Diş texniki

822 elementdən 541-560 arası göstərilir.

Sual № 541

Düz dişləm hansı dişləm növünə aiddir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 33
Düz dişləmdə frontal dişlər aşağı frontal dişlərin qapanması ilə xarakterizə olunur və yuxarı frontal dişlərin kəsici qıraqları aşağı qabaq dişlərin kəsici qıraqları ilə bitişik toxunur.Yan dişlərin toxunması –ortoqnatik dişləmdə oldüğu kimidir.

Sual № 542

Hər iki çənənin geriyə meylliyi vəziyyətində çənələrin qapanması necə adlanır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 34
Opistoqnatiya-alveol hissələrin və frontal dişlərin ağız boşluğa tərəf əyilməsidir.

Sual № 543

Ön dişlərin simmetrik düzülməsi üçün oriyentir hansı xətdir?

  Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 282
Yuxarı və aşağı şablonların üstündə ağız böşluğunda onun mərkəzi xətti, sonra gülüş xətti, axırda isə köpək dişlərin xətti çəkilir.

Sual № 544

Şaquli istiqamətdə olan dişləm forması hansıdır?

  Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 32-33
Açıq dişləm –bu dişləm zamanı frontal dişlər toxunmur, çeynəmə dişləri isə ortoqnatik dişləmdə olduğu kimi görüşür.
Düz dişləm- bu dişləmdə yuxarı frontal dişlərin kəsici qıraqları aşağı frontal dişlərin kəsici qıraqları ilə görüşməsi ilə xarakterizə olunur.

Sual № 545

Okklüziyanın hansı növündə yuxarı və aşağı çənə kəsici dişləri arasından keçən xətlər eyni sagital səthdədir?

  Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман .Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 51-52
Mərkəzi okklüziyada yuxarı çənənin orta xətti aşağı çənənin orta xətti ilə müstəvidə yerləşir. Üzün orta xətti çənənin mərkəzi kəsicilərin arasıyla keçir.

Sual № 546

Hansı diş birköklüdür?

  Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 13
Dişlər 2 qrupa bölünür: 1. Frontal dişlər (kəsici) –kəsmək üçün və 2.Yan dişlər çeynəmə üçün.

Sual № 547

Yuxarı frontal dişlər aşağı eyniadlı antaqonistlərin neçə hissəsini örtür?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 33
Ortoqnatik dişləmdə yuxarı frontal dişlər aşağı frontal dişlərin 1/3 hissəsini örtür. Aşağı kəsici dişlərin qıraqları yuxarı kəsici dişlərin qabarcıqları ilə kontakta olur.

Sual № 548

Süd dişləmində hansı dişlər olmur?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 30
Uşaqlarda dişlər 6-7 aylıqdan başlayır, aşağı və yuxarı mərkəzi dişlər çıxmasından başlanır və 3 yaşda qurtarır. Bu zaman müəyyən ardıcıllıq olur. Mərkəzi kəsicilər, yan kəsicilər, I azı dişlər, köpək dişlər, II azı dişlər. Hər çənədə 10 diş ( kiçik azı dişlər ) olmur.

Sual № 549

Antaqonist dişlər olduqda mərkəzi okklüziya təyininə nə aid deyil?

  Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. «Медицина», 1978 səh 205
Dişləm şablonu xəstənin ağız boşluğuna salınıb xəstəyə sakitcə ağzını bağlamasını xahiş edirik. Əgər antoqanist dişlər açıq qalırsa, dişləm şablondan artıq mumu götürürük, əgər dişlər qapanırsa, mum şablon arasındakı məsafə qalırsa mumun üstü mumla əlavə olunur. Okklüziyanı dişlərin qapanmasıyla yoxlanılır.

Sual № 550

Neytral ərazi nə deməkdir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 178
Protezin arxa kənarı bazisin qurtaracaq yerlərin istiqaməti damaq batıqların yerləşməsini təyin edilməsidir. Onlar arxa burun çıxıntıların qıraqlarında və “A” xəttə yaxın yerləşir. Protezin bazisin distal kənarları uzadılma dərəcəsini onun yumşaq damağın quruluşunun növündən ,enindən və selikli qışasının elastikliyin dərəcəsindən asılıdır.

Sual № 551

Dişləm nədir?

  Ədəbiyyat: Ə.A.Əhmədov.Ortopedik Stomatologiya. Maarif nəşriyyatı. Bakı I hissə. 1992, səh 24-25
Okklyuziyanın 4 əsas növü var: mərkəzi, ön, sağ yan və sol yan .Dişlərin mərkəzi okkluziya vəziyyətində qapanması dişləm adlanır.
Çənələrin mərkəzi okklüziya vəziyyətində qarşılıqlı qapanmasına dişləm deyilir. A.İ.Betelman funksional əlamətlərinə görə dişləmi iki qrupa bölür: fizioloji patoloji.

Sual № 552

Okklüziya nə deməkdir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 49
“Okklüziya”-termini altında aşağı çənənin yuxarı çənəyə doğru diş cərgələrinin xarakterik kontaktlarının saxlanılması şərti ilə hərəkəti, yəni qapanması deməkdir.

Sual № 553

Aralıq hissənin neçə forması var?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Aralıq hissənin 3 növü var: toxunan, yuyulan (asma) və yəhərvari.

Sual № 554

Dişin ağız boşluğuna baxan səthi necə adlanır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 19
Hər dişin 5 səthi var.
1. Oral səth- ağız boşluğuna baxan. Alt çənə üçün dil səthi, üst çənə üçün isə damaq səthi də adlanır.
2.Vestibulyar səth-ön dişlər üçün dodaq, yan dişlər üçün yanaq səthidir, ağız dəhlizinə baxan səth
3. Kəsici səth- ön dişlər üçün , çeynəyici səth –azı dişlər üçün.
4 və 5. Aproksimal səthlər- medial (mərkəzə doğru baxan səth) və distal (arxaya doğru baxan səth)

Sual № 555

Aralıq hissənin hansı formasıdır ki, gigiyenikdir, yalnız çeynəmə dişlərinə tətbiq edilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezlərin aralıq hissəsinin 3 forması var.
1. Toxunan
2. Yuyulan (asma)
3. Yəhərvari
Yuyulan və ya asma forma gigiyenikdir, damağın dərin atrofiyası zamanı hazırlanır və yalnız azı (çeynəmə) dişlərdə tətbiq edilir.

Sual № 556

Artikulyasiya nədir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 48-49
Artikulyasiya və okklüziya anlayışi, stomatologiyada çoxdan işlənməsinə baxmayaraq, ayrı-ayrı müəlliflər tərəfindən müxtəlif şəkildə izah olunur. Hazırda artikulyasiya (latınca anatomik mənada “articulatio”- oynaq deməkdir) alt çənənin üst çənəyə nisbətən çeynəmə əzələləri vasitəsilə icra etdiyi bütün vəziyyətlərinə və yerdəyişməsinə deyilir.

Sual № 557

Dişin neçə anatomik hissəsi var?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 19
3
Insan dişinin 3 anatomik hissəsi var:
1.Tac hissə
2.Anatomik boyun (tacın kökə keçid hissəsi)
3.Bir və ya bir neçə köklər

Sual № 558

Alt çənənin önə çıxmış vəziyyətdə qapanması necə adlanır?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 27
Progeniya alt çənənin önə çıxmış vəziyyətdə qapanması deməkdir. Bu patoloji dişləm növüdür.

Sual № 559

“Distal dişləm” dedikdə çənələrin hansı vəziyyəti nəzərdə tutulur?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 27
Çox vaxt tək bir çənənin, məsələn üst çənənin proqnatiyasına rast gəlmək olar. Belə dişləm patoloji olub, distal dişləm adlanır. Distal dişləmdə alt çənə üst çənəyə nisbətən arxada yerləşir.

Sual № 560

Aralıq hissənin neçə forması var?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Aralıq hissənin 3 növü var: toxunan, yuyulan (asma) və yəhərvari.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×