Diş texniki

822 elementdən 781-800 arası göstərilir.

Sual № 781

Periodontda kəskin iltihabın inkişafında neçə faza ayırd edilir?

  Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 197
Kəskin zirvə periodontitinin klinikasında (M.İ.Qroşikov, 1964) iltihabın iki fazası ayırd edilir:
1.İntoksikasiya mərhələsi
2.Görünən ekssudativ proses fazası

Sual № 782

Parodontozun formaları hansılardır?

  Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 269
Distrofik və distrofik-iltihabi formalı parodontozlar mövcuddur.

Sual № 783

Xeylit nədir?

  Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 379
Xeylit dodağın xəstəliyi olub, qırmızı haşiyənin iltihabıdır.

Sual № 784

Kataral stomatitin yerli müalicəsi hansıdır?

  Ədəbiyyat: Н.М.Александров, А.В.Клементов и др.: « Неотлoжная cтоматологическая помощъ » səh.37
Kataral stomatitin yerli müalicəsində ağzın yaxalanmaları, ilıq soda vannaları, antiseptiklərlə işlənməsi, infeksion xəstəliyin müalicəsi kimi metodlar tətbiq edilir.

Sual № 785

Kandidoz nədir?

  Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 329
Kandidoz çox yayılmış, maya göbələklərinə bənzər göbələklər tərəfindən yaranmış ağzın selikli qişasının zədələnməsidir.

Sual № 786

Leykoplakiyanın xarakterinə nə aiddir?

  Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 311
Leykoplakiya lokalizasiyasından, formasından asılı olaraq ağız boşluğu selikli qişası epitelisinin qalınlaşması, buynuzlaşma ocaqlarının yaranması və nəhayət, hiperkeratoz kimi proseslərlə təzahür edir.

Sual № 787

Leykoplakiyanın neçə forması var?

  Ədəbiyyat: R.Mirzəyev: Terapevtik stomatologiya, Bakı, 1990 səh 310
Klinik istifadə üçün münasib olan aşağıdakı təsnifata görə leykoplakiyanın 3 forması var:
1.Yastı və ya sadə leykoplakiya
2.Verrukoz leykoplakiya
3.Eroziv leykoplakiya

Sual № 788

Mikroorqanizmlərin iltihab ocağına keçmə yollarıhansılardır?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 50-51
Eksperimentlər nəticəsində aşkar edilmişdir ki, mikroorqanizmlər iltihab ocağına odontogen, hematogen və limfogen yolla keçir.

Sual № 789

Mikroorqanizmlər orqanizmə neçə yolla daxil olur?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 50-51
Mikroorqanizmlər orqanizmə 3 yolla - odontogen, hematogen və limfogen - daxil olur

Sual № 790

Periostit zamanı təxirəsalınmaz əməliyyat hansıdır?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 55
Kəkin irinli periostitin müalicəsi kompleks tədbirlərdən (operasiya, drenaj, dərman vasitələri) ibarətdir.

Sual № 791

Fleqmonanın ağırlaşması hansıdır?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 69
Limfatik düyünlər orqanizmin müdafiə mənbəyidir. Limfatik düyünlərə daxil olmuş mikroblar orqanizmin müdafiəsini təmin edən amillərlə ləğv edilməzsə infeksiya ocağı yaranır. Beləliklə, fleqmonanın ağırlaşması limfadenit adlanır.

Sual № 792

Hansı variant osteomielitin müalicəsinə aid deyil?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 57
Ambulator şəraitdə naqili, infiltrasion ağrısızlaşdırma altında diş çıxarılmalı, sümüküstlüyüaltı irinli ocaq kəsilməli, ümumi müalicə metodları tətbiq edilməsi üçün xəstə stasionara göndərilməlidir.

Sual № 793

Sümük iliyinin ilyihabı nədir?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 56
Osteomielit sümük iliyinin iltihabı deməkdir.

Sual № 794

Hematogen osteomielitin əmələ gəlmə səbəbləri hansılardır?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 57
İnfeksiya sümüyə hematogen yolla keçərsə, hematogen (qan) osteomielit adlanır.

Sual № 795

İrinli proseslərdən hansının sərhədləri dəqiq, səthi məhdudlaşmış olur?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 58
Abses - sərhədləri dəqiq, səthi, məhdudlaşmış irinli prosesdir.

Sual № 796

Periostitin müalicəsi hansı yolla aparılır?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 55
Periostitin müalicəsi operasiya - cərrahi müdaxilə yolu ilədir.

Sual № 797

Osteomielitin formaları hansılardır?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 57
Osteomielit klinik gedişinə görə kəskin və xronik prosesin ağırlaşmış formasında olur.

Sual № 798

Dişin çıxarılması mərhələləri hansılardır?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 37
Dişin çıxarılması əməliyyatı 5 mərhələdən ibarətdir:
1.Kəlbətinin dimdiyinin dişə qoyulması
2.Kəlbətinin dimdiyinin diş əti altına yeridilməsi
3.Kəlbətinin sıxılması, yəni dişə bərkidilməsi
4.Dişin oynadılması (lüksasiya və ya rotasiya)
5.Dişin yuvadan çıxarılması (traksiya)

Sual № 799

Kəlbətinsiz diş çıxarılması hansı alətlə yerinə yetirilir?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 36
Dişin kökünü kəlbətinlə tutmaq mümkün olmazsa onda elevatordan istifadə edilir.

Sual № 800

Dişin yuvadan çıxarılması hansı terminlə ifadə olunur?

  Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 37
Diş çıxarılmasının son mərhələsi traksiya - dişin yuvadan çıxarılması adlanır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×