Diş texniki
822 elementdən 481-500 arası göstərilir.
Sual № 481
Pemza nədir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 147
Abraziv materiallar iki qrupa bölünür: təbii və süni. Pemza vulkanik mənşəli təbii abreziv materialdır.
Sual № 482
Materiallarına görə hansı fərdi ölçü qaşıqları var?
Ədəbiyyat: М.З.Штейнгарт, В.Н.Батовский «Руководство по зуботехническому материаловедению. Səh 144
Fərdi ölçü qaçıqların hazırlanma materialına görə 3 növü var:
mumdan,
stensdən
və plastmasdan.
Plastmasdan hazırlanmış fərdi qaşıq digərlərindən onunla fərqlənir ki, onu istənilən plastik ölçü materialından hazırlamaq olar.
Sual № 483
Silikodent hansı materiallara aiddir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 169
Silikodent –silikon polimerdir. Silikodent plastmas protezlərin dişin boyun ətraflarının və diş arası nahiyyələrinin izolyasiyası üçün nəzərdə tutulub. Bu izolyasiya həmin nahiyyələrdə protezin relyefinin qorunması məqsədi ilə aparılır.(estetik nöqteyi-nəzərdən)
Sual № 484
Akril plastmasdan süni dişlərin neçə alınma üsulu var?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 91
Sənayedə akril plastmasdan süni dişlər iki üsulla alınır.
1.Formaverici kütlə metaldan olan pres-qəlibə yerləşdirilir və 1050 C dərəcədə təzyiq altında polimerləşir.
2.Metaldan olan pres –qəlibin içinə toz polimer yerləşdirilir, hidravlik presin təzyiqi altında qızdırılma yolu ilə yumşaldılır, möhkəmlənir və sonra soyudulur. Hər iki üsulla müxtəlif çalarlarda çox rəngli süni dişlər hazırlamaq olur.
1.Formaverici kütlə metaldan olan pres-qəlibə yerləşdirilir və 1050 C dərəcədə təzyiq altında polimerləşir.
2.Metaldan olan pres –qəlibin içinə toz polimer yerləşdirilir, hidravlik presin təzyiqi altında qızdırılma yolu ilə yumşaldılır, möhkəmlənir və sonra soyudulur. Hər iki üsulla müxtəlif çalarlarda çox rəngli süni dişlər hazırlamaq olur.
Sual № 485
Aşağıdakılardan hansı gipsin tez və ya gec bərkiməsinə öz təsirini göstərir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 104-110
Ortopedik Stomatologiyada bütün növ protezlərin müxtəlif hazırlanma mərhələlərində gipsdən istifadə olunur. Bir sıra mərhələlərdə gipsin tez bərkiməsi lazımdır. Bunu nəzərə alaraq bu prosesə nəzarət etmək olar. Yəni gipsin tez və ya gec bərkiməsini texnik özü idarə edə bilər.
1) Gipsin və suyun nisbəti ilə
2) Suyun temperaturu ilə
3) Katalizator və ya ingibitordan istifadə etməklə
4) Gipsin keyfiyyəti ilə
5) Gips narın və quru olduqda tez bərkiyir, ondan keyfiyyətli ölçü və model almaq olar.
1) Gipsin və suyun nisbəti ilə
2) Suyun temperaturu ilə
3) Katalizator və ya ingibitordan istifadə etməklə
4) Gipsin keyfiyyəti ilə
5) Gips narın və quru olduqda tez bərkiyir, ondan keyfiyyətli ölçü və model almaq olar.
Sual № 486
Arı mumu hansı növ mumdur?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 124-125
Heyvanlardan və həşaratların ifrazından əmələ gələn mumlara heyvani mumlar deyilir. Bunlara aiddır: arı mumu və stearin (heyvan piyinin hidrolizindən əmələ gələn mumabənzər material).
Sual № 487
Çıxan protezlərin təmirində işlədilən material hansıdır?
Ədəbiyyat: М.З.Штейнгарт, В.Н.Батовский «Руководство по зуботехническому материаловедению. Səh 67-69
Tezbərkiyən akril plastmslara aid olan material (maye, toz) “Redont” adlanır.Bu material çıxan protezlərin təmiri və bazislərin yenilənməsi üçün istifadə edilir.
Sual № 488
Xəlitə nəyə deyilir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 29-30
Diş texnikliyində metal və metal ərintilərindən protezlərin hazırlanmasında istifadə edilir. İki və ya bir neçə metalın qarışığına ərinti (xəlitə) deyilir. Xəlitəyə daxil olan metalların fiziki və kimyəvi xassələrini nəzərə alaraq onları ərintiyə daxil edirlər. Bununla alınmış xəlitədə yeni fiziki və kimyəvi xassələr əmələ gəlir.
Sual № 489
Valplastın akril kütlələrdən üstün cəhətləri hansılardır?
Ədəbiyyat: www/valplast/com
Valplastın digər kütlələrdən fərqli üstün cəhətləri onun yüksək estetikliyi və superelastikliyidir. Bu nəticəyə material istifadə olunduqca nail olunub. Valplast haqqında geniş məlumat internet saytlardan əldə edilir.
Sual № 490
Diş protezlərində ən çox tətbiq edilən xromnikel və xromkobalt ərintilərinin mənfi xüsusiyyətləri hansıdır?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 46-48
Müəllifin sözlərinə istinad edilir.
Sual № 491
Plastmas hazırlanmasının hansı üsulları var?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 67-69
Plastmasın alınmasının əsas iki üsulu var:
polimerləşmə və
polikondensləşmə.
Bu üsulların bir-birindən fərqi ondan ibarətdir ki, polimerzasiya zamanı polimer zəncirində monomer molekulları birləşdikdə reaksiyanın tərkibindən spirt, su xaric olunmur.Polimerzasiya prosesi dönər prosesdir, polikondensləşmə isə dönməz prosesdir.
Sual № 492
Almaz başlıqların diametri neçə mm olmalıdır?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 155
Almaz başlıqlar yumru silindrik, konus, disk və mərci formasında stehsal olunur.
Onların diametri 0,8-6 mm qədərdir.
Sual № 493
Neyzilberin (melxior) lehimlənməsində hansı lehim tətbiq olunur?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 161
Neyzilber (milxior) 50 hissə misdən, 22 hissə sinkdən və 15 hissə nikeldən ibarət olan ərintidir. Görünüşü katerladır (yeni gümüş). Ortodontiyada və üz-çənə ortopediyasında müvəqqəti aparatların hazırlanmasında istifadə olunur. Onun qaynağı gümüş lehim vasitəsilə aparılır.
Sual № 494
Gümüş lehimində gümüş, mis və sink hansı münasibətində götürülür?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 161
Gümüş lehim 6 hissə gümüşdən , 2 hissə misdən və 1 hissə sinkdən ibarətdir.
Sual № 495
Sərt lehimləmədə hansı maddə tətbiq olunur?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 162-163
Sərt lehimləmədə natrium tetraboratdan istifadə olunur (Nna2B4O7x10h2O). Bu ağ rəngli kristaliik tozdur. Ərimə dərəcəsi 7410 C
Sual № 496
Nitrat turşusu hansı metalları əritmir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 164
Təmiz nitrat turşusu rəngsiz mayedir, kəskin iyi var, təmiz havada tüstülənir. Nitrat turşusu fəal turşulara aiddir. Qızılla , platindən başqa bütün metalları əridir.
Sual № 497
Termo kütlələrə aşağıdakılardan hansı aid deyil?
Ədəbiyyat: М.З.Штейнгарт, В.Н.Батовский «Руководство по зуботехническому материаловедению. səh 26-27
Termo kütlələr yapışqan olmamalıdır ki, onlarla ölçü almaq mümkün olsun, adları çəkilən bütün qalanlar onun xassələrinə aiddir.
Sual № 498
Repin hansı ölçü materiallar sırasına daxildir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 112
Repin kristallaşan ölçü materiallar qrupuna aiddir (Çexoslovakiya istehsalı).Bu qrupa gips, dentolda aiddir.
Sual № 499
Etakril neçə dəqiqəyə polimerləşir?
Ədəbiyyat: М.З.Штейнгарт, В.Н.Батовский «Руководство по зуботехническому материаловедению. Səh 52-53
İnstruksiyasına görə etakril 45 -50 dəqiqəyə polimerləşir.
Sual № 500
Tiodent hansı ölçü materiallarına aiddir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 118
Tiodent polimerləri əsasında hazırlanmış ölçü materialıdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?