Diş texniki
822 elementdən 521-540 arası göstərilir.
Sual № 521
Gips sütunlarına lakın vurulmasının səbəbləri nədir?
Ədəbiyyat: Carter M S Wilson PR Austrian Dental Journal 1997. III nəşr səh 132
Hazır kompozisiyasının ağız boşluğunda dayaq dişlərə sementlənməsi üçün diş ilə protez arasında müəyyən məsafə qalmalıdır. Bu məsafəni saxlamaq üçün gips sütünuna lak çəkilir
Sual № 522
Opakları qarışdırmaq üçün hansı mayelər istifadə olunur?
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 80
Opakın tərkibinin düzgün alınması üçün onu qarışdırılması xüsusi mayelərlə aparılır. Bu mayeləri istehsalçılar istehsal edirlər.
Sual № 523
Keramik çiynin hazırlanması üçün istifadə olunan maddənin hansı maye ilə qarışdırırlar?
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 89
Keramik çiyin kütlələrini modelləşdirməsi zamanı istifadə olunan kütlələr adi dentin kütlələri ilə eyni tərkibli olduğu üçün onları eyni modelləşdirmə mayesi ilə qatma lazımdır.
Sual № 524
Dentin tozunu qatmaq üçün hansı mayelər istifadə olunur?
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 84
Dentin tozu modelləşdirmə kütlələrinə aid olduğu üçün onu modelləşdirmə mayesi ilə qarışdırmaq lazımdır
Sual № 525
Emal tozunu qatmaq üçün hansı mayelər istifadə olunur?
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 86
Emal tozu modelləşdirmə kütlələrinə aid olduğu üçün onu modelləşdirmə mayesi ilə qatmaq lazımdır
Sual № 526
Qleyz tozlarını hansı maye ilə qatmaq lazımdır?
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 88
Qlyez tozları xüsusi tərkibə malikdir. Bu səbəbdən istehsalçılar onun qatılması üçün xüsusi qleyz mayesi istehsal edirlər.
Sual № 527
Dentin və emal qatlarının mütənasibliyi pozularsa nə baş verə bilər?
Ədəbiyyat: Макото Ямамото. Базисная техника изготовления металлокерамических зубных протезов. Москва. 1998 səh 40-48 Anatomiya, fiziologiya çeynəmə aparatının biomexanikası ilə
Qatların düzgün mütənasibliyinin pozulması düzgün rəng effektinin alınmamasına gətirib çıxarır, çünki dentin emal mütənasibliyi işığı keçirməklə rəngin alınmasının əsas səbəbidir..
Sual № 528
Okklüziya nədir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 36
Okklüziya artikulyasiyanın bir anı olaraq, ayrı-ayrı diş qruplarının və ya bütövlükdə diş sırasının qapanmasıdır. Alt çənənin üst çənəyə nisbətən çeynəmə əzələləri vasitəsilə ilə müəyyən vaxt ərzində qapanmasıdır
Sual № 529
Hansı dişin dodaq səthi qabarıqdır, kəsici kənarı üçbucaq formadadır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 22, 23, 24
Köpək dişləri qidanın tutub saxlanmasında istifadə olunduğu üçün onun ucu üçbucaq şəkilli sivri olub dodaq səthi daha qabarıqdır.
Sual № 530
Dişin anatomik tacı hansı hissəsidir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 22
Dişlər anatomik quruluşuna görə 3 hissəyə bölünür. Tac, boyun və kök . Diş tacının daha çox mexaniki təsirlərə məruz qaldığına görə yalnız diş tacı mina qatı ilə örtülüdür.
Sual № 531
Süd dişlərinin rəngi necə olur?
Ədəbiyyat: А.А.Колесов. Стоматология детского возраста.Москва. «Медицина»- 1991 səh 33
Süd dişlərinin rəngi ağ olur. Bu rəng bir qədər təzə sağılmış süd rəngi verir və bu səbəbdən süd dişləri adlanır.
Sual № 532
Oklüziyanın neçə növü var?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 36, 37
Oklüziyanın 4 növü var: mərkəzi, ön, sağ, sol olmaqla yan okklüziya
Sual № 533
“A” xətti nədir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 208
A hərfini tələffüz etdiyimiz zaman yumşaq damağın sərt damağa keçdiyi hissədə yumşaq damağın aşağı hərəkəti nəticəsində xətt əmələ gəlir və buna A xətti deyilir.
Sual № 534
Nisbi sakitlik vəziyyəti zamanı nə baş verir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 369
Nisbi sakitlik vəziyyəti zamanı əzələlər sərbəst boşalmış şəkildə, dodaqlar yarım qapalı şəkildə, dişlər bir qədər bir-birindən aralı olur.
Sual № 535
Hər çənədə neçə diş olur?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 19
Müxtəlif funksiyaları yerinə yetirmək üçün hər çənədə 16 diş olur. Bunlardan qidanı kəsmək üçün 4 kəsici, tutub qoparmaq üçün 2 köpək, qıdanı əzmək və çeynəmək üçün 4 kiçik və 6 böyük azı dişi vardır.
Sual № 536
Progeniya dişləmi zamanı hansı süni dişlərin yerdəyişməsi baş verir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 297
Progenik dişləmdə dişlərin düzülməsi zamanı çarpaz olaraq aşağı və yuxarı böyük azı dişləri dəyişdirilir.
Sual № 537
Çeynəmə funksiyasını yerinə yetirən orqanlar hansılardır?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 24-36
Çeynəmə funksiyası həzmin ilk mərhələsi olub ağız boşluğunda yerinə yetirilir. Bu funksiyanı yerinə yetirən orqanlar dişlər, dil, çeynəmə əzələləri, ağızın selikli qişası, yumşaq və sərt damaqdır.
Sual № 538
Frontal dişlər və azı dişlərin bir qismi antaqonistinə hansı dişləmdə toxunmur?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 34
Açıq dişləmdə frontal dişlər arasında məsafə olur, çeynəmə dişləri ortoqnatik dişləmdə olduğu kimi görüşür. Bu zaman frontal dişlərin arasında kontakt olmadığına görə xəstə azı dişləri ilə yeməyi yeyir. Yeməyin çeynəməsində dil də hərəkətdə olur. Xəstənin danışığı və xarici görünüşü dəyişilir.
Sual № 539
Əng sümüyü haqqında anlayış hansıdır?
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 13
Əng sümüyü —çüt sümükdür,kəllənin üz hissəsinin mərkəzində yerləşir
Sual № 540
Hansı fikir düz deyil?
Ədəbiyyat: А.А.Колесов. Стоматология детского возраста. Москва. «Медицина»-1991 səh 31
Süd dişləri 6-7 aydan çıxır və 2,5-3 yaşda tamamlanır. Süd dişləri sayı 20-dir. Daimi dişlər 6-7 yaşdan çıxır və 14 yaşında tamamlanır. Üçüncü azı dişi isə 20-25 yaşında çıxır. Daimi dişlərin sayı 32-dir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?