Diş texniki

822 elementdən 401-420 arası göstərilir.

Sual № 401

Elastik altlıqlı bazisin tətbiqinin əsas səbəbi nədədir?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 135
Protezdə elastik altlıq sümük çıxıntıları olduğu zaman düzəldilir. (ekzostoz, torus və sümük çıxıntılar olduğu zaman)

Sual № 402

Kristallaşan ölçü materialları hansıdır?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина» Москва 1986 səh 109-110
Gips kristallaşan ölçü materialıdır, ağ rənglidir.
Modellər alınır və okklüdatora gipslənir.
Dentolun tərkibi:
sink-oksid,
vazelin yağı,
kanifol,
qvayakol və boyaq mayesi.
Repinin tərkibi: sink oksid, evgenol tərkibli kütlədir.

Sual № 403

Elastik ölçü materialları hansılardır?

  Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 66
Elastik materialları bərkidikdən sonra elastik və rezinə oxşar hala düşür. Təzyiq zamanı ölçü materialı dəyişilir, amma azad etdikdən sonra əvvəlki vəziyyətə qayıdır. Elastikliyinə görə belə ölçü materiaalları ağız boşluğundan bütöv çıxarılır. Bu elastik ölçülər dəqiq ölçülərdir.

Sual № 404

Küvetdə plastması gipsdən ayırmaq üçün hansı materialdan istifadə olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 250
Polimerzasiyadan sonra damaq tərəfə yerləşən üzə gips yapışırdığından protezi gipsdən ayırmaq çətin olur. Bu zaman onu bordan və ya şpateldən istifadə edərək təmizləmək lazım olur, çox vaxt belə təmizləmə protezin korlanmasına gətirib çıxarır. Ona görə də protezin rahat ayrılması üçün izokoldan istifadə olunur.

Sual № 405

Polimerləşmədən sonra gips plastik kütlədən ayrılmırsa nə etmək lazımdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 228
Polimerləşmədən sonra əgər gips protezdən çətin qopursa, bu zaman həmin hissələr xlorid turşusu ilə isladılır və 5-10 dəqiqədən sonra sabunlu su ilə yuyularaq çıxarılır.

Sual № 406

Protezin mexaniki işlənməsi nə ilə aparılır?

  Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман .Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 251
Protezin işlənməsi üçün xüsusi insrumentlərdən istifadə olunur. Ürqül şaberlərdən, yarımdairəvi nəqqaş qələmi, iri çərtilmiş düz və iti yiyələrdən istifadə olunur. Protezin son işlənməsi sumbata kağızla, fülslə, setka və s. aparılır.

Sual № 407

Dişləm şablonunun mum yastığına aid olmayan tələb hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 322
Qızdırılmış mum lövhəciyi yavaşca model üzərinə sıxılır. Qızdırılmış şpatel ilə sərhəd boyu artıq mum kəsilir. Lövhəciyi odun üstündə yumşaldıb yumurlayıb valik formada lövhəcliyin üstünə qızdırıb yapışdırılır. Mum bərkiməmiş çəvrilib hamar yerdə sıxılır. Valik əridilmiş mumla bir-birinə yapışdırılır.

Sual № 408

Plastik kütlə küvetə qoyulduqdan sonra presdə neçə dəqiqə saxlamaq lazımdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 227
Plastik kütlə küvetə qoyulduqdan sonra presdə 10-15 dəqiqə saxlamaq lazımdır.

Sual № 409

“Algelast” hansı ölçü materiallarına aiddir?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 113-115
“Algelast” ölçü materialının fiziki və kimyəvi xassələri elastiki ölçü materiallarının xassələrinə uyğundur.

Sual № 410

Gilizi seçərkən nəyə diqqət yetirmək lazımdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 63-65
Qapaq döymək üçün gilizləri seçərkən onun dişin (yəni meloddan hazırlanmış kontrştampın) ölçüsünə uyğun olmasina fikir verilməlidir. Çünki gilizin ölçüsü kiçik olarsa ştampa keçməz, böyük olarsa qapaq hazırlamaq mümkün olmaz. Giliz ştampa çətinliklə keçməli və kip olmalıdır.

Sual № 411

Vestibulyar səthi plastmasdan olan qapaq necə adlanır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 74
Qapaqların hazırlanma materialına görə 3 növü var:
1.Metaldan olanlar (qızıl, polad)
2.Kombinəedilmiş (eyni zamanda həm metal, həm də plastmas və ya çinidən) 3. Plastmasdan və ya çinidən olanlar
Kombinəedilmiş konstruksiyalar fərqli olur. Bəzi konstruksiyaların altı metaldan olur, üstü plastmas və ya çini ilə üzlənir. Digərlərinin isə yalnız vestibulyar hissəsi plastmasdan olur.

Sual № 412

Modelləşdirmə zamanı mum diş boynuna çatmamalıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-61
Müəllifin fikrinə əsaslanaraq modelləşdirmə zamanı mum diş boynuna 1,0-1,5 mm çatmamalıdır.

Sual № 413

Metal ştampın əksi olan gips sütunun kəsilmə qaydası necədir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-61
Gips sütun kəsildikdə qaydalara riayət etmək vacibdir, çünki düzgün kəsilmiş gips sütundan metal sütun töküləcək və onun üzərində qapaq döyüləcək. Gips sütunda buraxılmış səhvlər keyfiyyətsiz və dəqiq olmayan qapağa gətirib çıxarır. Gips sütun dişin boynundan başlayaraq diş oxuna paralel kəsilməlidir ki, giliz onun üzərinə oturdulub döyüldükdın sonra çıxarıla bilsin

Sual № 414

Ən uzun ömürlü və effektli qapaqlar hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 187
Ortopedik stomatologiyada bütün konstruksiyaların müsbət və mənfi cəhətləri vardır. Hər hansı bir konstruksiyanın effektli və uzun ömürlü olması onun dəqiq texnologiya ilə hazırlanmasından asılıdır. Yalnız metal-çini konstruksiyalar digər materiallardan fərqli olaraq daha möhkəm estetik və uzun ömürlüdür.

Sual № 415

Çini qapağın tətbiqinə göstərişləri nə məhdudlaşdırır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 187
Çini qapaqların digər materiallardan bir sıra üstünlikləri var. Yalnız mənfi cəhətləri də var ki, bu da onların plastik olmaması,kövrək olmasıdır. Belə ki, bu mənfi cəhəti nəzərə alaraq onları hazırlayarkən anatomik formalarını tam dəqiqliklə vermək lazımdır, aşağı çənənin bütün istiqamətlərdən hərəkəti zamanı okklüzion münasibətlərə texnoloji nöqteyi nəzərdən riayət olunmalıdır.

Sual № 416

Hansı xüsusiyyətlər ölçü materiallarına aid deyil?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 113-115
Ölçü materiallarına aid olan xüsusiyyətlər:
1.Ağız boşluğu toxumalarına mənfi təsir göstərməməlidir.
2.Pis qoxuya və dada malik olmamalıdır.
3.Alınmış ölçü modeldən asan ayrılmalıdır. 4. Protez nahiyyəsinin relyefini tam əks etdirməlidir.

Sual № 417

Gips sütunlarını nə üçün suda saxlamaq lazımdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 63

Sual № 418

Toxunan və yuyulan formanın eyni cəhətləri hansılardır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Toxunan və yuyulan formaların eyni cəhəti hər ikisinin də gigiyenik olmasıdır. Toxunan forma damağa yalnız vestibulyar səthi ilə toxunur, bu cəhətdən gigiyenik cəhətdən əlverişlidir. Yuyulan forma damağa çatmır və damağa gigiyenik cəhətdən qulluq etmək çox asanlaşır.

Sual № 419

Hazırlanmasına görə qapaqlar neçə yerə bölünür?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-68,72 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137-146, 146-149
Qapaqlar müxtəlif səbəblərdən qruplara ayrılır: hazırlanma materialına görə , tətbiqinə görə, konstruksiyasına görə və hazırlanma üsuluna görə. Hazırlanma materialına görə: metal, qeyri-metal və kombinəedilmiş.
Tətbiqinə görə: dayaq, fiksasiyaedici və bərpaedici.
Konstruksiyasına görə: tam, ekvator, yarımqapaq, güdüllü, teleskopik və ştiftli.
Hazırlanma üsuluna görə: tökmə, ştamplanmış və qaynaq edilmiş (tikişli).

Sual № 420

Ştamplanmış metal qapağın qalınlığı nə qədər olmalıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 64
Paslanmayan poladdan ştamplama üsulu ilə qapaqların hazırlanması üçün 0,20-0,28 mm qalınlığında gilizlərdən istifadə olunur. Qızıl və ya platindən döyülən qapaqlar üçün diametri 23-30 mm, qalınlığı 0,26-0,28 mm olan disklərdən istifadə edilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×