Diş texniki

822 elementdən 441-460 arası göstərilir.

Sual № 441

Tezəriyən metalın qızıla qarışmasının aradan qaldırmaq üçün nə etməli?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 144
Tezəriyən metalın qızıl gilizin üzərində hətta çox az bir miqdarda qalması qızıl qapağın korroziyaya uğramasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün ştamplama bitdikdən sonra qızıl qapaq 1-2 dəqiqə HCl turşusunda qaynadılır.

Sual № 442

Plastmasın formalaşdırılması zamanı artığı nə edilir?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 70-75
Plastmasın formalaşdırılması zamanı artıqları tullantı qutusuna atılır. Onun başqa bir protez üçün istifadəsi mümkün deyil. Bu dönər prose deyil, yəni qızdırıldıqda onlar yeni formaya salına bilməz.

Sual № 443

Materialına görə süni qapaqlar hansı hissələrə bölünürlər?

  Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 88
Qapaqlar müxtəlif xassələrinə görə təsniflənir. Təyinatına görə: bərpaedici və fiksasiyaedici. Qapaqlar daimi və müvəqqəti olur. Konstruksiyasına görə: tam, ekvator, yarımqapaq, teleskopik. Hazırlanma üsuluna görə: tökmə və ştamplama. Materialına görə: metal, qeyri-metal, kombinəedilmiş.

Sual № 444

Qaynaq aparatı ilə tezəriyən ərintiləri nəyə görə əritmək olmaz?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 158
Tezəriyən metal qaynaq aparatında qızdırılmalı, çünki onun ərimə dərəcəsi çox aşağıdır. Tezəriyən metal bir ərintidir, onun tərkibində qurğuşun və Pb (qalay) var. Bu metalların ərimə dərəcəsi aşağıdır. Sn (2320 C), Pb (3270 C). Müxtəlif kristallik strukturların ərintidə mexaniki əlaqəsi zamanı ərimə dərəcəsi bir az da aşağı düşür.

Sual № 445

Ağızda yoxlanmadan əvvəl tək metal qapaqları nə etmirlər?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 165
Ağızda yoxlanmadan əvvəl tək metal qapaqları ağartmaq, cilalamaq, parıldatmaq olmaz. Çünki qapaqda hər hansı bir nöqsan olduqda onu aradan qaldırmaq üçün yenidən qızdırmaq lazım gələ bilər. Qapaqların 2 dəfə qızdırılması metalın keyfiyyətinə əks təsir göstərər. Bunun üçün qapaq tam hazır vəziyyətə gəldiyindən, ağız boşluğunda yoxlandıqdan sonra ağardılır.

Sual № 446

Dişin tac hissəsini modelləşdirdikdə onun həcmini nə zaman artırırlar?

  Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 96
Dişin tac hissəsini modelləşdirdikdə onun həcmini plastmasla qapaq hazırlayarkən artırırlar. Mum forma plastmasla əvəz olunduqda pardaxlama zamanı müəyyən qədər yonulur, formaya salınır.

Sual № 447

Güdüllü qapaqlar nə zaman hazırlanır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-80, 86
Güdüllü qapaqlar diş tacının xeyli hissəsi və ya tamamilə dağıldıqda hazırlanır.

Sual № 448

Hansı variant polimerləşən ölçü materiallarına aiddir?

  Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 78
Etakril-metilmetalakrilat, etilmetakrilat və metilakrilat birləşməsindən ibarətdir.
Tozdan və mayedən ibarətdir. Ftoraks-toz tərkibli rezindən ibarətdir. O yarımhamardır və ağız boşluğun yumşaq toxumaların rənginə uyğundur.

Sual № 449

Təbii abraziv materiallara hansılar aiddir?

  Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 75
Abraziv materiallar 2 qrupa bölünür: təbii və süni. Təbiilər bunlardır: korund, almaz, sumbata, pemza. Sünilər bunlardır: karborund, qrafit, xrom və dəmir oksidləri, elektrokorund.

Sual № 450

Kombinəedilmiş qapaqda plastmasın fiksasiyasını təmin edən nədir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 75
Kombinəedilmiş qapaqda plastmasın fiksasiyasını təmin edən mişarabənzər kəsiklərdir ki, bunlar vestibulyar səthdə açılır. Bu M.Y.Belkin üsulu ilə kombinəedilmiş qapağın hazırlanmasıdır.

Sual № 451

Samson aparatından keçirilimiş gilizin diametri nəyə uyğun olmalıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 143
Samson aparatından keçirilimiş gilizin diametri dişin boyun nahiyyəsinin diametrinə uyğun olmalıdır. Hazır giliz ştampa zorla keçirilməlidir. Giliz ştampın üzərinə qoyulur və çəkic ch

Sual № 452

Gips model üzərində çatmayan dişlər hansı materialdan hazırlanır?

  Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ. 2003, səh 265
Gips model üzərində mumdan çatmayan dişlər modelləşdirilir.

Sual № 453

Müasir odadavamlı kütlələr hansılardır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany, səh 249-250
Müəllifə görə Wiropaint plus, Wirofine müasir odadavamlı kütlələr sayılır.

Sual № 454

Master –model suya salınandan sonra nə ilə qurulanmalıdır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany 2006 səh 82
Çünki qeyd olunmuş başqa qurutma yolları master –modelin səthinin relyefini pozur.

Sual № 455

Metal karkasın ağardılmasında hansı turşulardan istifadə olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 94-95
Texniki laboratoriyalarda bu turşuların istifadəsi geniş yayılıb.

Sual № 456

Odadavamlı modelin alınmasında tətbiq olunan küvet hansıdır?

  Ədəbiyyat: Ренферт «Идеи для зубной техники» 2008, səh 14
Bu küvet öz quruluşu ilə texniki laboratoriyada istifadə olunan küvetlərdən fərqlənir.

Sual № 457

Texnik odadavamlı materialı ilk olaraq nə ilə qarışdırmalıdır ?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 101
Vakuum aparatında qarışdırmamışdanq qabaq odadavamlı materialdan həmcins kütlə alınmalıdır və ona görə də ilk olaraq əl ilə qarışdırılmalıdır.

Sual № 458

Hidrokolloid kütlənin əsas hissəsi hansıdır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 246
Hidrokolloid kütlənin əsas hissəsi aqar-aqardır.Bu maddə olmasa kütlə öz xüsusiyyətini itirir.

Sual № 459

Odadavamlı kütlə mumda neçə dəqiqə saxlanılmalıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 317
Müəllifə əsaslanaraq odadavamlı kütləni mumda 3 dəq saxlamaq lazımdır.

Sual № 460

Odadavamlı model harada qurudulur?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 162
Müəllifə görə odadavamlı model 15-20 dəq. havada və 30 dəq. 180-200 oC quruducu şkafda qurudulur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×