Diş texniki

822 elementdən 41-60 arası göstərilir.

Sual № 41

Artikulyasiya nə deməkdir?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 36
Yuxarı çənəyə nəzərən çeynəmə əzələləri vasitəsilə aşağı çənənin etdiyi bütün hərəkətlər,yerdəyişmələr və vəziyyətlər haqqında anlayışdır.

Sual № 42

Çəp dişləm hansı istiqamətli dişləm formasıdır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 503
Çənələrin transversal anomaliyasıdır. Bu zaman çənənin bir hissəsində progeniya vəziyyəti yaranır.

Sual № 43

Çeynəmə dişləri nahiyyəsində yastığın eni nə qədər olur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 287
Dişləm yastığı hazırlanarkən öndə 0,8 sm, yanda 1 sm qalınlıqda, hündürlüyü isə 1,21,5 sm olur.

Sual № 44

Küvet neçə hissədən ibarətdir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 223-226
Küvet alt, üst qapaqlardan və 2 cisim olmaqla 4 hissədən ibarətdir.

Sual № 45

Hansı hallarda protezin fiksasiya elementlərinin sahəsi protez sahəsindən böyük ola bilər?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 248
Birtərəfli hüdudlanmayan qüsur zamanı protezin fiksasiyasında çoxsaylı klammerlər, teleskopik qapaqlardan istifadə olunur ki, bu zaman fiksasiya elementi protez sahəsindən böyük olur.

Sual № 46

Kemeninin təklif etdiyi klammer hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 218-219
Kemeni tərəfindən təklif olunan klammer müəllifin adıyla adlanan Kemeni klammeridir. Başqa sözlə dentalveolyar klammerdir.

Sual № 47

Birtərəfli hüdudlanmayan qüsur da hansı fiksasiya elementlərindən istifadə olunur?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 247
Birtərəfli hüdudlanmayan qüsur zamanı kiçik yəhərvari protez hazırlanır ki, bu zaman fiksasiya elementi olaraq teleskopik qapaqlardan və kilidlərdən istifadə olunur.

Sual № 48

Dişlərin hissəvi itirilməsində onların model üzərində düzülməsi qaydaları və əsas tələblər hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 221-223
Alveol qövsü oval olduğu üçün diş qövsü də oval olmalıdır. Alveol çıxıntısından kənarda dişlər düzülərsə protez üzərinə düşən təzyiqdən protezin fiksasiyası pozular. Buna görə də çıxıntının ortasında düzülməlidir. Çeynəmənin effektiv olması üçün antaqanistlə tam təmasda olmalıdır.

Sual № 49

Yuxarı çənədə metal bazisin qalınlığı nə qədərdir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 233-234
Yuxarı çənədə metal bazisi hazırlayarkən 0,5 mm qalınlıqlı mumdan istifadə olunur. Bazis işlənərkən qalınlıq dəyişir və 0,4-0,6 mm olur.

Sual № 50

Dento - alveolyar klammerin materialına görə hansılara aiddir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 218-219
Dento-alveolyar kammerlər plastik kütlədən, yəni bazis materialından hazırlanır. Plastik klammerlərə aiddir.

Sual № 51

Teleskopik qapaqlar çıxan protezlərdə nə rolunu oynayır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 222, 246-247
Teleskopik qapaqlar iki hissədən ibarət olub, protezin fiksasiyası üçün istifadə olunur. Bu zaman daxili qapaq dişə sementlə bərkidilir, xarici qapaq isə protezin üzərində qalır.

Sual № 52

Protez yəhərinin transversal ekskursiyasının qarşısını almaq üçün hansı klammerlərdən istifadə etmək lazımdır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 235
Protez yəhərinin transversal hərəkəti zamanı bir sıra ağırlaşmalar olur. Bunlardan selikli qışanın travması, alveol qövsünün atrofiyası və travmatik gingivitin əmələ gəlməsidir. Bunun qarşısını almaq üçün ardıkəsilməz klammerlərdən istifadə olunur.

Sual № 53

Ney sistemi klammerlərinin V tipi hansı hallarda istifadə olunur?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 221
Ney sistemi qarmaqlarının V tipi birçiyinli dairəvi klammer olub, əsasən hüdudlanan qüsurlarda tək qalmış azı dişlərində istifadə olunur.

Sual № 54

Ekzostozun qarşısının alınması qaydası hansıdır?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 26
Bəzi hallarda protezin alveol kənarında oturacaq hissə elastiki plastik kütlədən düzəldilir, lakin yumşaq plastik kütlələr vaxt ötdükcə bərkiyir ki, bunun nəticəsində ağrılar təkrarlаnır. Digər hallarda cərrahi müalicəyə əl atılır.

Sual № 55

Bütün çıxan konstruksiyalar üçün ümumi elementlər hansılardır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 121
Bütün çıxan protezlər bazis - plastmas, süni dişlərdən ibarətdir. Hissəvi çıxan protezlərə qarmaqlarda əlavə olunur.

Sual № 56

Işçi gips modelə olan əsas tələb hansıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 50
Keçid büküşü nahiyəsində məsamələr hazırlanmasında istifadə olunur. Həmin modellərdə süni dişlər düzülür və protez polimerzasiya olunur. Bu modeldə bütün ağız boşluğunda olan büküşlər, çənədə olan xırda izlər və keçid pərdəsi tam təsvir olmalıdır.

Sual № 57

Dişlərin hissəvi itirilməsində onların model üzərində düzülməsi qaydaları və əsas tələblər hansılardir?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 226
Alveol qövsü oval olduğu üçün diş qövsü də oval olmalıdır. Alveol çıxıntısından kənarda dişlər düzülərsə protez üzərinə düşən təzyiqdən protezin fiksasiyası pozular. Buna görə də çıxıntının ortasında düzülməlidir. Çeynəmənin effektiv olması üçün antaqanistlə tam təmasda olmalıdır.

Sual № 58

Gipsdən alınmış ölçünü suya atmaqda məqsəd nədir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 49
Qurumuş ölçüdən modelin alınması üçün onu mütləq suya atmaq lazımdır, ona görə ki, ölçü modelin alınması zamanı qarışdırılan gipsdən suyu öz canına çəkə bilməsin və ölçü modeldən rahat ayrılsın

Sual № 59

Hissəvi çıxan protezlər neçə qrupa bölünür?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 121
Dişlərin tam itirilmədiyi zaman paradontun həddən artıq yüklü olmaması üçün hissəvi çıxan protezli konstruksiyalardan istifadə olunur. Bu zaman həm hissəvi lövhəli və bügel protezlərindən istifadə olunur.

Sual № 60

Hansı variant çıxan protezlərin kliniki mərhələsinə aiddir?

  Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология səh 64
Əsasən ölçünün alınması klinikada həkim tərəfindən aparılır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×