Diş texniki
822 elementdən 381-400 arası göstərilir.
Sual № 381
Metaldan tökülmüş detalların cilalanması nə ilə aparılır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 96
Müasir dövrdə alət və aparatlar daha yaxşı təkmilləşdirildiyindən işin keyfiyyətli olması üçün və vaxta qənaət etmək üçün sərt ərintili frezlərdən istifadə edilməsi müəllifə görə daha məqsədəuyğundur.
Sual № 382
KXS-in tərkib hissəsi neçədir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын.Зуботехническое материаловедение. « Медицина», Москва,1986; səh 49
Kobalt -xrom ərintisinin tərkib hissəsi Co-67%,Cr-26%, Ni-6%,Mo-0,5%,marqans-0,5%.
Sual № 383
Tökmə hansı üsullarla həyata keçirilir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 95
Tökmə induksion mərkəqaçma və təzyiq altında olan vakuum üsullarla həyata keçirilir.
Sual № 384
Qəlibin ilkin qızdırılması hansı şəraitdə aparılır?
Ədəbiyyat: Совроменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGo Germany; səh 101
Kitabın adından göründüyü kimi müasir zamanda texnika inkişaf etmişdir. Daha keyfiyyətli protez hazırlamaq üçün daha geniş imkanlara malik aparatlardan istifadə etmək lazımdır. Mufel sobasında qəlibin qızdırılması 250C-də aparılır.Temperatur fasilələrlə 580C, sonra 1050C-yə qədər qaldırılır. Qəlib belə qızdırıldıqda daha yüksək temperatura davamlı olub keyfiyyətli metalın alınmasına şərait yaradır.
Sual № 385
Metalın tərkibində olan Cr ərintiyə hansı xüsusiyyəti verir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын.Зуботехническое материаловедение. «Медицина», Москва,1986; səh 49
Metalın tərkibində olan Cr ərintiyə möhkəmlik verir.
Sual № 386
Hidroliz reaksiyası hansı mayelərlə aparılır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 89
Hidroliz reaksiyası 10-15 dəq ərzində etilsilikat, spirt, sulfat turşusu, distillə olunmuş su ilə aparılır. Hidroliz edilmiş silikat marşalitlə qarışdırıldıqda alınan üzlük qatı odadavamlılıq qabiliyyətinə və mexaniki dayanıqlığa malik olur.
Sual № 387
Metalın tərkibində olan Co ərintiyə hansı xüsusiyyəti verir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын.Зуботехническое материаловедение. « Медицина», Москва,1986; səh 49
Metalın tərkibində olan Co ərintiyə yüksək mexaniklik xüsusiyyəti verir.
Sual № 388
Sıx yerləşmiş dişlərin yonulması zamanı aralama məqsədilə hansı alətdən istifadə edilir ?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 16 Diş texnikliyi materialşünaslığı
Sıx yerləşmiş dişlərin aralanması üçün separatordan istifadə edilir.
Sual № 389
Aşağıdakı hansı variant köməkçi materiala aiddir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 10
Protezin hazırlanması zamanı istifadə olunan və protez hazır olduqdan sonra atılan materiallar köməkçi materiallardır. Mum, gips və elastik köməkçi materiallardır.
Sual № 390
Polimerləşdirmə nədir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 226-227
Plastik kütlənin polimerləşməsi kimyəvi reaksiya olub polimerlə monomerin temperatur vasitəsilə birləşməsidir. Bu zaman monomerin artıq hissəsi ayrılıb uçur.
Sual № 391
Qarmaqlar formasına görə neçə yerə bölünür?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 212-213
Klammerlər formasına görə Ney sisteminə görə 5 və dento-alveolyar, pelot qarmaqlar olaraq 7 növə ayrılır.
Sual № 392
Heyvani mumlar hansılardır?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 124-125
Heyvani mum təbii mum olub üzvi maddələrdən ibarətdir. Arı mumu heyvani mumdur. Tərkibində üzvi turşular, yağlar, spirt vardır.
Sual № 393
Obraziv materiallar hansı halda tətbiq olunur?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 145
Abraziv materiallar hazır protezin pardaxlanmasında istifadə olunur. Abraziv materiallar işlənəcək materialdan sərt olur.
Sual № 394
Plastik kütlənin polimerizasiyaya hazır olması necə təyin edilir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 227
Plastik kütlənin hazırlığı otağın temperaturundan asılı olaraq dəyişə bilər. Buna görə hazırlıq vaxtı ilə deyil, şpatelə yapışmaması, dartılarkən qopması ilə təyin edilir.
Sual № 395
Küvetdə mumun əridilməsi zamanı onun qaynar suda çox saxlanması nəyə səbəb olur?
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 248
Mumun plastmasa keçməsilə formanın mumla dolmasına səbəb olur.
Küvet qaynayan suda 5 dəqiqə qalmalıdır. Əgər küvet suda çox qalsa mum modelə keçə bilər, bu da sonra mumun plastmasa keçməsinə səbəb olar.
Küvet qaynayan suda 5 dəqiqə qalmalıdır. Əgər küvet suda çox qalsa mum modelə keçə bilər, bu da sonra mumun plastmasa keçməsinə səbəb olar.
Sual № 396
Neylon protezlərin mənfi cəhəti hansıdır?
Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
Neylon protezlərin hazırlandıqdan sonra üzərinə yeni itirilmiş dişin əlavə edilməsi mümkün deyil. Bu da onların mənfi cəhətidir.
Sual № 397
Bazis mumunun standart lövhəsinin qalınlığı nə qədərdir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 140
Çıxan protezlərin bazislərinin okklüzion yastıqları ilə hazırlanması zamanı mum kompozisiyalardan istifadə olunur. Mum plastinkaların qalınlığı 2,0 mm, 10x20 sm uzunluğunda və 400 C temperaturda yumşalır.
Sual № 398
Frontal dişlər nahiyyəsində mum yastığının hündürlüyü nə qədərdir?
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 234-235
Okklüzion yastıqlar alveol çıxıntının mərkəzində yerləşməlidir. Okklüzion yastıqlar monolitdir və hündürlüyü 1,2-1,5 sm, eni 1 sm-dir. Dişlər olduğu zaman okklüzion yastıqlar 2-3 mm dişlərdən hündür olmalıdır.
Sual № 399
Hansı variant polimerləşən ölçü materiallarına aiddir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина» Москва 1986 səh 86
Etakril-metilmetalakrilat, etilmetakrilat və metilakrilat birləşməsindən ibarətdir.
Tozdan və mayedən ibarətdir. Ftoraks-toz tərkibli rezindən ibarətdir. O yarımhamardır və ağız boşluğun yumşaq toxumaların rənginə uyğundur.
Tozdan və mayedən ibarətdir. Ftoraks-toz tərkibli rezindən ibarətdir. O yarımhamardır və ağız boşluğun yumşaq toxumaların rənginə uyğundur.
Sual № 400
Mum bazislə modellər hansı üsullarla küvetə basdırılır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 136
Düz üsul- gips modeli elə kəsilir ki, onu küvetin əsas hissəsində yerləşdirən zaman, onun qıraqlarını qaydaya salmaq üçün lazımı qədər yer saxlanılmalıdır. Model küvetin əsas hissəsinə elə basdırılır ki, süni dişlər küvetin qıraqlarının bir qədər hündüt olsun. Düz üsulda süni diş və model küvetin əsasında qalır.
Əks üsul- Plastmas protez haızırladıqda, əsasən əks gipsləmədən istifadə olunur. Bunun üçün modelin səviyyəsinə qədər gips dişlərin vestibulyar tərəfindən kəsik aparılır. Eləcə də klammer qoyulacaq dişlər də kəsilir. Əks üsulun düz üsuldan fərqi küvetin əsasında süni dişlər və klammerlər, kontr küvetdə isə gips model qalır.
Kombinəedilmiş üsulda küvetin əsasında gips model, ön gips və süni dişlər yastlqla örtülü klammerlər, konturküvetdə isə çeynəmə dişləri və süni dişətinin izi qalır
Əks üsul- Plastmas protez haızırladıqda, əsasən əks gipsləmədən istifadə olunur. Bunun üçün modelin səviyyəsinə qədər gips dişlərin vestibulyar tərəfindən kəsik aparılır. Eləcə də klammer qoyulacaq dişlər də kəsilir. Əks üsulun düz üsuldan fərqi küvetin əsasında süni dişlər və klammerlər, kontr küvetdə isə gips model qalır.
Kombinəedilmiş üsulda küvetin əsasında gips model, ön gips və süni dişlər yastlqla örtülü klammerlər, konturküvetdə isə çeynəmə dişləri və süni dişətinin izi qalır
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?