Diş texniki

822 elementdən 421-440 arası göstərilir.

Sual № 421

Materialına görə qapaqlar neçə yerə bölünür?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-68, 72 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137-146, 146-149
Qapaqlar müxtəlif səbəblərdən qruplara ayrılır: hazırlanma materialına görə, tətbiqinə görə, konstruksiyasına görə və hazırlanma üsuluna görə.
Hazırlanma materialına görə: metal, qeyri-metal və kombinəedilmiş.
Tətbiqinə görə: dayaq, fiksasiyaedici və bərpaedici.
Konstruksiyasına görə: tam, ekvator, yarımqapaq, güdüllü, teleskopik və ştiftli.
Hazırlanma üsuluna görə: tökmə, ştamplanmış və qaynaq edilmiş (tikişli).

Sual № 422

Güdüllü qapaqlar nəyə deyilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 86
Güdüllü qapaqlar süni güdüldən, ştiftdən və tac hissədən ibarətdir. Tac hissəyə keramik, plastmas, kombinəedilmiş qapaqlardan istifadə etmək olar.

Sual № 423

Metal-çini körpüvari protezi metal-plastmas protezdən fərqləndirən xüsusiyyət hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 196,180
Metal-çini körpüvari protezlər metal-plastmaslara nisbətən möhkəmdir, rəngini dəyişmir, fizioloji sürtülmə qədər sürtülür. Metal-plastmas konstruksiyalar tədricən saralır, patoloji sürtülmə səviyyəsində sürtülür.

Sual № 424

Plastmas qapağın mənfi xüsusiyyətinə hansı aid deyil?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 132
Plastmas qapaqların bir sıra mənfi cəhətləri var ki, onlar bu konstruksiyaların istifadəsini məhdudlaşdırır:
1.Rəngini tədricən dəyişir
2.Dayaq elementi kimi nadir halda istifadə olunur
3.Tez sınır və sürtülür
4.Klammer üçün dayaq elementi kimi istifadə olunmur
5.Sağlam toxumaların nisbətən çox yonulması (metal qapağa nisbətən) Yüksək estetik görünüşü onun mənfi cəhətidir.

Sual № 425

Plastmas qapağı çini qapaqdan fərqləndirən xüsusiyyət hansıdır?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 132,141
Plastmas qapağın çini qapaqdan bir sıra fərqli cəhətləri var.
1.Plastmas qapaq üçün diş daha az yonulur.
2.Plastmas qapaq tədricən rəngini dəyişir, çini qapaq isə dəyişmir.
3.Plastmas qapaq sürtülür, çini qapaq demək olar ki, yox.
4.Çini qapaq vasitəsilə dişin anatomik formasını bütün incəliyilə, emalın təbii rəngini və şəffaflığını bərpa etmək olar.

Sual № 426

Diş texnikliyi laboratoriyasına daxil olan mütəxəssis ilk növbədə nə etməlidir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 15-17
Diş texniki laboratoriyasında işləyən texnik bir çox insan orqanizminə zərərli olan maddələrlə sıx təmasda olur. Bu müxtəlif turşular (onların buxarları), benzin, civə, plastmas, tozlar və s. Bütün bunlardan qorunmaq üçün texnik lazımi təhlükəsizlik qaydalarına riayət etməli, ilk növbədə öz sağlamlığını qorumalı. Təhlükəsizlik qaydalardan ən vacibi, iş gününün başlanğıcında olan iş otağına girərkən ilk öncə havanı iyləyib, məhz sonra lazımi tədbirlər görməlidir.

Sual № 427

Plastmas qapaq nə üçün istifadə olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 149
Plastmas qapaqlar dişin anatomik formasını bərpa etmək üçün (dağılan dişlərdə) və ya olmayan dişləri əvəz etmək üçün (körpüvari protezlərdə) hazırlanırlar. Bu konstruksiyalar metal qapaqlara nisbətən estetik nöqteyi nəzərindən daha məqsədəuyğundur.

Sual № 428

Hansı konstruksiyanın hazırlanmasında dişin tac hissəsini modelləşdirdikdə onun həcmini artırırlar?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 149-150
Platmas qapaqlar hazırlanarkən dişin anatomik forması tam bərpa edilməlidir, hətta bir az artıq forma verilməlidir. Bu gələcəkdə polimerzasiyadan sonra dişin işlənməsi üçün lazımdır. Modelləşdirmə ağ və sarı mumla aparılmalıdır, əks halda göy və yaşıl mumların rəngi press formadan çıxarıldıqda gipsə, sonra isə plastmas dişə çıxır.

Sual № 429

Gips ştamp üzərindəki boyunlar arasındakı məsafə nəyi göstərir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 145
Gips ştamp üzərində iki boyun mövcuddur: anatomik və klinik. Klinik boyun (birinci boyun) diş əti kənarını bildirir. Ondan 2 mm aşağıda anatomik boyun çəkilir. Bu boyun şpatellə cızılır və gələcək qapağın uzunluğunu bildirir, yəni qapağın diş ətinə keçməsinin uzunluğunu

Sual № 430

Materialına görə süni qapaqlar neçə yerə bölünür?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60
Süni qapaqlar müxtəlif xassələrinə görə təsniflənir:
1.Hazırlanma materialına görə
2.Hazırlanma üsuluna görə
3.Funksiyasına görə
4.Təyinatına görə
Materialına görə aşağıdakılara bölünür:
1.Metaldan (qızıl, polad, titan)
2.Qeyri-metal (plastmas, keramik)
3.Kombinəedilmiş (plastmas və ya keramika ilə üzlüklənmiş metal qapaq).

Sual № 431

Dişin modelləşdirilməsi zamanı texnik mumun ilk hissəsini qaynar halda gips dişin üzərinə nə üçün çəkir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 61-64
Dişin modelləşdirilməsi zamanı texnik mumun ilk hissəsini qaynar halda gips dişin olaraq texnik mumun gipsə yapışıb yapışmamasını özü idarə edir. Məsələn tam tökmə qapaq hazırlayanda mum yapışmır, ştamplanma qapaq hazırlayanda mum yapışmalıdır.

Sual № 432

Çıxmayan protezlərin hazırlanmasında köməkçi material kimi nədən istifadə olunur?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 29,102
Ortopedik Stomatologiyada istifadə edilən materiallar əsas və köməkçilərə bölünür: Əsaslar bunlardır: metal ərintiləri, plastmaslar və çini kütlələr. Qalanlar köməkçi materiallar aiddir.

Sual № 433

Plastmas qapaqları nə zaman hazırlamaq olmaz?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 132
Plastmas qapaqlar mərkəzi dişlərin rəngini, formasını və funksiyasını bərpa etmək üçün istifadə edilir. Bu pozğuntuluqlar depulpasiya, travma, formanın və yerləşməsinin anomaliyaları zamanı baş verir. Böyük azı dişlərdə təzyiq çox olduğuna görə plastmas qapaqların hazırlanması mümkün deyil.

Sual № 434

Çini qapaqların müsbət cəhəti hansıdır?

  Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 94
Çini qapaq dişin sərt toxumaları (mina, dentin) kimi bir neçə qatdan ibarət olduğundan onu təbii dişlərin rənginə tam uyğunlaşdırmaq mümkündür. Zaman keçdikcə çini qapağın rəngi və həcmi dəyişmir, allergiya vermir, diş ətini qıcıqlandırmır. Səthi çox hamar olduğundan qida qalıqları yapışmır, üzərində diş ərpi yaranmadığına görə ağız boşluğunun gigiyenik vəziyyəti pisləşmir. Çini orqanizm üçün zərərsizdir.

Sual № 435

Plastik kütlədən körpüvari protezin nöqsanı nədir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 96
Plastik kütlədən körpüyəbənzər protezin bir sıra nöqsanlar var: 1. Tam dəqiq deyillər 2. Okklüzion (çeynəyici) səthin sürtülməsi 3. Dərin dişləm zamanı və uşaqlarda tətbiqi mümkün deyil 4. Tədricən rəngini dəyişir

Sual № 436

Plastmas qapağın metal qapaqdan üstünlüyü nədir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 72,73
Plastmas qapaqlarla metal qapaqların bir sıra fərqləri var. Metal qapaq dəqiqdir, plastmas nisbətən yox. Metal qapaqlar möhkəmdir, davamlıdır. Plastmas rəngini dəyişir, sürtülür, metal qapaq isə yox. Yalnız plastmas qapaqlar estetik nöqteyi nəzərdən çox əlverişlidir. Dişlərin təbii rənginə və formasına tam uyğundur.

Sual № 437

Plastmas qapağın hazırlanmasına əks-göstəriş hansıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 73
Plastmas qapaqların hazırlanmasına bir sıra əks göstərişlər var:
1.Yeniyetmələrdə və uşaqlarda istifadə olunmaz
2.Dişin sərt toxumaları yetəri qədər qalın olmadıqda hazırlanmaz
3.Dərin dişləm zamanı hazırlanmaz
4.Akril plastmaslara allergik reaksiyası olan pasiyentlərə hazırlanmaz

Sual № 438

“Dentol” hansı ölçü materiallarına aiddir?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 113-115
Dentol kristallaşan ölçü materiallarına aiddir. Onun tərkibində sink oksidi, qvayakol, kanifol, vazelin yağı, boyalar. Dentolun analoqu repindir.

Sual № 439

Gips ştamp üzərindəki boyunlar arasındakı məsafə nəyi göstərir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 140-141
Gips ştampın üzərində 2 boyun görünür: klinik və anatomik. Klinik boyun dişəti kənarını bildirir. Ondan 1 mm aşağıda 2-ci boyun, yəni anatomik boyun qələmlə çəkilir. (I-nin dəqiq təkrarı) və şpatellə cızılır. Bu cızıq metal ştamp üzərində əks olunur və gələcək qapağın uzunluğunu, yəni dişəti cibinə nə qədər keçəcəyini bildirir.

Sual № 440

Qızıl əsaslı diskin qalınlığı nə qədərdir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 142
Qızıl əsaslı xəlitədən alınmış diskin qalınlığı 0,25-0,28 mm, paslanmayan poladdan olanlar isə 0,20-0,22 mm olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×