Diş texniki

822 elementdən 81-100 arası göstərilir.

Sual № 81

Asma protezi qapaqdan fərqləndirən xüsusiyyət hansıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 130
Asma və ya konsol protezlərin birtərəfli dayaq nöqtəsi və aralıq hissəsi olur. Bu tip konstruksiyalar olmayan dişləri bərpa etmək məqsədilə hazırlanır. Qapaqlar dağılmış diş tacını bərpa etmək, körpüvari protezlərə dayaq rolunu oynamaq üçün hazırlanır. Beləliklə asma diş cərgəsi, qapaq isə-bir diş protezidir.

Sual № 82

Körpüvari protezlə hissəvi protezin eyni xüsusiyyəti hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 237
Körpüvari protezlərin və hissəvi çıxan protezlərin eyni xüsusiyyəti odur ki, hər ikisinin hazırlanmasının əsas şərti dayaq dişin sağlamlığıdır. Dayaq dişin sağlam olması, laxlamaması, payına düşən yükü saxlamağı bacarması hər iki konstruksiyanın fiksasiyası, möhkəmliyi üçün vacibdir

Sual № 83

Yəhərəbənzər formadan nə vaxt istifadə edilir?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I hissə 1992, səh 177
Dayaq dişlər alçaq kliniki taclara malik olduqda lehimləmə üçün meydança kiçik olur. Buna görə aralıq hissə dayaq qapaqlarından qopa bilər. Belə hallarda istisna kimi aralıq hissənin yəhərəbənzər formasını tətbiq etmək olar

Sual № 84

Körpüvari protezlərdə dayaq elementi olaraq nədən istifadə olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 171-176
Körpüvari protezlərə dayaq elementi olaraq müxtəlif növ qapaqlardan və ştiftli dişlərdən istifadə etmək olar. Bu konstruksiyalar III böyük azı dişləri çıxmaq şərtilə bütün dişlər üzərində yerləşdirilə bilər. Hətta sağlam tələblərə (ştiftli konstruksiyaların tələbləri) uyğun olan köklərin üzərinə belə hazırlana bilər.

Sual № 85

Körpüvari protezin aralıq hissəsini modelləşdirərkən (dişlərin oral səthini) nəyə fikir vermək lazımdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 171-172
Körpüvari protezin aralıq hissəsini modelləşdirərkən bir dişdən o biri dişə keçid hamar olmalıdır. Çünki oral səthdən bir dişdən o biri dişə keçid modelləşdirildikdə dilin selikli qişasının zədələnməməsinin qarşısını almaq üçün hamar forma verilməlidir.

Sual № 86

Hansı protez qeyri-gigiyenikdir və selikli qişaya yatır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezin aralıq hissəsinin 3 forması var:
1.Yuyulan (asma)
2.Toxunan
3.Yəhərəbənzər
Bu formalarının hamısının müsbət və mənfi cəhətləri var. Yalnız yəhərəbənzər forma qeyri-gigiyenikdir, selikli qişaya tam yatır və bununla onun qıcıqlanmasına səbəb olur.

Sual № 87

Yuyulan formanın toxunan formadan fərqi nədir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Yuyulan forma damağın dərin atrofiyası zamanı hazırlanır. Adından göründüyü kimi yuyulan (və ya asma) yəni damağa çatmayan formadır. Toxunan forma selikli qişaya toxunur.

Sual № 88

Aşağıdakılardan hansı laborator mərhələdir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 149
Çıxmayan konstruksiyalar müxtəlifdir, fərqli formaları, fərqli klinik və laborator mərhələləri vardır. Yalnız bütün konstruksiyaların hazırlanmasında eyni oxşar mərhələlər var. Polimerləşdirmə plastmasdan hazırlanan konstruksiyaların son laborator mərhələlərindən biridir

Sual № 89

Aşağıakılardan hansılar model növləridir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 49-50
Model-protez yatağında yerləşən bütün növ toxumaların pozitiv əks olunmasına deyilir. Modelin 3 növü var: diaqnostik, işçi və köməkçi.

Sual № 90

Modelləşdirməyə aid olmayan şərt hansıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 61
Modelləşdirmə qaynar mumla başlanır, davamı qızdırılmış mumla aparılır. İlkin qaynar mum gips formaya yaxşı yapışmalıdır (tam tökmə metal qapağın hazırlanmasını çıxmaq şərti ilə). Sonrakı mum yalnız formanı almaq üçün az porsiyalarla, qaynar olmadan verilməlidir. Yan səthlər axırda modelləşdirilməlidir.
Modelləşdirməyə başlamadan əvvəl kimyəvi qələmlə klinik boyun çəkilməlidir. Ştamplanma qapağı hazırlayarkən çeynəmə qabarlar kəskin nəzərə çarpmamalıdır və antaqonistə uyğun modelləşdirilməlidir.

Sual № 91

Hansı qapaqlardan müvəqqəti protez kimi də istifadə olunur?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 149-151
Müvəqqəti protez kimi plastmas qapaqlardan istifadə edilir

Sual № 92

Körpüvari protezi asmadan fərqləndirən xüsusiyyət hansıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 167
Körpüvari və konsol protezlər diş cərgəsi qüsurlarını bərpa etmək üçün hazırlanır. Körpüvari protezin hər iki tərəfdən dayaq elementi olmalıdır, hətta lazım gəldikdə 3 dayağı belə ola bilər. Konsol protezlər isə birtərəfli fiksasiyası olan konstruksiyalara deyilir.

Sual № 93

Yuyulan formaya aid olan əlamətlər hansıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezlərin aralıq hissəsinin 3 növü var:
1.Yəhərəbənzər
2.Yuyulan (asma)
3.Toxunan Yuyulan forma yalnız çeynəmə dişlərinə tətbiq edilir, çox gigiyenikdir.

Sual № 94

İlkin olaraq dişin hansı səthi modelləşdirilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 , səh 60-61 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137-138
Hazırlanan konstruksiyadan asılı olaraq modelləşdirmənin müəyyən qaydaları var. İlkin olaraq dişin vestibulyar səthi modelləşdirilir. Sonuncu aproksimal səth modelləşdirilir. Yalnız səthlərin sıralanması belədir:
1.Vestibulyar səth
2.Oral səth
3.və 4. Aproksimal səthlər (medial və distal)

Sual № 95

Aralıq hissənin oral səthini maili modelləşdirmək nə üçün lazımdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 171-172
Oral səthdə bir dişdən digər dişə keçid maili modelləşdirilir ki, selikli qişa zədələnməsin. Bir səthdən digərinə keçid tam hamar olmalıdır.

Sual № 96

Yuyulan formaya aid olan xüsusiyyət hansıdır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezlərin aralıq hissəsinin 3 forması var.
1.Toxunan
2.Yuyulan (asma)
3.Yəhərvari
Yuyulan və ya asma forma gigiyenikdir, damağın dərin atrofiyası zamanı hazırlanır və yalnız azı (çeynəmə) dişlərdə tətbiq edilir.

Sual № 97

Yəhərəbənzər forma hansı halda düzgün hazırlanmış hesab edilə bilər?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezin aralıq hissəsinin 3 forması var:
1.Yuyulan (asma)
2.Toxunan
3.Yəhərəbənzər
Bu formalarının hamısının müsbət və mənfi cəhətləri var. Yalnız yəhərəbənzər forma qeyri-gigiyenikdir, selikli qişaya tam yatır və bununla onun qıcıqlanmasına səbəb olur.

Sual № 98

Selikli qişaya “yatan” forma necə adlanır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezin aralıq hissəsinin 3 forması var:
1.Yuyulan (asma)
2.Toxunan
3.Yəhərəbənzər
Bu formalarının hamısının müsbət və mənfi cəhətləri var. Yalnız yəhərəbənzər forma qeyri-gigiyenikdir, selikli qişaya tam yatır və bununla onun qıcıqlanmasına səbəb olur.

Sual № 99

Çıxan körpüvari protez hazırlanmasına görə neçə yerə bölünür?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 180-183
Çıxan körpüvari protez iki yerə bölünür:
1.Dayaq tutucu klammerlə çıxan körpüvari protez
2.Qıfıllı birləşmələrlə çıxan körpüvari protez

Sual № 100

Konsol protezlərdə neçə dayaq elementi var?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Bütün müəlliflərin dediklərinə istinad edərək konsol protezlərin bir tərəfi var: konsol protezlər bir tərəfli dayağı olan çıxmayan konstruksiyalar deyilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×