Diş texniki

822 elementdən 681-700 arası göstərilir.

Sual № 681

Funksional təsirli aparat hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 339
Funksional aparatın xüsusi təsiredici elementi olmur.

Sual № 682

Kats qapağının adi qapaqlardan fərqi nədir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985.səh 323
Kats qapağı funksional təsirli aparat kimi istifadə olunur.

Sual № 683

Çənəaltı sapand hansı dişləmdə tətbiq olunur?

  Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 419
Çənəaltı sapand ağızdankənar aparatdır. Aşağı çənənin inkişafını ləngidir.

Sual № 684

Oxvari Şvarts qarmağı neçə diametrli (mm) məftildən hazırlanır ?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985.səh 329
Oxvari Şvarts qarmağı 0,6 mm diametrli məftildən hazırlanır.

Sual № 685

Kappaların nə kimi rolu var?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 65
Kappalar funksional aparatdır. Şvarts və Bınin kappası məcburi progeniyanın müalicəsində istifadə olunur.Yuxarı ön dişlər damaq tərəfə əyildikdə məcburi progeniya yaranır.

Sual № 686

Retension aparata tələb hansıdır?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh79
Retension aparatlar müalicənin nəticəsini möhkəmləndirir və patologiyanın geri dönməsinin qarşısını alır.

Sual № 687

Vestibulyar lövhənin tətbiqi hansı halda olur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 345
Uşaqlar barmağını, dodağını sorarkən onlarda gələcəkdə dişləm qüsurları əmələ gəlir.Vestibulyar lövhə uşaqları bu zərərli vərdişlərdən çəkindirir, ağızın dairəvi əzələlərinin funksiyasını normallaşmasına xidmət edir.

Sual № 688

Yivli lövhə hansı aparatlara aiddir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 , səh 310
Yiv mexaniki təsirli aparatların təsiredici elementidir.

Sual № 689

Ortodontik aparatlar nə vaxt tətbiq olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Mexaniki , funksional və qarışıq tipli aparatlarla müxtəlif anomaliyiaları aradan qaldırmaq olar. Üz-çənə sınıqlarında şinalardan, hüdudlanmayan qüsurlarda (Kennediyə görə) protezlərdən istifadə olunur.

Sual № 690

Müalicəvi aparatlar neçə qrupa bölünür?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh. 310
Müalicənin sonunda retension aparatlardan istifadə olunur.

Sual № 691

Qarışıq təsirli aparat hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh. 343
Bu aparatın tərkibində həm mexaniki təsirli aparatların elementi olan qövs və lazım gəlsə yiv , həm də funksional təsirli aparatın elementi olan dişləm yastığı var.

Sual № 692

Bınin kappası hansı aparatlara aiddir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh. 343
Bınin kappası aşağı çənənin bütün dişlərini əhatə edir.Dişləm yastığı frontal dişlər nahiyyəsində modelləşdirilir.

Sual № 693

Hansı aparatlar mexaniki aparatlar adlanır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Birbaşa diş cərgəsinə təsir göstərir.Funksional aparatlar isə çənənin vəziyyətindən asılı olaraq əzələlərə təsir edir.

Sual № 694

Mexaniki təsirli aparatlara aşağıdakılardan hansı aiddir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh. 335
Mexaniki təsirli aparatlar aktiv təsirli aparatdır.Tərkibində yaylar, yivlər, qövslər və s. aktiv elementlər var və onlar daimi ağızda təsir göstərir.Engl aparatı –mexaniki təsirli aparata aiddir, çünki çıxmayan , qövslü, liqatur və rezin dartılarından ibarədir.Koffin yaylı damaq lövhəsi də mexaniki aparatdır, çünki tərkibində yay var. Yivli aparat da mexniki aparatdır, çünki tərkibində yiv var.

Sual № 695

Koffin yayı nə vaxt tətbiq olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh. 338
Koffin yayı yuxarı çənənin qeyri-simmetrik genişlənməsi üçün istifadə olunur.

Sual № 696

Andrezen-Hoypl aparatının tətbiqi necədir?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh. 73
Andrezen-Hoypl aparatı proqnatiya və progeniyanın müalicəsində istifadə olunur.

Sual № 697

Funksional aparatların mexaniki və kombinəedilmiş aparatlardan fərqi nədir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh. 13
Funksional aparatların aktiv təsiredici elementləri yoxdur.

Sual № 698

Ən çox tətbiq olunan yaylar hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 338
Əksər ortodontik aparat və genişləndirici lövhələrdə yuxarı çənənin qeyri-simmetrik genişlənməsində Koffin yayı tətbiq olunur.

Sual № 699

Dişlərin anomaliyaları neçə cür olur?

  Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991, səh. 433
1.Sayına;
2.Formasına;
3.Ölçüsünə;
4.Yerləşməsinə;
5.Çıxma müddətinə görə anomaliyalar.

Sual № 700

Yuxarı və aşağı çənələri eyni vaxtda genişləndirən aparat hansıdır?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 73
Çıxan , ikiçənəli aparatdır. Hər iki çənəyə təsir göstərir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×