Diş texniki
822 elementdən 621-640 arası göstərilir.
Sual № 621
Hansı aparat əzələlərin funksiyasını nizamlamaqla təsir edir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 348
Frenkel hesab edir ki, udqunma, çeynəmə, tənəffüs funksiyalarının pozulması, üzçənə sisteminin patologiyalarına səbəb olur. Aparatın elementləri əzələlərin mənfi təsirini aradan qaldırmaq üçün nəzərdə tutulub. Frenkel aparatına funksiya nizamlayıcısi deyilir
Sual № 622
Andrezen-Hoypl aparatı hansı dişləm vəziyyətində hazırlanır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 345
Andrezen-Hoypl aparatı konstruktiv dişləm vəziyyətində oklüdatora bərkidilir. Təsir prinsipinə görə aşağı çənə məcburi vəziyyətdə önə çıxır, bu da aşağı çənənin önə inkişafını təmin edir.
Sual № 623
Postrezeksion əvəzedici aparat nədir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 375
Protezin tətbiqi əməliyyatdan sonra xəstənin itirilmiş çənə fraqmentini, dişlərini əvəz etmək, nitq, qida qəbulu funksiyalarını bərpa etmək olduğu üçün əməliyyatdan bir müddət sonra hazırlanır.
Sual № 624
Əvəzedici aparatın bazisinin sərhədləri haradan keçir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 373
Protez sərhədi çıxan protez sərhəddinə uyğun olmalıdır.
Sual № 625
Obturator nədir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 381
Obturator –qapayıcı deməkdir. Bu da çənənin itirilmiş hissəsini əvəz etmək anlamında işlədilir
Sual № 626
Neçə cür damaq qüsuru var?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 378
Ortopedik nöqteyi-nəzərdən 3 növ damaq qüsuru ayırd edilir.
Sual № 627
Bütün üz-çənə aparatları neçə qrupa bölünür?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 365
Bütün üz-çənə aparatları 5 qrupa bölünür:
1)Fiksasiyaedici 2) Reponəedici 3)Formaverici
4)Kombinəedilmiş 5) Əvəzedici
1)Fiksasiyaedici 2) Reponəedici 3)Formaverici
4)Kombinəedilmiş 5) Əvəzedici
Sual № 628
Çənə sınıqları hansı istiqamətdə yerini dəyişir?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 362
Çənə sınıqları hissələrin yerini dəyişməsi ilə müşayiət olunur ki, bu da vertikal horizontal və kombinəedilmiş olmaqla 3 qrupa bölünür.
Sual № 629
II süd azı dişi hansı rəqəmlə işarə olunur?
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 16
İkinci kiçik azı dişi 20-30 aylıqda çıxır, kökləri 4 yaşda formalaşır. Roma rəqəmi V ilə ifadə olunur.
Sual № 630
Daimi köpək dişi neçə yaşında çıxır?
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 16
Daimi köpək dişi 10-11 yaşda çıxır, kökü 11-12 yaşda formalaşır.
Sual № 631
I aşağı süd molyarı nə vaxt çıxır?
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 16
I aşağı süd molyarı və ya azı dişi 12-16 aylıqda çıxır.
Sual № 632
Daimi mərkəzi kəsici diş nə zaman çıxır?
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 16
Daimi mərkəzi diş 6-8 yaşda çıxır.
Sual № 633
Birinci premolyar hansı rəqəmlə ifadə olunur?
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 16
Birinci premolyar (kiçik azı dişi) 4 rəqəmi ilə ifadə olunur.
Sual № 634
Süd dişləmində hansı diş yoxdur?
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 16
Süd dişləmində kiçik azı dişi olmur. I II III IV V
I II III IV V
I II III IV V
Sual № 635
Daimi dişləmdə neçə azı dişi var?
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 16
Daimi dişləmdə hər yarımçənədə 2 kiçik azı və 3 böyük azı olmaqla ümumilikdə 20 azı dişi var.
Sual № 636
Diş hansı hissələrdən təşkil olunmuşdur?
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 17
Hər bir diş tacdan –dişəti üzərində olan hissədən, kökdən –çənə yuvasında olan hissədən, diş boynundan –diş tacı ilə diş kökü arasındakı hissədən ibarətdir.
Sual № 637
Dişin əsas toxumasını təşkil edən maddə:
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 26
Dentin (dentinum s. substantia eburnea) dişin əsasını təşkil edir.
Sual № 638
Hər təbii dişdə neçə səth var?
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 18
Dişin tacında azı dişləri üçün çeynəmə səthi, kəsici və köpək dişləri üçün kəsici kənar, vestibulyar səth, dil səthi, iki təmas səth - medial və distal-ayırd edilir.
Sual № 639
Parodontozda neçə zədələnmə dərəcəsi var?
Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 268
Parodontozun bütün formalarında başlanğıc, I, II və III dərəcələr ayırd edilir.
Sual № 640
Sağ aşağı dişlərin çıxarılmasında həkimin xəstəyə nəzərən vəziyyəti necə olmalıdır?
Ədəbiyyat: Н.М.Александров, А.В.Клементов и др.: « Неотлoжная cтоматологическая помощъ » səh 60
Sağ aşağı dişləri çıxararkən həkim xəstənin arxasında durmaqla sol əli ilə xəstənin başını saxlayır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?