Diş texniki

822 elementdən 701-720 arası göstərilir.

Sual № 701

Kats qapağının İlgəkli Kats qapağından fərqi nədədir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh səh 323
İlgəkli Kats qapağına damaq tərəfdən distal səthə yaxın vertikal istiqamətdə məftil lehimlənir. Digər ucu qapağa elə lehimlənir ki, məftil ilgək 1 və ya bir neçə dişi əhatə etsin.

Sual № 702

Kats qapağı hansı dişlərə hazırlanır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh. 323
Bu aparat yuxarı çənənin ön dişlərinin damaq tərəfə. aşağı çənənin ön dişlərinin dil tərəfə əyilməsinin qarşısını almaq üçün istifadə edilir.

Sual № 703

Müalicəvi aparatlar hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Mexaniki təsirli aparatlar təsiredici elementləri hesabına ayrı-ayrı dişlərə və diş cərgəsinə birbaşa təsir edir. Funksional aparatlar mail səthin (plastmas) hesabına dişləmdə və diş cərgəsində olan qüsurları əzələlərin təsir gücü hesabına aradan qaldırır. Kombinəedilmiş aparatlarda hər iki tip aparatların təsiredici elementləri var.

Sual № 704

Aşağıdakılardan hansı anomaliyaların müalicəsi növləridir?

  Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 414
Anomaliyalar kiçik yaşlarda profilaktik tədbirlərdə (miogimnastik hərəkətlər) , dəyişən dişləm dövründə aparatlarda müalicə olunur.Cərrahi üsuldan isə aparatur müalicə mümkün olmayanda istifadə olunur. dodaq və damaq yarıqları, irsi və endokrin xəstəlikləri nəticəsində yaranan progenik dişləm zamanı cərrahi müalicə aparılır.

Sual № 705

Koller yayı hansı halda tətbiq olunur?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 132
Koller yayı aşağı çənəni genişləndirir.Yay dilaltı bügel hissədən , 2 yarımdairəvi əyintidən və fiksasiya üçün 2 çıxıntıdan ibarətdir. Frontal hissədə dil yüyənini zədələməmək üçün yay yan hissələrə nisbətən yuxarıda yerləşdirilir.

Sual № 706

Stasionar qövsün başqa adı nədir?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 48
Qövs Engl tərəfindən hazırlanmışdır. 2 növü var: sürüşkən və stasionar

Sual № 707

Retension aparatlar neçə qrupa bölünür?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh. 79
Çıxan və çıxmayan olur.Müalicənin nəticəsini möhkəmləndirmək üçün istifadə olunur. Çıxan retension aparatlar bazis lövhə, klammerlərdən, çıxmayan isə üzük, qapaq və qarmaqdan ibarət olur.

Sual № 708

Şvarts kappasının müalicə prosesində fəallaşdırılması nədədir?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh. 65
Dişlərin çıxması üçün yer olmayanda, diş mayasının travması, dişin kök nahiyyəsində kistaların olması dişlərin çıxmasını ləngidir.
Plasstmasdan hazırlanmış kappa aşağı çənənin frontal (köpəkdən-köpəyə) dişlərinə sementlənir.Yuxarı çənənin ön dişlərini alveol çıxıntı ilə birlikdə önə itələyir. Aktivləşmə məqsədilə plastmasın bir hissəsi götürülür.

Sual № 709

Hansı aparat funksional aparatdır?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh. 71
Müleman propulsoru funksional təsirli aparatdır, ona görə ki, yuxarı çənə üçün vestibulyar lövhə, aşağı çənə üçün bazis lövhədən ibarətdir. Bunlar da funksional təsirli aparatların təsiredici elementləridir.

Sual № 710

Retension ortodontik aparatlar hansılardır?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 79
Retension aparat müalicədən sonra tətbiq olunur.

Sual № 711

Çıxan ortodontik aparatlarda fiksasiyaedici elementlər hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 329
Aparatlarda Adams və oxvari Şvarts qarmaqlarından yalnız fiksasiya məqsədilə istifadə olunur.

Sual № 712

III tip Frenkel funksiya nizamlayıcısı hansı patologiya üçün tətbiq edilir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 355
III tip Frenkel aparatında dodaq pelotları yuxarı çənəyə hazırlanır.

Sual № 713

Frenkel funksiya nizamlayıcısı yerləşdiyi yerinə görə necə aparatdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 350
Gecələr istifadə olunur. İkiçənəli aparatdır.

Sual № 714

Frontal dişlər nahiyyəsini genişləndirmək üçün Koffin yayı necə yerləşdiriliməlidir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 338
Çünki Koffin yayının təsir gücü açıq tərəfi ilə olur. Açıq tərəf hansı nahiyədə yerləşsə həmin nahiyə genişlənir.

Sual № 715

Universal aparat hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 334
Engl aparatı çıxmayan mexaniki təsirli aparatdır. Bütün növ anomaliyaların qarşısını alır.

Sual № 716

Nəyə görə əlvari yayın tutucu hissələri diş boynuna yaxın yerləşdirilir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 325
Yayın təsiredici hissəsi diş oxuna perpendikulyar olmalı, dişin tac hissəsindən sürüşməməlidir.

Sual № 717

Aşağıdakılardan hansı mexaniki aparatlara aiddir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 310
Bu aparatlar fasiləsiz dişə , diş cərgələrinə və çənələrə təsir göstərir.

Sual № 718

Retension aparatlarin növləri hansıdır?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва. 1999, səh 79
Bəzi müalicəvi aparatlar qeyri-aktiv vəziyyətdə retension aparat kimi təsir göstərir.

Sual № 719

Kəsici və köpək dişlərində fiksə olunan kappa hansı alimin adını daşıyır?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 65
Şvarts kappası ön dişlərə sementlə bərkidilir, məcburi progeniyanın müalicəsində tətbiq olunur.

Sual № 720

Vestibulyar qövsün təsiri nədən ibarətdir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 324
Vestibulyar qövsün orta hissəsi önə çıxmış dişləri yerinə qaytarır, əymələr aktivləşmə üçün, çıxıntılar isə bazisdə fiksasiyanı təmin edir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×