Diş texniki
822 elementdən 501-520 arası göstərilir.
Sual № 501
Polimerləşən ölçü materialları hansı sırada dolğun verilib?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 118
Bu materiallar öz xassələrinə görə polimerləşən ölçü materiallarına aiddir.
Sual № 502
Termoplastik ölçü materialı hansı sırada göstərilmişdir?
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 119-121
Termoplastik ölçü materialları -
stens,
ortokor,
dentafol,
adgezial,
mukodin
Sual № 503
Stomatoloji praktikada hansı ucluqlardan istifadə olunur?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 19
Stomatoloji kabinetlərdə istifadə olunan ucluqlar düz və künclü olur.
Sual № 504
Stomatologiyada tətbiq edilən burğaclar hansılardır?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 20
Burğaclar hazırlandığı materialına görə, əsasən üç qrupa ayrılır;
1.Polad
2.Xüsusu (volfram-karbidli)
3.Almaz
1.Polad
2.Xüsusu (volfram-karbidli)
3.Almaz
Sual № 505
Ştift hazırlanması, klammer əyilməsi, ortodontik aparat düzəldilməsi üçün hansı kəlbətindən istifadə olunur?
Ədəbiyyat: М.В.Мухин, Д.Е.Тамфильев « Руководство для медицинских сестер работающих в стоматологических лечебных учреждениях» , səh 58
Ştift, ortodontik aparat hazırlanması, klammer əyilməsi məqsədilə xüsusi krampon kəlbətini tətbiq edilir.
Sual № 506
Plombun artığını kənar etmək, kobud səthləri hazırlamaq üçün hansı alətdən istifadə edilir?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 15
Plombun artığını kənar etmək, kobud səthləri hamarlamaq üçün karborund daşlardan istifadə edilir.
Sual № 507
Finirləmə nədir?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 80
Finirləmə mina kənarlarının hamarlanması olub, plomb materialının dişin sərt toxumaları ilə təmas sahəsini böyüdür
Sual № 508
Plastmas plomblar hansı alətlərlə cilalanır?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 86
Plastmas plomblar karborund abrazivlər kağız disklərlə pardaxlanır, fırça və zərif keçə dairələrlə cilalanır.
Sual № 509
Pulpa və onun qalıqlarını kənar etmək üçün hansı alət tətbiq olunur?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 175
Endodontik müalicə zamanı pulpa və onun qalıqlarını kənar etmək üçün pulpa ekstraktorlardan istifadə olunur.
Sual № 510
Quttaperça ştiftlər hansı maddədə dezinfeksiya edilir?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 221
Endodontik alətlərdən olan quttaperça ştiftlər spirtdə dezinfeksiya olunur.
Sual № 511
Endodontik alətlər hansı ardıcıllıqla kanala daxil ediilir?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 234
Dərinlik ölçən, pulpaekstraktor, kök burğusu, kök törpüsü, drilburğac
Endodontik alətlərin kanala daxil edilməsi ardıcıllığı:
1.Dərinlik ölçən
2.Pulpaekstraktor
3.Kök burğusu
4.Kök törpüsü
5.Drilburğac
Endodontik alətlərin kanala daxil edilməsi ardıcıllığı:
1.Dərinlik ölçən
2.Pulpaekstraktor
3.Kök burğusu
4.Kök törpüsü
5.Drilburğac
Sual № 512
Plomb materialını boşluqda kipləşdirmək üçün hansı alət tətbiq olunur?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 14
Plomb materialının boşluqda kipləşdirilməsi, sıxlaşdırırlması üçün ştopferlər tətbiq olunur.
Sual № 513
Ucluqlar nə üçün tətbiq olunur?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 19
Burğac maşınından kəsici alətlərə fırlanma hərətəkətini ötürür.
Sual № 514
Super gipsi qarışdırmaq üçün istifadə olunan maye hansıdır?
Ədəbiyyat: Матиас Вецлер: « Искусство керамики » Москва 2005 səh 18
Distillə edilmiş su olmasa gipsin genişlənməsi prosesi düzgün getməyəcək və model ağız boşluğundakı vəziyyətlə uzlaşmayacaq.
Sual № 515
Gipsin maye ilə qarışmasının mütənasbliyi necə olmalıdır?
Ədəbiyyat: Матиас Вецлер: « Искусство керамики » Москва 2005 səh 18
Əgər maye – toz mütənasibliyi pozularsa gipsin genişlənməsi prosesi düzgün getməyəcək və model ağız boşluğundakı vəziyyətlə uzlaşmayacaq.
Sual № 516
Gipsi vakuum aparatında hansı müddət ərzində qarışdırmaq lazımdır?
Ədəbiyyat: Матиас Вецлер: « Искусство керамики » Москва 2005 səh 19
Vakuum qarışdırıcı aparatda gipsin qarışdırılmasının optimal vaxtı 50 san-dir. Bu müddət ərzində gips tam qarışdırılır və daxilindəki hava qabarcıqları tam çıxır.
Sual № 517
Qiymətli ərintilərin tərkibindəki qızılın (Au) göstəricisi nə qədər olmalıdır?
Ədəbiyyat: Макото Ямамото. Базисная техника изготовления металлокерамических зубных протезов. Москва. 1998 səh 10
Əgər ərintinin tərkibində 70%-dən çox qızıl olarsa onda bu ərintilər qiymətli sayılır. Çünki qızılın çoxluğu ərintiyə qiymət verir. Qalan komponentlər qiymətsiz metallardan ibarətdir.
Sual № 518
Almaz alətlərlə qiymətli ərintiləri işləmək olar?
Ədəbiyyat: VITA Wegweiser: Путеводитель фирмы VİTA по изготовлению металлокерамических каркасов под керамику. 2000. VİTA Zahnfabrik H.Rauter GHBH & CO,KG səh 15
Sual № 519
Bir neçə materialı eyni sərt ərintili frezlə işləmək olar?
Ədəbiyyat: VITA Wegweiser: Путеводитель фирмы VİTA по изготовлению металлокерамических каркасов под керамику. 2000. VİTA Zahnfabrik H.Rauter GHBH & CO, KG səh 15
Sual № 520
Rəng opakın vurulma səbəbləri hansıdır?
Ədəbiyyat: Геральд Убасси . Форма и цвет. Москва 2003 səh 58
Rəng opakın əsas vurulma səbəbləri gələcək protezin baza rənginin verilməsidir. Rəng opak keramika kütlələri arasında işığı keçirtməyən kütlədir. Elə bu səbəbdən o baza rəngini verən əsas kütlədir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?