Diş texniki

822 elementdən 641-660 arası göstərilir.

Sual № 641

Çənə çıxıqlarının hansı növləri var?

  Ədəbiyyat: М.В.Мухин, Д.Е.Тамфильев « Руководство для медицинских сестер работающих в стоматологических лечебных учреждениях» , səh 36
Ağzın həddən artıq açılması zamanı aşağı çənənin çıxması birtərəfli və ikitərəfli olur.

Sual № 642

Dişlərin vəziyyəti süni dişlə necə ifadə olunur ?

  Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 60
Dişlərin vəziyyətini müəyyən etmək üçün latın hərflərindən istifadə edilir.
Kariyes-C, Pulpit-P, Plomb-Pl, Qapaq-G, Periodontit-Pt, Süni diş-Sd, Çəkilmiş dişÇd,

Sual № 643

Uşaqlarda neçə ədəd süd dişi olur?

  Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 83

Sual № 644

Diş sırasında bəzi dişlərin bir biri ilə yerlərin dəyişik düşməsi necə adlanır?

  Ədəbiyyat: Трезубов В.Н., Щербаков А.С., Фадеев Р.А. "Ортодонтия", М., 2005, с 9 İlk Tibbi Yardım

Sual № 645

Diş texnikliyi ilə məşğul olan mütəxəssislərin əsas məsələləri hansılardır?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 35
Diş texniki pasientin diş cərgəsində olan qüsurlarını bərpa etməli, ağız boşluğunda olan qüsurlara ona lazım olan konstruksiyasını hazırlamalıdır.

Sual № 646

Yuxarı çənə qövsü “A” xəttindən nə qədər aralı olmalıdır ?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 145
V.S.Paqodin və V.A.Ponomaryovun fikrinə əsaslanaraq yuxarı çənə qövsü “A” xəttindən 12 mm aralı olmalıdır.

Sual № 647

Diş cərgəsində oral tərəfə əyilmiş yan kəsiciləri hansı elementlərlə əvvəlki yerinə qaytarmaq olar?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 325
Ayrı-ayrı dişlərin yerdəyişməsi üçün müxtəlif aparatlardan istifadə olunur.Ayrı-ayrı dişlərin vestibulyar, transversal, vertikal yerdəyişməsi üçün çıxan lövhəli aparatdan- tərkibində əlvari, ilanvari, itələyici və s.yayları olan elementlərdən- istifadə olunur.

Sual № 648

Funksional aparatların konstruksiyasında iştirak edən elementlər hansıdır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 444 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 313
Funksional təsirli aparatların konstruksiyasında aktiv təsiredici elementlər yoxdur. Bu aparatlarda dişlərə, diş cərgələrinə və dişləmlərə mimiki və çeynəyən əzələlərin gücündən istifadə edirlər. Əsas elementləri maili səthlər və dişləm lövhəcikləridir.

Sual № 649

Konstruksiyasında yiv, yay, liqatura olan aparat necə adlanır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 436 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Mexaniki təsirli aparatların tərkibində yay, yiv, liqatura, rezin dartısı və s.elementlər var. Onlar aktiv elementlərdir (yəni daimi təsir göstərir).Həkim tərəfindən regulasiya olunur.

Sual № 650

Kombinəedilmiş aparatlarda hansı elementlər olur?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 447 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 314
Kombinəedilmiş aparatlar funksional təsirli aparatlar olub və sonradan tərkibinə mexaniki təsirli elementlər daxil olunur.(yiv, yay və s.)

Sual № 651

Dəyişən və daimi dişləmində aşağı çənə darlığı zamanı hansı aparatlar tətbiq edilir?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 443 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 336
Genişləndirici çıxan ortodantik aparatlar yuxarı və aşağı çənə üçün olur. Bu aparatların tərkibində müxtəlif konstruksiyalı yivlər daxil edilir.

Sual № 652

Çixmayan aparatlarda ən çox tətbiq edilən fiksasiyedici elementlər hansıdır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 436 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 317
Çıxmayan ortodantik aparatlarda qapaqlar fiksasiyanı təmin edir. Bu qapaqlar adi qapaqlardan fərqli olaraq qalınlığı daha nazik, yonulmamış dişə və diş ətinə keçməmək şərtilə hazırlanır.

Sual № 653

Vestibulyar qövs nə üçün istifadə edilir?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 119
Vestibulyar qövs çıxan lövhəli aparatın əsas elementlərindəndir. Vestibulyar qövs frontal dişlər nahiyəsində düzəldilir. Köpək dişin nahiyəsində olan əyintilər sıxılır və frontal dişlər diş cərgəsinə qaytarılır. Bəzi hallarda bu qövs fiksasiya üçün də istifadə olunur.

Sual № 654

Ortodontik aparatlarda bazis plastmasının çatışmayan cəhəti hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 325
Çıxan ortodantik aparatlarda fiksasiya elementləri klammerlər olur. Klammerlərin çıxıntıları plastmas bazisə yerləşdirilir. Aparatın polimerzasiya zamanı məftil elementləri deformasiyaya uğraya bilər. Bunun olmaması üçün bütün texniki qaydalara riayət etmək lazımdır.

Sual № 655

Çıxan lövhəli ortodantik aparatlarda ən çox istifadə edən qarmaqlar hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 330
Adams klammeri ən çox istifadə olunan qarmaqdır, çünki asan düzəldilir və çox effektlidir.

Sual № 656

Şvarts lövhəsi hansı funksiyanı yerinə yetirir?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 446
Şvartslövhəsi ( kappası) funksional təsirli aparatdır, aşağı çənənin ön dişlərini əhatə edir və sementlə dişlərə fiksasiya olunur.Yuxarı ön dişlər damaq tərəfə əyildikdə və məcburi progeniyaya səbəb olduqda Şvarts lövhəsi istifadə olunur.

Sual № 657

Mexaniki təsirli aparatlara hansılar aiddir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Mexaniki təsirli aparatlar aktiv təsirli aparatdır.Tərkibində yaylar, yivlər, qövslər və s. aktiv elementlər var və onlar daimi ağızda təsir göstərir.Engl aparatı –mexaniki təsirli aparata aiddir, çünki çıxmayan , qövslü, liqatur və rezin dartılarından ibarədir.Koffin yaylı damaq lövhəsi də mexaniki aparatdır, çünki tərkibində yay var. Yivli aparat da mexniki aparatdır, çünki tərkibində yiv var.

Sual № 658

Aktiv təsirli çıxan aparatların konstruksiya elementləri hansıdır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 437 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Ortodantik aparatlar təsir prinsipinə görə 3 qrupa bölünür:mexaniki, funksional və kombinəedilmiş. Mexaniki təsirli aparatlar və ya aktiv təsirli aparatların tərkibində yay , yiv , vestibulyar qövs, rezin dartılar və s. daxil edilir.

Sual № 659

Bınin kappası hansı üsulla küvetə gipslənir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 343
Bınin kappası məcburi mezial dişləmin müalicəsində istifadə olunur.Aparatın düzəldilməsi üçün aşağı çənənin modelinin üzərində dişlərin üstü mum ilə örtülür və mumdan yuxarı dişlərə nisbətən 450 bucaq altında dişləm yastığı yaradılır.Sonra kappa əks üsulla küvetə gipslənir və çıxan protezləri polimerzasiya edən üsulla hazırlanır.

Sual № 660

Diş çənə anomaliyaların müalicəsi neçə qrupa bölünür?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 433
Diş çənə anomaliyaların müalicəsi üçün bu metodlardan istifadə olunur.1)aparatur, 2) aparatur-cərrahiyyə, 3) cərrahiyyə, 4) funksional (miogimnastika)
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×