqnatik dişləmdə dişlərin düzülməsində I yuxarı kiçik azılar şüşəyə necə toxunur?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 295
Vasilyevə görə ortoqnatik dişləmdə I kiçik azı dişi şüşəyə yanaq qabarı ilə toxunur, damaq qabarı isə 1 mm aralı qalır.
Sual № 28
Birçiyinli klammerin forması necədir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 212-215
Birçiyinli klammer tutucu rolunu oynadığına görə, qapağa söykənən hissə yastı, digər hissə isə dairəvi olub tamamı yarımdairəvidir.
Sual № 29
Əsas model nədir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 118-119
Bazisin hazırlanması prosesində işlərin hamısınıın görüldüyü model əsas model adlanır.
Sual № 30
Dişsiz çənədə fiksasiya neçə cür olur?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 340
B.K. Boyanova görə dişsiz çənədə fiksasiya mexaniki, biomexaniki, fiziki və biofiziki növlərə bölünür.
Sual № 31
Dişli çənələrdə yastıq xəstənin dişlərindən nə qədər hündür olmalıdır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 209-210
Dişli çənələrdə yastıq dişlərdən 2-3 mm hündür olmalıdır. Bu qapanışın daha yaxşı olmasına və səhvlərin buraxılmamasına səbəb olur.
Sual № 32
Plastmas süni qarnitur dişlərin çini dişlərdən üstünlüyü nədir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 220-221
Süni plastik dişlər bazis plastik kütləsinə kimyəvi birləşdiyinə görə çini dişlərdən daha üstündür
Sual № 33
Torus və ekzostozların izolə edilməsi nə üçündür?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 285
Torus və ekzostozların izolə edilməsi qabarların üzərinə düşən təzyiq zamanı əmələ gələn ağrı, balans və yataq yarasının qarşısını almaq üçün lazım olur.
Sual № 34
Pelotlar nə zaman tətbiq edilir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 216
Alveol qabarı daha qabarıq olduqda protezin protez sərhəddinə oturması çətin olduğundan pelot qarmaqlardan istifadə olunur.
Sual № 35
Uzadılmış klammerin adi klammerdən fərqi nədir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 216
Bəzi hallarda protezin fiksasiyasını artırmaq üçün klammer iki dişi əhatə edərək uzadılır və uzadılmış klammer adlanır.
Sual № 36
Protezin polimerzasiyasından sonra dərhal soyuq suya salınması nəyə gətirib çıxara bilər?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 226-231
Protez bişirildikdən sonra tədricən yavaş-yavaş soyudulması təmin olunmalıdır. Əks halda plastik kütlədə mikro çatların əmələ gəlməsinə gətirib çıxarar.
Sual № 37
Relsvari attaçmenləri hansı hallarda istifadə etmək olar?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 222-223
Protezin fiksasiyasının daha yaxşı olması üçün gizli kilidlərdən relsvari kilid (attaçment) istifadə olunur. Relsvari kilidin uzunluğu bir qədər böyük olduğundan diş tacı hündür dişlərdə istifadə olunur.
Sual № 38
Klammer xətti nədir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 226
Klammer xətti dayaq dişlərdən keçən xəyali xətdir. Bu xətt klammerlərin dayaq dişlərdə yerləşməsinin göstəricisidir və transversal, dioqanal, sagital şəkildə keçə bilər.
Sual № 39
Klammerlərin funksiyası nədir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 207-209
Klammerlər funksiyasına görə 3 yerə bölünür: tutucu, dayaq və qarışıq. Tutucu, yəni fiksasiyaedici, dayaq və ya istinad, yəni üzərinə düşən təzyiqi protezdən dişə ötürən, dayaq-tutucu isə hər iki funksiyanı yerinə yetirən.
Sual № 40
Protez sahəsi və onun hüdudlarının neqativinə nə deyilir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 83-84
Protez sahəsi və hüdudlarının əksi və ya neqativinə ölçü deyilir. Bu protez sahəsində yumşaq və sərt toxumaları əhatə edir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?