Diş texniki

822 elementdən 601-620 arası göstərilir.

Sual № 601

I-li adentiya nədir?

  Ədəbiyyat: А.А.Колесов. Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 433-435
I- li adentiya anadangəlmə, II isə sonradan qazanılandır.

Sual № 602

Südəmər dövrdə ağız boşluğunda nə baş verir?

  Ədəbiyyat: А.А.Колесов. Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 17
I süd dişi 6-8 ayında çıxır. Bu da südəmər dövrdür

Sual № 603

Aşağı yan dişlərin yanaq qabarları normada necə kontaktdadır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 426
Normal dişləm yuxarı VI və aşağı VI dişlərin normal mediodistal qapanmasına əsaslanır.

Sual № 604

Trema nədir?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984 , səh 465
Trema yan dişlər arasındakı məsafədir.

Sual № 605

Patoloji dişləmin növləri hansılardır?

1.Proqnatiya
2.Progeniya
3.Çəp dişləm
4.Açıq dişləm
5.Düz dişləm
6.Ortoqnatik dişləm

  Ədəbiyyat: Z.İ.Qarayev. ”Ortopedik Stomatologiya”. Bakı-2008 səh 40
Düz dişləm fizioloji dişləmə aiddir.

Sual № 606

Dişlərin transpozisiyası nədir?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 7
Transpozisiya- ayrı-ayrı dişlərin yerdəyişməsi, məsələn köpək dişin yan kəsicinin yerində çıxmasıdır.

Sual № 607

Qetçinson dişləri hansı anomaliya adlanır?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 7
Qetçinson dişləri-ayrı-ayrı və ya bütün dişlərin eybəcər formasında olur. Ona görə də Qetçinson dişləri formasına görə anomaliyalara aiddir.

Sual № 608

Vestibulyar qövsün köpək diş nahiyəsində olan əyintinin eni nə qədər olmalıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 325
Vestibulyar qövs hazırlayarkən köpək diş nahiyəsində qövsün əyintisi düzəldilir.(qövsü aktivləşdirmək üçün) Bu əyinti köpək dişdən yuxarı (2-2,5 mm) və köpək dişin eninə hazırlanır.

Sual № 609

M-şəkilli əymələr hansı qövsdə olur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 324
M-şəkilli vestibulyar qövs köpək dişi diş sırasına qaytarmaq üçün istifadə olunur. Aktivləşmə yan tərəfdəki əymələrlə aparılır, orta əyinti köpək dişə təzyiq edir.

Sual № 610

Linqval qövslər nə vaxt tətbiq olunur?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 119
Qövs frontal dişləri arxadan əhatə edən orta hissədən, 2 əyintidən və bazisdə yerləşən 2 çıxıntıdan ibarətdir.

Sual № 611

Diş cərgəsinin simmetrik genişlənməsi üçün nədən istifadə olunur?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 157
Ən çox skeletşəkilli yivlərdən istifadə olunur. Aşağı çənə üçün olan yivlər ölçücə kiçik olur.

Sual № 612

Aşağıdakılardan hansı iki çənəli aparatdır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 449
Aparat hər iki çənə üçün hazırlanır. Okklüdatora konstruktiv dişləm vəziyyətində bərkidilir. Lazım gələrsə yay daxil edilir. Ancaq gecələr istifadə olunur.

Sual № 613

Bryukl aparatında dişşləm yastığı hansı nahiyədə hazırlanır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 447
Bryukl aparatı aşağı çənə üçün hazırlanır. Dişləm yastığı aşağı çənənin frontal dişlər nahiyəsində hazırlanır. Dişləm yastığı yuxarı çənənin ön dişlərinin damaq tərəfə əyilməsinin qarşısını alır.

Sual № 614

Şvarts klammerində birinci əyilən hissə hansıdır?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 113
3 başlı və ya dairəvibaşlı kəlbətinlə əvvəlcə oxvari hissə əyilir. Oxvari hissə dişlərin arasına düşür.

Sual № 615

Vestibulyar qövsün bazisə daxil olduğu nahiyə hansıdır?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Л.С.Персин. «Ортодонтия». «Ортодент-инфо» 1999 səh 40
Qövs yan kəsici dişin distal nahiyəsində 900 bucaq altında əyilir. Köpək dişin eninə uyğun yarımdairəvi formada olmaqla köpək dişin eninə uyğun əydikdən sonra çıxıntı hissə bazisə daxil olur .

Sual № 616

Engl aparatında boru qapaqlara hansı tərəfdən lehimlənir?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 40
Boru vestibulyar tərəfdən dayaq qapaqlara lehimlənir. Borulara qövs daxil olur.

Sual № 617

Hansı halda vestibulyar qövs M-şəklində əyilir?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Л.С.Персин. «Ортодонтия». «Ортодент-инфо» 1999 səh 40
M-şəkilli əyrilər köpək dişi öz yerinə qaytarmaq üçün əyilir. Aktivləşmə üçün kənardakı əyintilər sıxılır, orta əyinti isə təzyiqə məyruz qalır və köpək dişə təzyiq göstərir.

Sual № 618

Çənəaltı sapand nə üçün istifadə olunur?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Л.С.Персин. «Ортодонтия». «Ортодент-инфо» 1999 səh 235
Çənəaltı kappalar plastmasdan hazırlanır və ağızdankənar aparatlara aiddir. Baş papaqdan istifadə olunur və üzün çənəaltı hissəsi üçün hazırlanır və sagital anomaliyaların müalicəsi üçün istifadə olunur $$
Ф.Я.Хорошилкина, Л.С.Персин. «Ортодонтия». «Ортодент-инфо» 1999 səh

Sual № 619

Ortodontik yivlər hansı aparatların elementlərinə aiddir?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Л.С.Персин. «Ортодонтия». «Ортодент-инфо» 1999 səh 136
Ortodontik yivlər mexaniki təsirli aparatların əsas elementlərinə aiddir. O yivləri bazisin içində orta hissəsində yerləşdirirlər və ¼ bir oborot həftədə 1 dəfə onu aktivləşdirməklə daimi ağızda təsirini saxlayırlar.

Sual № 620

Koller yayı hansı çənə üçün hazırlanır?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Л.С.Персин. «Ортодонтия». «Ортодент-инфо» 1999 səh 132
Koller yayı aşağı çənənin genişlənməsi üçün istifadə olunur. O, dil altı bügel qövsdən
, 2 yarımdairəvi əyintidən və 2 çıxıntıdan ibarətdir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×