Diş texniki

822 elementdən 661-680 arası göstərilir.

Sual № 661

İlanvari yay nə üçün istifadə olunur?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 126
İlanvari yay dişlərin vestibulyar yerdəyişməsi üçün istifadə olunur. 2 və ya 3 yarımdairəvi əyintidən və çıxıntıdan ibarətdir. Bu əyintilər dişin dil tərəfində yerləşir və dişi vestibulyar tərəfə itələyir.

Sual № 662

Funksional təsirli aparatlarla müalicə hansı dövrü əhatə edir?

  Ədəbiyyat: А.А.Колесов. Стоматология детского возраста.Москва. «Медицина»-1991 səh 422
Aparatlar təsir prinsipinə görə 3 qrupa bölünür; mexaniki , funksional və qarışıq. Funksional təsirli aparatların tərkibində öz təsir gücü mexanizmi yoxdur. Onlar çeynəmə və mimiki əzələlərinin hərəkəti zamanı təsir göstərirlər. Ona görə də bu aparatlarla çənələrin tam formalaşmasına qədər müalicə aparmaq olar.

Sual № 663

Koller yayı nə üçün istifadə olunur?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 132
Koller yayı aşağı çənənin genişlənməsi üçün istifadə olunur. O, dilaltı bügeldən , 2 yarımdairəvi əyintidən və bazisin içində yerləşən çıxıntılardan ibarətdir. Bügel hissə aşağı çənəni qeyri-simmetrik və simmetrik genişləndirir.

Sual № 664

Yuxarı çənə üçün genişləndirici yiv neçə oxludur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 336
Genişləndirici lövhəli çıxan yivli aparatlar yuxarı və aşağı çənələr üçün bir-birindən fərqlənir.Yuxarı çənədə yiv ölçüsünə görə daha böyük və yivin tərkibində 2 istiqamətləndirici ox , aşağı çənədə isə bir istiqamətləndirici ox var.

Sual № 665

İlgəkli Kats qapağının tətbiqi:

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 323
İlgəkli Kats qapağı funksional təsirli çıxmayan aparatlara aiddir.Yuxarı çənənin dişlərin vestibulyar tərəfə və aşağı çənənin ön dişlərin dil tərəfə əyilməsini müalicə edir.Aparat ortodontik qapaqdan ibarətdir.Qapağın damaq tərəfindən məftil ilgək lehimlənmişdir.İlgək dişlərə təsir edir və onları düz vəziyyətə qaytarır.

Sual № 666

Mexaniki aparatlar təsir prinsipinə görə funksional və kombinəedilmiş aparatlardan nə ilə fərqlənir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Mexaniki təsirli aparaların tərkibində yaylar, yivlər, liqaturlar və s elementlər var.Onlar aktiv və daimi təsir göstərir.Funksional aparatların təsir gücünü dişləm yastıqları yaradır. Bu da ki, yalnız əzələlərin (mimiki və çeynəyən) hərəkəti zamanı olur. Ona görə də bu aparatlar passivdir. Kombinəedilmiş aparatların tərkibində mexaniki və həm də funksional aparatların elementləri olur.

Sual № 667

Vestibulyar qövslü lövhədə nədən istifadə edilir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 336
Vestibulyar qövslü aparatlar mexaniki təsirli olur. Qövs köpəkdən köpəyə kimi yerləşir və dişlərin ekvatorunu əhatə edir. Bu aparatlarda qövs dişləri sıxır və diş cərgəsinin inkişafını ləngidir.Əgər aparatın tərkibinə yiv daxil olunursa , o genişləndirici təsirə malik olur.Ona görə də bu aparatlarda qövs və yiv əsas təsiredici elementlərdir.

Sual № 668

Retension aparat nə vaxt tətbiq olunur?

  Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 427
Retensiyaedici aparatlar aparatur müalicədən sonra salınır və müalicənin nəticələrini bərkidir, çünki bəzi hallarda aparatur müalicə bitəndən sonra anomaliya qayıda bilər.

Sual № 669

Dişləm lövhəcikli Kats lövhəsinin xüsusiyyətləri nədən ibarətdir ?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 447
Dişləm lövhəcikli Kats lövhəsi proqnatik və dərin dişləmin müalicəsində istifadə olunur .Onun əsas xüsusiyyətləri ön dişlər nahiyyəsində yerləşən qarmaqlardır. Bu qarmaqlar hər diş üçün (mərkəzi dişlər) hazırlanır və arxa hissədən dişləm yastığında fiksasiya olunur. Bu zaman dişləm yastıqları damağın ön hissəsində selikli qişaya və dişlərin boyunlarına dəyməmək şərti ilə hazırlanır.

Sual № 670

Bryukl aparatı hansı çənə üçün hazırlanır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 447
Bryukl aparatı çıxan , aşağı çənə üçün hazırlanış vestibulyar qövsdən, qarmaqlardan və ön dişlər nahiyəsində dişləm yastığından ibarətdir. Dişlərin bağlı vəziyyətində yuxarı çənənin ön dişləri damaq səthləri ilə dişləm yastığına toxunurlar və dodaq tərəfə yerini dəyişirlər. Aşağı çənə distal yerini dəyişir.

Sual № 671

Çənəaltı sapand hansı aparatlara aiddir?

  Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 419
Bu aparat mexaniki təsirli aparatdır, çünki tərkibində rezin dartısı (aşağı çənə üçün) dişlərə, paradonta, diş qövsünə, çənələrə və əzələlərə daimi təsir göstərir.

Sual № 672

Təsir prinsipinə görə Kats qapağı hansı aparatlara aiddir?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 445
Kats qapağı qapaqdan və ona lehimlənmiş məftil ilgəkdən ibarətdir. Məftil ilgək aşağı ön dişlərin vestibulyar səthinə dəyir və yuxarı ön dişlərin önə, aşağı ön dişlərin isə arxaya yerini dəyişir. Aparatın tərkibində mexaniki təsirli elementlər yoxdur.

Sual № 673

İstiqamətləndirici Kats qapağı hansı deformasiyanın müalicəsi üçün istifadə olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 322
Bu aparat ortodontik qapaqdan və ona lehimlənmiş (damaq tərəfdən ) və məftildən hazırlanmış dişləm yastığından ibarətdir.Ona görə də bu dişləm yastığı yuxarı çənənin ön dişlərinin damaq tərəfə əyilməsində (onları önə itələyir) və aşağı çənənin ön dişlərini dil tərəfə əyilməsində (dişləri önə itələyir) istifadə olunur.

Sual № 674

Adams klammeri nə üçün istifadə olunur?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 114
Adams klammeri ən effektiv, universal və hazırlanması sadə olan və tək dişlərə qoyulan qarmaqdır. Adams qarmaqları çıxan bazisli ortodontik aparatları ağızda fiksasiya üçün istifadə olunur.

Sual № 675

Oxvari Şvarts klammerinin Adams qarmağından fərqi nədədir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 329-330
Oxvari Şvarts klammeri 2 dişi əhatə edir, Adams klammeri isə 1 dişi əhatə edir.

Sual № 676

Dişləm lövhəcikli Kats lövhəsi müalicə prosesində hansı hissəyə plastmas əlavə edilməklə fəallaşdırılır ?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985. səh 339-340
Funksional təsirli aparatdır. Bu aparatların təsir mənbəyi dişləm lövhəciyi olduğu üçün aktivləşmə bu nahiyədə aparılır.

Sual № 677

Yerləşdiyi yerinə görə ortodontik aparatların növləri hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 314
Aparatların çoxu ağızdaxili olur.Lakin elə aparatlar var ki, ağızdan kənar yerləşir.Məsələn: çənəaltı sapand, üz qövsü

Sual № 678

Fiksasiyasına görə aparatların növləri hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 314
Çıxan aparatları uşaq özü ağzından çıxara bilir, çıxmayan aparat isə dişə sementlə bərkidilir.

Sual № 679

Ortodontiyada ən çox tətbiq edilən qarmaq növləri hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985. səh 329
klammer aparatın dayaq-fiksasiya elementidir.Ortodontiyada ən çox Şvarts və Adams klammerlərdən istifadə olunur.

Sual № 680

Hansı qüsurlar zamanı ortodontik aparat tətbiq olunmur?

  Ədəbiyyat: Т.Г.Ровустова.«Хирургическая Стоматология». Москва.«Медицина»1990 səh 359
Çənə sınıqları zamanı çənəaltı sarğılar və şinalardan istifadə olunur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×