Diş texniki

822 elementdən 721-740 arası göstərilir.

Sual № 721

Progeniya müalicəsində hansı aparat tətbiq edilir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 343
Aşağı çənə üçün hazırlanır. Dişləm yastığı aşağı çənənin frontal dişlər nahiyyəsində hazırlanır.

Sual № 722

Aşağıdakı yaylardan hansı daha çox tətbiq edilir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh. 325
Koffin yayı çənəni qeyri-simmetrik genişləndirir, əlvari və ilanvari yaylar isə oral səthdə çıxan dişləri yerinə qaytarır.

Sual № 723

Çənəaltı sapandın tətbiq üsulu hansıdır?

  Ədəbiyyat: А.А.Колесов. Стоматология детского возраста. Москва. «Медицина»-1991 səh. 419
Çənəaltı sapand yumşaq parçadan tikilir. Baş papaq, çənənin altında olan hissə və onları birləşdirən parça ibarətdir.

Sual № 724

Ortodontik aparatların protezlərdən fərqi nədir?

  Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста. Москва. «Медицина»-1991.səh 416
Protez bədənin olmayan orqaninı əvəz edir. Ağız boşluğunda dişləri protezlə əvəz edirlər. Aparatla isə qüsur müalicə olunur.

Sual № 725

Təsirinə görə aparatların növləri hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Aktiv təsirli-mexaniki; passiv təsirli-funksional; qarışıq təsirli-mexaniki, həm də funksional aparatdır.

Sual № 726

Yayın təsiredici hissəsi hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 325
Yayın təsir gücü əymələrin hesabına olur. Çıxıntılar bazisdə fiksasiyanı təmin edir.

Sual № 727

Andrezen-Hoypl aparatının müalicə prosesində fəallaşdırılması necə gedir?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 73
Uşaqda olan pis vərdişlər gələcəkdə qüsurlar yaradır.Vestibulyar lövhədə uşaqda bu pis vərdişləri tərgitmək üçün hazırlanır.

Sual № 728

Retensiya dövrü neçə müddət dəvam edir?

  Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 429
Müalicə qurtarandan sonra istifadə olunan retension aparat 1 ildən çox istifadə olunmur.

Sual № 729

Bınin kappasının müalicə prosesində fəallaşdırılması necə gedir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 343
Bınin kappasının müalicə dövründə yan dişlər nahiyəsində çeynəmə səthləri yonulur ki, aparatın təsir gücü ən çox ön dişlər nahiyəsinə ötürülsün.

Sual № 730

İstiqamətləndirici ilgəkli Kats aparatı hansı aparatlara aiddir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 322
İlgəkli Kats qapağı passiv, yəni funksional təsirli aparatdır.

Sual № 731

Dişi çıxarmadan diş cərgəsini genişləndirilməsini təklif etmiş alim kimdir?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 426
Əvvəllər diş sırasından kənara çıxmış dişi yerinə qaytarmaq üçün yaxın dişlərdən biri çəkilirdi.

Sual № 732

Müleman propulsoru hansı aparatlara aiddir?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 70
Funksional təsirli apratların təsir mənbəyi olan dişləm lövhəciyindən ibarətdir və əzələlərin təsir gücünə əsaslanır.

Sual № 733

Ağızdaxili aparatlar yerləşməsinə görə neçə qrupa bölünür?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 314
Ağızdaxili aparatlar 2 qrupa bölünür:Birçənəli, ikiçənəli.

Sual № 734

Anomaliyaların müalicəsi üçün aparatlar neçə qrupa bölünür?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Mexaniki, funksional və qarışıq.Müalicədən sonra isə retension aparatlardan istifadə olunur.

Sual № 735

Yayın əyintilərinin sayı maksimum neçə olmalıdır?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977, səh 127
3-dən çox olmamalıdır, çünki təsiredici hissə uzun və elastiki olur, dişin üzərindən sürüşür və dilin hərəkətinə mane olur.

Sual № 736

Aşağılardakılardan hansı müalicəvi aparatlara aiddir?

1. Aktiv
2.Passiv
3.Retensiyaedici

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 310
Aktiv yəni- mexaniki , passiv isə funksional aparatdır.Retensiyaedici isə müalicənin davamlılığını təmin edir.

Sual № 737

Andrezen-Hoypl aparatı nə zaman tətbiq olunur?

  Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 73
İkiçənəli aparatdır. Aparatın üzərində olan yivlər çənələri genişləndirir. Bu aparat qeyri-aktiv vəziyyətdə, həm də retension aparat kimi istifadə oluna bilər.

Sual № 738

Vestibulyar qövs nə zaman tətbiq olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh. 324
Qövsün orta hissəsi önə çıxmış frontal dişləri yerinə qaytarır.

Sual № 739

Müalicəvi aparatlar nə zaman tətbiq edilir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh. 310
Dişlərdə , diş cərgəsində, dişləmdə olan anomaliyaları uşaq stomatologiyanın bölməsi olan –ortodontiya öyrənir və ortodontik aparatlarla müalicə edir.

Sual № 740

Ağızdanxaric aparat hansıdır?

  Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh. 419
Baş papaq hissədən , çənənin altında yerləşən kappa və onları birləşdirən (qarmaqlarla) parçadan ibarətdir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×