Diş texniki

822 elementdən 741-760 arası göstərilir.

Sual № 741

Yanaq lövhəsi və dodaq pelotları hansı aparatda hazırlanır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 450 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 348
Frenkel aparatı əzələlərin mənfi təsirini aradan qaldırmaq üçün hazırlanır. Yanaq lövhəsi yanaq əzələsinin, dodaq pelotu isə dodağın təsirini azaldır.

Sual № 742

Adams qarmağı hansı hissələrdən ibarətdir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 330
Aparatda Adams qarmağı fiksasiya məqsədilə hazırlanır. Qarmaq süd dişləmində ikinci molyara, daimi dişləmdə isə I daimi dişə (6-cı dişə) hazırlanır.

Sual № 743

Adams qarmağını hazırlamaq üçün məftilin diametri neçə mm olmalıdır ?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 330
Adams qarmağı ən universal və effektli fiksasiya vasitəsidir. Onu hazırlamaq üçün diametri 0,6-0,7 mm , uzunluğu 50-60 mm məftil (ortodontik) götürülür.

Sual № 744

Yuxarı çənə üçün aparatın bazis hissəsi hansı səthləri örtməlidir?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 147
Bazisin arxa hissəsi axırına böyük azı dişlərin arxasına qədər çatır, orta damaq hissə A xəttinə çatmasına ehtiyac yoxdur, çünki qıcıqlanma olmasın deyə.

Sual № 745

Engl aparatının mənfi cəhətləri hansıdır?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 438
Engl aparatının mənfi cəhətlərindən biri çox güc yatatdığı üçün paradontda kobud dəyişikliklər yaratmasıdır. Dayaq və yerini dəyişən dişlər laxlaya bilir.

Sual № 746

Koffin yayı hansı hissələrdən ibarətdir?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 130
Koffin yayı yarımdairəvi və ya armudvari əyintidən və bazisdə qalan çıxıntıdan ibarətdir. Çıxıntılar yaxın yerləşdirilir.

Sual № 747

Əlvari yayın hissələri hansıdır?

  Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 127
Əlvari yay 2 yarımdairəvi əyintidən və bazisdə olan çıxıntıdan ibarətdir. Yarımdairəvi əyintinin bir ucu sərbəst qalır ki, bu da dişi əhatə edir.

Sual № 748

Aşağı çənənin sol dişlərinin çıxarılması zamanı həkimin xəstəyə nəzərən vəziyyəti necə olmalıdır?

  Ədəbiyyat: Н.М.Александров, А.В.Клементов и др.: « Неотлoжная cтоматологическая помощъ » səh 60
Aşağı çənənin sol dişlərinin çıxarılaması zamanı həkim xəstənin önündə və sağında dayanır

Sual № 749

Yuxarı dodağın anadangəlmə yarığının əməliyyatından sonra tənəffüs yollarının iltihabının profilaktikası məqsədilə hansı tədbir həyata keçirilir?

  Ədəbiyyat: М.В.Мухин, Д.Е.Тамфильев « Руководство для медицинских сестер работающих в стоматологических лечебных учреждениях» , səh 95
Yuxarı dodağın anadangəlmə yarığı əməliyyat edildikdən sonra tənəffüs yollarının iltihabı xəstəliklərinin profilaktikası məqsədilə tənəffüs gimnastikası təyin edilir.

Sual № 750

Qum şırnağı aparatında istifadə olunan qumun tərkibi nədir?

  Ədəbiyyat: VITA Wegweiser: Путеводитель фирмы VİTA по изготовлению металлокерамических каркасов под керамику. 2000. VİTA Zahnfabrik H.Rauter GHBH & CO,KG səh 20
Qum şırnağı aparatı üçün istehsalçılar Al2O3 tərkiblindən istifadə edirlər.

Sual № 751

Vinir nədir?

  Ədəbiyyat: Геральд Убасси: « Форма и цвет » Москва 2003 səh 199
Vinir vasitəsilə ilə frontal dişləri üzdən protezləşdirirlər, bu dişdəki sağlam toxumanın maksimum saxlanması üçün yaxşı şərait yaradan protezlərdən sayılır.

Sual № 752

Ağız boşluğundan rəqəmsal ölçü götürmək mümkündürmü?

  Ədəbiyyat: Скотт Хенкел. Качество с самого начало. Использование технологии цифровых оттисков для изготовления качественных реставраций in lab журнал для ортопедов и зубному техников. 2007 №4 səh 54-56

Sual № 753

Siqmentlərə ayrılan modellərin hazırlanması zamanı pinlərin paralel yerləşdirilməsi üçün istifadə olunan aparat necə adlanır?

  Ədəbiyyat: Матиас Вецлер: « Искусство керамики » Москва 2005. səh 21
Bu aparatın adı Topspin adlanır.Yəni pinləri paralelliklə yerləşdirən aparat. Lazer işıqla təchiz olunmuş bu aparat lazer vasitəsilə pinlərin yerlərini dəqiq təyin edir.

Sual № 754

Sirkon oksidindən özülü yonma üsulu ilə almaq üçün, aparatın adı nədir?

  Ədəbiyyat: Доменико Массирони: « Точность и эстетика ». Москва 2008. səh 343
Aparat Cad-Cam adlanır. Həmin aparatda sirkon oksidini, metal özülü və s. planlaşdıraraq yonmaq mümkündür.

Sual № 755

Qanın hansı formalı elementi oksigeni daşıyır?

  Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 153

Sual № 756

1 ml qanda leykositlərin miqdarı?

  Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 154-155

Sual № 757

II qrup qanı hansı qrupa köçürmək olar?

  Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 157

Sual № 758

Qaraciyər neçə paydan ibarətdir?

  Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 96

Sual № 759

Mədə harada yerləşir?

  Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 88

Sual № 760

Qalxanabənzər vəzin hiperfunksiyasında hansı xəstəlik baş verir?

  Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 144
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×