Diş texniki
822 elementdən 561-580 arası göstərilir.
Sual № 561
Yuyulan aralıq hissədən hansı dişlərin qüsurunu bərpa etmək üçün istifadə edilir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Yuyulan forma damağın dərin atrofiyası zamanı hazırlanır. Adından bəlli olduğu kimi yuyulan (və ya asma) yəni damağa çatmayan formadır. Estetik nöqteyi nəzərdən bu konstruksiya yalnız böyük azı dişlərə hazırlanır.
Sual № 562
Üst-çənənin önə çıxmış vəziyyətdə qapanması necə adlanır?
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 24
Üst çənənin önə çıxmış vəziyyətdə qapanmasına proqnatiya deyilir
Sual № 563
Neçə patolojı dişləm növü var?
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 24-27
Patoloji dişləmin 5 növü var:
1.Distal dişləm
2.Mezial dişləm
3.Dərin dişləm
4.Açıq dişləm
5.Çəp dişləm
1.Distal dişləm
2.Mezial dişləm
3.Dərin dişləm
4.Açıq dişləm
5.Çəp dişləm
Sual № 564
Transversal istiqamətdə yerləşmədən əmələ gələn dişləm hansıdır?
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 24-27
Transverzal istiqamətdə olan dişləm anomaliyalarına çəp dişləm aid edilir. Çəp dişləm ortoqnatik dişləmin morfoloji cəhətdən transverzal istiqamətdə (sağdan sola və əksinə) yerdəyişməsi ilə xarakterizə olunur. Həm bir, həm də ikitərəfli çəp dişləmə təsadüf edilir.
Sual № 565
Selikli qişaya ön tərəfi ilə yatan aralıq hissə necə adlanır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Toxunan və yuyulan formaların eyni cəhəti hər ikisində gigiyenik olmasıdır. Toxunan forma damağa yalnız vestibulyar səthi ilə toxunur, bununla o gigiyenik cəhətdən əlverişlidir.
Sual № 566
Dişin çeynəmə qabarlarını modelləşdirərkən onları nə üçün hündür etmirlər?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 61-62
Dişin çeynəmə qabarlarını modelləşdirərkən onları hündür etmək olmaz, çünki onlar dişləmi pozmamalı, çeynəməyə və nitqə mane olmamalı, antoqanistinə uyğun olmalı, ondan qısa və ya uzun ola bilməz.
Sual № 567
Hansı aralıq hissənin ağız boşluğuna baxan səthi hamar olmalıdır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Körpüvari protezin aralıq hissəsini modelləşdirərkən bir dişdən o biri dişə keçid hamar olmalıdır. Çünki oral səthdən bir dişdən o biri dişə keçid modelləşdirildikdə dilin selikli qişasının zədələnməməsinin qarşısını almaq üçün hamar forma verilməlidir.
Sual № 568
Alt çənədə labial qövs hansı vəziyyətdə tətbiq olunur?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 64
Alt çənədə labial qövs dişlərin oral tərəfə əyilməsi vəziyyətində tətbiq olunur
Sual № 569
Yuxarı çənə qövsünün qalınlığı nə qədərdir?
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 148
Müəllifə görə yuxarı çənə qövsünün qalınlığı 1,5-2,0 mm-dir
Sual № 570
Dilaltı qövs diş ətindən neçə mm aralı olmalıdır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 63
Müəllifə görə dilaltı qövs diş ətindən 4 mm aralı olmalıdır.
Sual № 571
Dişin öndə duran dişə tərəf olan səthi necə adlanır?
Ədəbiyyat: В.Н.Копейкин, В.С.Кнубовец. Зубопротезная техника səh 12
Dişin öndə duran dişə tərəf olan səthi müəllifə görə medial adlanır.
Sual № 572
Diş səthində retensiya sahəsi harada yerləşir?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 42
Müəllifin fikrinə ,əsasən diş səthində retensiya sahəsi mərz xəttinə nisbətən aşağıda yerləşir.
Sual № 573
Kəsən qövs başqa cür necə adlanır?
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 59-60
Müəllifə əsaslanaraq kəsən qövsü başqa cür transversal adlandırırlar.
Sual № 574
Mərz xəttinə nisbətən dayaq səth harada yerləşir?
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 149
Çünki bu hissədə qarmağın çiyni hərəkətsiz olur.
Sual № 575
Ayrı-ayrı dişlərin anomaliyaları neçə qrupa bölünür?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 433
Ayrı-ayrı dişlərin anomaliyaları 5 qrupa bölünür.1) formasına görə, 2) ölçüsünə görə, 3) sayına görə, 4)çıxma müddətinə görə, 5) yerləşməsinə görə.
Sual № 576
Yuxarı çənənin hər bir dişi normada necə antaqonistlə təmas yaradır?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 40
Hər dişin 2 antoqanisti var.Yuxarı çənənin hər dişi aşağı çənənin eyni adlı və arxada dayanan dişlə, aşağı çənənin hər dişi yuxarı çənənin eyni adlı və öndə dayanan dişi ilə təmas yaradır.
Sual № 577
Dişin tortoanomaliya vəziyyəti onun hansı vəziyyətidir?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 438
Ayrı-ayrı dişlərin anomaliyalarında rast gəlmək olur.Dişin öz oxu ətrafında fırlanması tortoanomaliya adlanır.
Sual № 578
Dişləm nədir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 38 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 44
Okklyuziyanın 4 əsas növü var: mərkəzi, ön, sağ yan və sol yan .Dişlərin mərkəzi okkluziya vəziyyətində qapanması dişləm adlanır.
Çənələrin mərkəzi okklüziya vəziyyətində qarşılıqlı qapanmasına dişləm deyilir. A.İ.Betelman funksional əlamətlərinə görə dişləmi iki qrupa bölür: fizioloji patoloji.
Çənələrin mərkəzi okklüziya vəziyyətində qarşılıqlı qapanmasına dişləm deyilir. A.İ.Betelman funksional əlamətlərinə görə dişləmi iki qrupa bölür: fizioloji patoloji.
Sual № 579
Vestibulyar qövsün sərhədləri hansıdır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 324
Dişlərin damaq , dil tərəfə yerdəyişməsi, diş cərgələrinin sıxılması üçün vestibulyar qövslü çıxan aparatlardan istifadə olunur.Bu aparatlar ön dişlər nahiyyəsində (köpəkdən-köpəyə) yerləşən məftil qövsdən , plastmas bazisdən və fiksasiya üçün klammerlərdən ibarətdir.
Sual № 580
Ortodontiya sözünün mənası nədir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 404
Ortodontiya sözü ilk dəfə 1840-cı ildə Lefulen tərəfindən istifadə olunmuşdur. Əvvəllər bu termin öz vəzifələrinə uyğun gəlirdi, çünki yalnız ayrı-ayrı dişlərin düzəlməsi ilə məşğul olur.Müasir dövrdə ortodantiya dişlərin, diş cərgələrinin və dişləmlərin anomaliyalarının müalicəsi ilə məşğul olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?