Diş texniki
822 elementdən 61-80 arası göstərilir.
Sual № 61
Hissəvi çıxan protez nə zaman tətbiq edilir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 121
Ağız 1 və ya 1 neçə diş olduğu zaman hissəvi çıxan protezlərdən istifadə olunur.
Sual № 62
Lövhəli protezdə I kiçik azı dişlərinə klammer qoymaq üçün hansı xətt daha uyğundur?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 214
Lövhəli çıxan hissəvi protezlərdə I kiçik azılara klammer qoymaq üçün ən uyğun xətt transversal xəttdir..
Sual № 63
Model nəyə deyilir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 49
Model protezin sahəsini və ona birləşik sahəsinin, protezin toxumaların pozitivini əks etdirir.
Sual № 64
Okklüdatorda dişləmin özbaşına qaldırılıb endirilməsi nəyə səbəb olur?
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 81
Bəzən texnik okklüdatorda dişləmi öz başına qaldırdığı ya da endirdiyi zaman dişli şablonun yuxarı frontal dişləri, aşağı frontal dişləri və yan dişləri arasında məsafə yaranır.Yuxarı və aşağı mum bazisin dəyişilməsi modellərin mürəkkəb dəyişilməsinə gətirib çıxarır.
Sual № 65
Protez üzərində aşağı və yuxarı çənələrdə dişlərin sayı neçədir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 181
Protezin yuxarı və aşağı çənəsində 14 diş olur. Xəstənin ağız boşluğunda olduğu kimi hər çənədə 16 diş olmur. Ona görə ki, əgər hər çənədə 16 diş qoyulsa ağız boşluğunda dişlərin bir-birinə qapanmasına maneçilik törənəcək və dişlər arasında açıqlıq yaranacaqdır.
Sual № 66
Kennediyə görə diş cərgəsi qüsurları neçə qrupa bölünür?
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 110
Iqrup- diş qövsün iki tərəflinin arxa qüsuru
IIqrup- diş qövsünün birtərəfli arxa qüsuru
IIIqrup- diş qövsün yan hüdudlanan qüsuru
IVqrup- diş qövsün frontal qsuru
IIqrup- diş qövsünün birtərəfli arxa qüsuru
IIIqrup- diş qövsün yan hüdudlanan qüsuru
IVqrup- diş qövsün frontal qsuru
Sual № 67
Vasilyev üsulu ilə (progenik dişləmdə) dişlərin düzülməsində üst çənə modelinə qoyulmuş I böyük azı şüşəyə hansı tərəfilə toxunur?
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 326
Vasilyev üsulu ilə (progenik dişləmdə) dişlərin düzülməsində üst çənə modelinə qoyulmuş I böyük azı şüşəyə ön damaq qabarı ilə toxunur. Ön yanaq-0,5 mm, arxa yanaq-1,5 mm və arxa damaq -1 mm
Sual № 68
Birçiyinli klammerin qoyulması zamanı təbii dişə qoyulan tələb hansıdır?
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 105
Birçiyinli məftil klammerlər dişi ancaq bir tərəfdən (dodaq tərəfdən) əhatə edir. Bu klammerləri elə hazırlamaq lazımdır ki, o ancaq istinad qapağın ekvatorundan keçdikdə öz sərtliyini göstərsin.
Sual № 69
Klammerlər materialına görə neçə yerə bölünür?
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 161-162
Qarmaqlar (Klammerlər) materialına görə -metal, plastmas və kombinə edilmiş olur. Metal qarmaqların tutuculuq xüsusiyyəti onun hazırlandığı materialdan asıldır.
Dentoalveolyar və diş əti qarmaq plastmasdan hazırlanır. Onlar estetik cəhətdən frontal və paradontoz dişlərə düzəldilir.
Dentoalveolyar və diş əti qarmaq plastmasdan hazırlanır. Onlar estetik cəhətdən frontal və paradontoz dişlərə düzəldilir.
Sual № 70
Modellərin hansı növləri var?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 49
İşçi model üzərində bütün işlər görülür. Köməkçi model əsasən antoqanist ya da odadavamlı modeldir. Diaqnostik model əsasən ortodontiyada uşaq aparatların düzəldilməsində istifadə olunur. Muzey modeli muzeydə saxlanılır.
Sual № 71
Fərdi qaşıq hazırlanmasının neçə laborator mərhələsi var?
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 266
İndividual qaşığın hazırlanmasının 2 mərhələsi var. I mərhələ- model alınıb, onun üstündə sərhədləri çəkdikdən sonra qızdırılmış mumu sıxırlar və ona məftildən tutacaqlar hazırlanır. II mərhələdə mum plastinkanın modellə birlikdəküvetə gipslənir, mum əridilir və plastmasla əvəz olunur.
Sual № 72
Birçiyinli qarmaqlar hansı hissədən ibarətdir?
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 161
Birçiyinli məftil qarmaqlar dişi ancaq bir tərəfdən (dodaq tərəfdən ) əhatə edir. Bu qarmaqları elə hazırlamaq lazımdır ki, o ancaq istinad qanadın ekvatorundan keçdikdə öz sərtliyini göstərsin. Bu qarmağın göstərdiyi təzyiq tədricən dişin laxlanmasına şərait yaradır.
Sual № 73
Yuxarı çənə üçün fərdi qaşığın kənarı “A” xəttini nə qədər örtür?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 178
Protezin daha yaxşı fiksasiyası üçün klapan zonasının daha dəqiq təyin edilməsi lazımdır. Yuxarı çənədə protezin arxa hissəsi “A” xəttini 2 mm keçməlidir.
Sual № 74
Ölçü alma neçə mərhələdə gedir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 49
Ölçü alma 2 mərhələdə gedir. I mərhələ-qaşıq seçilir, material hazırlanır. II mərhələ- material qaşığa qoyulub ağız boşluğundan ölçü alınır.
Sual № 75
Ştixel aləti nə məqsədlə istifadə olunur?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 229
Protez hazırlandıqdan sonra süni dişlərin araları işlənərkən ştixeldən istifadə olunur. Bu taxta və ya plastik kütlədən tutacağı olan yarımdairəvi, üçbucaq , törpüşəkilli ucu olan alətdir.
Sual № 76
Taxmalar hansı üsulla hazırlanır?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 131-132
Taxmalar mikroprotezlərə aiddir. Diş tacının pozulmuş anatomik forması onların köməyilə bərpa edilir. Taxma metaldan, qeyri-metaldan və eləcə də üzlüklü (metal, sement-silikat, plastik kütlə və ya çininin kombinasiyasından) olur. Taxmanın mum modelinin hazırlamağın əsasən iki üsulu vardır: düz və dolayı üsulla. Bundan başqa kombinəedilmiş üsul da vardır, lakin həmin üsuldan nadir hallarda istifadə olunur.
Sual № 77
Sonuncu modelləşdirilən səth hansıdır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-61
Müəllifə istinad edərək modelləşdirmə zamanı sonuncu modelləşdirilən səth yan səthdir. (aproksimal)
Sual № 78
Modelləşdirməyə aid olmayan şərt hansıdır?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 61
Modelləşdirmə qaynar mumla başlanır, davamı qızdırılmış mumla aparılır. İlkin qaynar mum gips formaya yaxşı yapışmalıdır (tam tökmə metal qapağın hazırlanmasını çıxmaq şərti ilə). Sonrakı mum yalnız formanı almaq üçün az porsiyalarla, qaynar olmadan verilməlidir. Yan səthlər axırda modelləşdirilməlidir.
Modelləşdirməyə başlamadan əvvəl kimyəvi qələmlə klinik boyun çəkilməlidir. Ştamplanma qapağı hazırlayarkən çeynəmə qabarlar kəskin nəzərə çarpmamalıdır və antaqonistə uyğun modelləşdirilməlidir.
Modelləşdirməyə başlamadan əvvəl kimyəvi qələmlə klinik boyun çəkilməlidir. Ştamplanma qapağı hazırlayarkən çeynəmə qabarlar kəskin nəzərə çarpmamalıdır və antaqonistə uyğun modelləşdirilməlidir.
Sual № 79
Çərçivə əsasında gips ştamplar arasındakı məsafə nə qədərdir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 64
Gips ştamplar çərçivə üzərində horizontal vəziyyətdə qalınlığının yarısı qədər, araları 1 sm olmaqla basdırılır.(müəllifə istinad edərək)
Sual № 80
Körpüvari protez hansı hissələrdən ibarətdir?
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protez iki hissədən ibarətdir: əsas olan aralıq hissədən və dayaq elementlərdən. Dayaq elementi olaraq müxtəlif növ qapaqlardan, taxmalardan, ştiftli dişlərdən istifadə etmək olar. Aralıq hissə qaynaq yolu ilə dayaq dişlərə lehimlənmiş süni dişlərdən, tökmə yolu ilə hazırlanmiş vahid blokdan ibarət ola bilər.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?