Diş texniki
822 elementdən 581-600 arası göstərilir.
Sual № 581
Qövslərin təsir mexanizmi hansıdır?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 436 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 324
Qövslər çox vaxt çıxan lövhəli ortodantik aparatların tərkib hissəsidir. Qövslər ön dişlərin nahiyyəsində , dişlərin vestibulyar səthini əhatə etmək şərtilə hazırlanır. Onlar dişlərə daima təsir göstərir və mexaniki təsirli elementlərə aiddir.
Sual № 582
Yayın təsir qüvvəsi nədən asılıdır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 338
Ortodantik yaylar müxtəlif anomaliyaların müalicəsində istifadə olunur; ayrı-ayrı dişlərin yerdəyişməsi üçün , çənələrin genişlənməsi üçün onlar ortodantik məftildən (müxtəlif diametrli) hazırlanır, dairəvi, ilgəkli və spiral şəkilli olur.Yayın təsir gücü metalın xassələrindən , məftilın diametrindən, yayın uzunluğundan və formasından, əymələrin sayından , kəsişməsindən aslıdır.
Sual № 583
Neçə növ Frenkel funksiya nizamlayıcısı var?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 450 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 348
Frenkel tərəfindən təklif olunmuş aparatlar dodaq və yanaq əzələlərinin təziyiqi nəticəsində təsir göstərir.Bu aparatlar nizamlayıcı (regulyasiya edən) adlanır və 3 tipdə olur. Bu aparatlar dodaq və yanaq pelotlardan , vestibulyar, damaq, dil qövslərindən və başqa elementlərdən ibarətdir.I tip distal dişləmin müalicəsində ; II tip –distal dişləmin və ön dişlərin damaq tərəfə əyilməsində ; III tip-mezial dişləmin müalicəsində istifadə olunur.
Sual № 584
İnsan ömrü boyu neçə dişləm dövrü keçirir?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 24
İnsan ömrü boyu 3 dişləm dövrü keçirdir.1.Süd dişləm 2.dəyişən dişləm (ağızda süd dişlər var və daimi dişlər çıxmağa başlayır) 3.daimi dişləm
Sual № 585
Süd dişlərinin daimi dişlərlə əvəz olunması hansı dövrü əhatə edir?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 24-30
İnsan 3 dişləm dövrü keçirdir.1 dövr-süd dişləm 6 ayından-6 yaşına kimi , 6 yaşından başlayaraq uşaqda daimi dişlər çıxmağa başlayır.Ağızda bu dövrdə həm süd, həm də daimi dişlər olur.13 yaşına kimi davam edir və dəyişən dövr adlanır.13 yaşında uşağın ağzında bütün süd dişlər daimi dişlərlə əvəz olunur və 13 yaşından sonra daimi dişlər dövrü başlayır.
Sual № 586
Dişin distal vəziyyəti hansıdır?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 462
Dişlərin diş cərgəsində yerləşməsinə görə müxtəlif anomaliyalar var.Onların biri dişin distal vəziyyətdə çıxmasıdır. Bu o, deməkdir ki, diş öz yerindən arxaya çıxıb.
Sual № 587
Adentiya nə deməkdir?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 435
Dişlərin anomaliyaları müxtəlifdir. Dişlərin anomaliyalarının bir növü onların sayına görədir. Adentiya dişlərin olmamasıdır. Adentiya 2 cür olur: I-dərəcəli (anadangəlmə)
, II-dərəcəli (dişləri itirəndən sonra)
, II-dərəcəli (dişləri itirəndən sonra)
Sual № 588
Yuxarı çənənin kəsiciləri normada aşağı çənənin kəsiciləri ilə necə kontaktda olur?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 48
Yuxarı çənənin kəsiciləri normada aşağı çənənin kəsiciləri ilə damaq səthi ilə kontaktda olur
Sual № 589
Dişləm neçə qrupa bölünür?
Ədəbiyyat: Z.İ.Qarayev ”Ortopedik Stomatologiya”.Bakı-2008. səh 40
Fizioloji və patoloji dişləmlər.Fizioloji dişləm normal funksiyanı təmin edən dişləmdir.
Sual № 590
Anomaliyalar yaranma səbəbinə görə neçə cür olur?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста. Москва. «Медицина»-1991.səh 399-405
Anomaliyalar yaranma səbəbinə görə anadangəlmə və qazanılmış olur.
Sual № 591
Neçə cür adentiya var?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста. Москва. «Медицина»-1991.səh 436
I-li anadangəlmə, II-li isə müəyyən səbəbdən sonradan yaranır.
Sual № 592
Vestibulyar qövsün yerləşdiyi yer haradır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 324
Ağız boşluğunda vestibulyar səthdə yerləşir. Qövsün adı yerləşdiyi nahiyəyə uyğundur.
Sual № 593
Diastema nədir?
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 465
Diastema –mərkəzi kəsici dişlər arasında məsafədir.Mərkəzi dişlərin kökləri arasında çoxkompektli dişlər olduqda, enli damaq tikişi , yuxarı dodaq yüyəninin çox inkişaf etməsi diastemaya səbəb olur.
Sual № 594
Retensiya nədir?
Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”.Bakı-1982. ”Maarif” nəşriyyatı.səh 11
Dişlərin çıxması üçün yer olmayanda, diş mayasının travması, dişin kök nahiyyəsində kistaların olması dişlərin çıxmasını ləngidir
Sual № 595
Dişlərin neçə səthi var?
Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”. Bakı-1982. ”Maarif” nəşriyyatı səh 19
Böyük və kiçik azılar üçün çeynəmə, kəsici və köpək dişləri üçün kəsici səth, vestibulyar və dil səthi özündən əvvəl və sonrakı dişlərlə təmas səthi
Sual № 596
Okklüziya dişlərin hansı halda qapanmasıdır?
Ədəbiyyat: Z.İ.Qarayev. ”Ortopedik Stomatologiya”. Bakı-2008 , səh 39-40
Okklüziya fizioloji sakitlik halında diş sırasının qapanmasıdır. Mərkəzi, yan, ön okkluziyar var.
Sual № 597
Aşağıdakılardan fizioloji dişləmə aid olanlar hansıdır?
Ədəbiyyat: Z.İ.Qarayev. ”Ortopedik Stomatologiya”. Bakı-2008 səh 4
Fizioloji dişləmə-düz, ortoqnatik, fizioloji progeniya və fizioloji opisnoqnatiya aiddir.
Sual № 598
Anomaliyaların növləri aşağıdakılardan hansılardır?
1. Anadangəlmə
2. Həkimin səhvlərindən yaranan
3. Travma nəticəsində yaranan
4. Qazanılma
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 414
2 cür olur. Anadangəlmə və sonradan uşağın pis vərdişləri, keçirdiyi xəstəliklərin nəticəsində yaranan
Sual № 599
Ölçüsünə görə dişin anomaliyası hansıdır?
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 433-435
Dişlərin ölçüsünün böyük olması makrodentiya, kiçik olması isə mikrodentiya
Sual № 600
Vestibulyar qövsün təsiri hansıdır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 324
Vestibulyar qövsün orta hissəsi önə çıxmış dişləri yerinə qaytarır, əymələr aktivləşmə üçün, çıxıntılar isə bazisdə fiksasiyanı təmin edir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?