Diş texniki
822 elementdən 461-480 arası göstərilir.
Sual № 461
Kobalt-xrom ərintisinə hansı metallar daxildir?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 255
Kobalt-Xrom ərintisinin tərkibinə daxildir: Kobalt,xrom,molibden metalları
Sual № 462
Model almaq üçün alginatdan alınan ölçüyə gips nə zaman tökülür ?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 40
Alginat ölçü materialı ilə alınan ölçüdən model dərhal tökülməlidir.Çünki, alginat ölçü materialı ilə alınmış ölçü deformasiyaya tez uğrayır.
Sual № 463
Odadavamlı materialdan alınmış modelin qaynar muma salınması səbəbləri hansılardır?
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 316
Çünki qaynar mum modelin məsamələrinə dolur və monolit, möhkəm struktur yaradır.
Sual № 464
Odadavamlı materialı göstərin?
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 314-316
Odadavamlı materiallar- kristasil, silamin, silaur.
Sual № 465
Dilaltı qövs üçün hansı mum profilləri işlənir?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 218
Dilaltı qövs üçün anatomik və marksorsa görə olan mum profilləri işlənir
Sual № 466
Dilaltı qövs üçün işlənən anatomik mum profilinin quruluşu necədir?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 218
Müəllifə görə dilaltı qövs üçün işlənən anatomik mum profilinin quruluşu dil tərəf olan hissə əyri, damaq tərəf isə yastıdır.
Sual № 467
Plastmas patrisa nəyin köməyi ilə fiksasiya olunur?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 236
Müəllifə görə plastmas patrisa paralel tutucunun köməyi ilə fiksasiya olunur.
Sual № 468
Gipsdən olan modeli silikon qəlibdən hansı vəziyyətdə çıxartmaq lazımdır?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 217
Gipsdən olan modeli silikon qəlibdən şaquli vəziyyətdə çıxartmaq lazımdır
Sual № 469
Hidrokolloid kütlədən qəlib alınan zaman texnik küveti nə ilə təmizləməlidir?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 82
Sudan başqa sadalanan maddələr hidrokolloid kütlənin tərkibi ilə uyğunlaşmışlar.
Sual № 470
Silikon tərkibli maddələrdən qəlib alanda əgər model çox alçaqdırsa texnik onun ölçüsünü qaldırmaq üçün nə etməlidir?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 84
Silikon tərkibli maddələrdən qəlib alanda əgər model çox alçaqdırsa texnik onun ölçüsünü üzatmaq modelin səthinə plastilin qoyulmalıdır.
Sual № 471
Üst qapağın üzlüyü üçün işlədilən fotopolimer plastmasın hansı çatışmayan cəhəti var?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 154
Müəllifə görə üst qapağın üzlüyü üçün işlədilən fotopolimer plastmasın çatışmayan cəhəti rənginin tez dəyişməsi və sürtülməsidir.
Sual № 472
Hansı maddə ilə biz gipsdən olan dayaq dişləri işləsək karkası modelə taxıb çıxaranda gips ovulmayacaq?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 112
Karkası modeldən tez-tez çıxarıb taxanda qarmaqlar gipsdən olan dişlərə sürtülərək gips ovulur, bununlada retensiya hissələr get-gedə boşalır .
Sual № 473
Mum karkası frezləmək üçün hansı burğular istifadə olunur?
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 195
Frezləmədə burqulardan istifadə olunur, çünki başqa variantda sadalanan alətlər yalnız karkasın ilk və son işlənməsində istifadə olunur.
Sual № 474
Mumun əridilməsi hansı tempraturda aparılır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 93
Mumun əridilməsi mufel sobasının xüsusi qazaparıcı borusu olan sistemdə 100-150C tempraturda aparılır. Mum kompozisiyası tam şəkildə yanır və buxarlanır.
Sual № 475
Etilsilikatla marşalit neçə nisbətində qarışdırılmalı və alınmış kütlə hansı formada olmalıdır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 89
Silikat marşalitlə 1:2 nisbətində və xamayaoxşar kütlə halında qarışdırılır. Alınan üzlük qatı odadavamlılıq qabiliyyətinə və mexaniki dayanıqlığa malikdir.
Sual № 476
Odadavamlı kütlənin xassələri hansılardır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 88
Metaltökmə də istifadə olunan ərintilər yüksək temperaturda əridiyi üşün odadavamlı kütlə-qəlib əridilmiş metalın istiliyinə davamlı, qaz keçirən və tökmədən asan ayrılmalı, metalın termiki genişlənməsi əmsalına uyğun əmsalda olmalıdır.
Sual № 477
Çini kütlələrinin tərkib hissəsini hansı materiallar təşkil edir ?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 93
Ortopedik Stomatologiyada istifadə edilən çini kütlələr 60-75% çöl şpaından, 15-35% kvarsdan və 3-10% kaolindən ibarətdir. Bu komponentlərin faizi-zi çini kütlənin istifadəsindən asılı olaraq dəyişir.
Sual № 478
Keramika nədir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 96
Çini kütləsinin yandırılması nəticəsində alınmış məhsul keramika adlanır. Qarışığın qızdırılması zamanı çöl şpatı birinci əriməyə başlayır (ərimə dərəcəsi 1180-12000C), qızdırılma davam etdikdə kvars və kaolin əriyir. Çöl şpatı burada əridici rolu oynayır. (ərimə dərəcəsini endirən maddə)
Sual № 479
Abraziv materialların alınmasında hansı əlaqələndiricilər istifadə olunur?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 152
Əlaqələndirici materiallar abraziv dənəciklərin birləşdirilməsi üçün istifadə edilir. Onlar üzvi və qeyri-üzvi olur. Qeyri-üzvilər keramik, silikat və maqnezit əlaqə yaradır. Üzvilər bakelit və vulkanit əlaqə yaradır.
Sual № 480
Abraziv materiallar hansı qruplara bölünür?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 145
Protezlərin cilalanması və parıldadılması üçün abraziv materiallardan istifadə edilir. Onlar iki qrupa bölünür: təbii və süni
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?