Diş texniki
822 elementdən 801-820 arası göstərilir.
Sual № 801
Kəlbətinini düzgün tutulmaması nəyə səbəb ola bilər?
Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 38
Kəlbətinin düzgün tutulması, dimdiyinin diş tacına düzgün qoyulmaması, diş tacının dağılması kəlbətinin sürüşməsi kimi fəsadlara səbəb ola bilər.
Sual № 802
Dişin tərpədilməsi hansı terminlə ifadə olunur?
Ədəbiyyat: Y.Yusubov: “Poliklinikada cərrahi stomatoloji yardım”. səh 37
Dişin oynadılması lüksasiya və ya rotasiya terminləri ilə ifadə olunur.
Sual № 803
Pankreasın Langerhans adacıq hissəsinin β hüceyrələrinin hormonu hansıdır?
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 100
Sual № 804
Ağız suyunun artması necə adlanır?
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 102
Sual № 805
Onurğa beyni neçə cüt sinirdən ibarətdir?
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 209
Sual № 806
Dərin kariesin müalicəsində istifadə edilən materiallar hansı xüsusiyyətə malik olmalıdırlar?
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004 Metal - keramika protezlərinin hazırlanma texnikası
Sual № 807
Metaldan qaynaq edilmiş körpüvari protezin hazırlanmasının neçə klinik mərhələsi var?
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 170
Metaldan olan qaynaq edilmiş körpüvari protezin hazırlanmasının 4 klinik mərhələsi var:
1.Dişlərin yonulması və ölçünün alınması
2.Mərkəzi okklüziyanın təyini
3.Dayaq elementlərinin ağız boşluğunda yoxlanılması və onlarla birlikdə ölçünün alınması
4.Hazır protezin dayaq dişlər üzərində oturdulması (sementlənməsi)
1.Dişlərin yonulması və ölçünün alınması
2.Mərkəzi okklüziyanın təyini
3.Dayaq elementlərinin ağız boşluğunda yoxlanılması və onlarla birlikdə ölçünün alınması
4.Hazır protezin dayaq dişlər üzərində oturdulması (sementlənməsi)
Sual № 808
Dentin necə modelləşdirilməlidir?
Ədəbiyyat: Макото Ямамото. Базисная техника изготовления металлокерамических зубных протезов. Москва. 1998 səh 31
Dentinin modelləşdirilməsi tam anatomik formada olmalıdır. Çünki belə modelləşdirmədən sonra dentin-emal mütanasibliyini düzgün formalaşdırmaq olar. Əks təqdirdə rəng effektlərinin düzgün alınmaması baş verəcək.
Sual № 809
Keramik çiyin ( marqin ) –in düzəldilməsi üçün dayaq dişdə neçə dərəcəli pillə yaratmaq məqsədəuyğundur?
Ədəbiyyat: Геральд Убасси . Форма и цвет. Москва 2003 səh 67
Marginin yaradılması üçün 900 pillə yaratmaq məqsədəuyğun sayılır. Bu vəziyyət dəqiq keramik çiynin düzəldilməsində ən optimal ölçüdür.
Sual № 810
Keramik çiynin (marginin) düzəldilməsi üçün dayaq dişin yonulmuş pilləsinin eninin nə qədər olması məqsədəuyğundur?
Ədəbiyyat: Геральд Убасси: « Форма и цвет » Москва 2003 səh 67
Dayaq dişin pilləsinin eni 1mm olması keramik çiyninin düzəldilməsində ən optimal ölçüdür. Bu ölçüdə dəqiqlik alınır və keramik çiyində rəng effekti düzgün alınır.
Sual № 811
Keramik çiyinin hazirlanması zamanı gips sütununu nə ilə izolə edirlər?
Ədəbiyyat: Геральд Убасси: « Форма и цвет » Москва 2003 səh 68
Gips sütununu keramik çiyindən ayırmaq üçün mum karandaşından istifadə edurlər.O gips ilə keramik çiyin arasında qat yaratmır və onların yapışmasının qarşısını alır.
Sual № 812
Press keramik protezlərin hazırlanması zamanı protezin nə ilə modelləşdirirlər?
Ədəbiyyat: Геральд Убасси: « Форма и цвет » Москва 2003 səh 162
Press keramikada konstruksiyanın keramika ilə əvəz olunması üçün mumla modelləşdirilir, sonra mum əridilir və əvəzinə keramika preslənir.
Sual № 813
Press keramik protezlərin hazırlanması zamanı hansi sobalardan istifadə olunur?
Ədəbiyyat: Геральд Убасси: « Форма и цвет » Москва 2003 səh 162
Press keramikanın pressləmək üçün xüsusi press sobalardan istifadə olunur. Bu sobalarda həm pressləmə , həm də keramik kütlələri bişirmək olur
Sual № 814
Diş kökləri üzərinə keramik ştiftlər hazırlamaq mümkündürmü?
Ədəbiyyat: Галип Гурен: « Керамические Виниры » səh 118
Sual № 815
Metal keramik protezlərin mexaniki birləşməsi nəyin hesabına baş verir?
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 59
Termiki genişlənmə əmsalı keramika ilə metal arasında ən möhkəm mexaniki birləşmə yaradan səbəbdir. Keramikanın genişlənmə əmsalı metalın genişlənmə əmsalından çox olduğu üçün keramika metalı “ qucaqlayaraq” mexaniki birləşmə yaradır.
Sual № 816
Metal keramik protezlərdə metalın keramika ilə mexaniki birləşməsi olurmu?
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 59
Mexaniki birləşmə metal ilə keramika arasında ən möhkəm birləşmə hesab olunur. Bu termiki genişlənmə əmsalına uyğun baş verir.
Sual № 817
Cad-Cam vasitəsi ilə CoCr ərintisindən metal özülü hazırlamaq olarmı?
Ədəbiyyat: Доменико Массирони: « Точность и эстетика ». Москва 2008. səh 342
Sual № 818
Sirkon oksidindən hazırlanmış özülə opak qatı çəkilirmi?
Ədəbiyyat: Доменико Массирони: « Точность и эстетика ». Москва 2008. səh 342 Gigiyena ekologiyanın əsasları ilə.
Sual № 819
Təzyiq altında buxarla sterilizasiya harada aparılır?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 25
Təzyiq altında buxarla sterilizasiya 30 dəq müddətinə avtoklav və metal bikslərdə aparılır.
Sual № 820
Quru hava ilə sterilizasiyanın temperaturu və müddəti neçə olmalıdır?
Ədəbiyyat: R.M.Məmmədov, R.K.Qasımov və başqaları. “Terapevtik Stomatologiyanın propedevtikası”. Bakı-2011, səh 25
Quru hava ilə sterilizasiya 1600-1800 C temperaturda 30-40 dəq müddətinə aparılır
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?