Diş texniki

822 elementdən 101-120 arası göstərilir.

Sual № 101

Yuyulan formanın mənfi cəhəti nədir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Yalnız yuyulan formaların 2 mənfi cəhəti var:
1. Ön dişlərə hazırlanmır (estetik nöqteyi nəzərdən)
2. Dayaq dişlərlə lehim sahəsi kiçik olduğundan, qırılma ehtimalı yüksəkdir.

Sual № 102

Hansı xassə yuyulan formaya aid deyil?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezlərin aralıq hissəsinin 3 forması var.
1.Toxunan
2.Yuyulan (asma)
3.Yəhərvari
Yuyulan və ya asma forma gigiyenikdir, damağın dərin atrofiyası zamanı hazırlanır və yalnız azı (çeynəmə) dişlərdə tətbiq edilir.
Estetik nöqteyi nəzərdən aralıq hissənin yuyulan forması ön dişlərə tətbiq edilmir.

Sual № 103

İlkin ştamplama zamanı gilizin üzərində qatların əmələ gəlməsinin qarşısını almaq üçün çəkicin zərbələri hara yönəldilməlidir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 142-145
Ştamplanmanın iki mərhələsi var:ilkin və yekun. İlkin ştamplama zamanı çəkicin zərbələri çeynəmə səthindən ekvator doğru yönəlməlidir. Əks halda gilizin üzərində qatlar əmələ gəlir. Daha sonrakı mərhələdə bu daha da böyük nöqsanlar yaradır. Yekun ştamplanmada bu qatlar ştampın işində aradan qaldırıla bilməz, bir az da sıxlaşar.

Sual № 104

Modelləşdirmədə ilk modelləşdirilən səth necə adlanır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 61
Bir çox müəlliflərin dediklərinə istinad edərək modelləşdirmə zamanı ilk modelləşdirilən səth vestibulyar, daha sonra oral (dil, damaq), sonuncu isə aproksimal səthlər modelləşdirilir

Sual № 105

Hansı variant yuyulan formaya aid deyil?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Körpüvari protezlərin aralıq hissəsinin 3 növü var:
1.Yəhərəbənzər
2.Yuyulan (asma)
3.Toxunan Yuyulan forma yalnız çeynəmə dişlərinə tətbiq edilir, çox gigiyenikdir.
Selikli qişanın iltihabına səbəb olmur, çənə sümüyünün atrofiyası zamanı istifadə edilir.

Sual № 106

Sadə Akker klammerin elementləri hansılardır?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 153
Qarmaqların içində ən sadə quruluşlu qarmaq Sadə Akkerdir. Başqa qarmaqlarda əlavə elementlər var.

Sual № 107

V tipli Ney qarmaqlarının xarakteristikasına hansılar aiddir?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 156
Ney bu sistemi yaratdığı üçün V tipli qarmaqlar bu xüsusiyyətlərə malikdirlər.

Sual № 108

Aşağıdakı göstərilən sıralardan hansı Ney sistemi qarmaqlarına aiddir?

  Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 217
Itipli Ney sisteminə aiddir: Sadə Akker qarmağı
IItipli Ney sisteminə aiddir:T-şəkilli Rouç qarmağı
IIItipli Ney sisteminə aiddir:Kombinəedilmiş qarmaq
IVtipli Ney sisteminə aiddir: əks istiqamətdə təsir göstərən qarmaq
Ney sisteminə aiddir: Dairəvi qarmaqV tipli

Sual № 109

T-şəkilli çiyni olan qarmaqlar hansılardır?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 156-158
Rouç və Bonixard qarmağının çiyinləri T-şəkillidir.O biri qarmaqlarda T-şəkilli çiyin yoxdur.

Sual № 110

Sadə Akker klammerin çiyni diş səthinin neçə hissəsini tutur?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарев. «Руководство для зубных техника» səh 153
2-3 sadə Akker klammerləri, heç bir əlavəsi olmayan qövslü karkaslarda dublikat model olmadan karkas hazırlana bilər. Müəlliflərin fikrinə əsaslanaraq Sadə Akker qarmağının çiyni dişin səthinin 3/4 hissəsini tutur Кламмеры Нея . Кламмер № 1 (кламмер Аккера) представляе т собой сочетание двух плеч и окклюзионной накладки, соединяющихся между собой монолитно на стороне дефекта зубного ряда и переходящих в отросток, направляемый к дуге протеза. Плечи кламмера , охватыва я 3/ 4 поверхности зуба , выполняют опорную, стабилизирующую и фиксирующую функции. Окклюзионна я накладка , расположенная в фиссуре зуба , выполняет опорную функцию.

Sual № 111

Hansı qarmaq üçün dayaq diş mütləq qapaq ilə örtülməlidir?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 158
Reyxelman qarmağı bütün çeynəmə səthi boyu yerləşdiyinə görə dayaq diş mütləq qapaq ilə örtülməlidir.

Sual № 112

Dairəvi qarmağın neçə okklüzion pəncəsi var?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh156
Dairəvi qarmağın 2 okklüzion pəncəsi var, böyük azı dişlərin ölçüsü böyük olduğuna görə tətbiq edilir ki, fiksasiya möhkəm olsun.

Sual № 113

Karkasın konstruksiyası hansı tökmə üsulunda daha dəqiq tökülür?

  Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 313
Müəllifə əsaslanaraq karkasın konstruksiyası model üstündə tökmə üsulu ilə daha dəqiq tökülür.

Sual № 114

İlk dəfə blokvari birləşmələr kim tərəfindən təklif olunmuşdur?

  Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ.2007. səh 293

Sual № 115

Rouç qarmağın okklüzion pəncəsi qarmağın hansı hissələri ilə birləşir?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 154
Rouç qarmağın okklüzion pəncəsi qarmağın cısim və çıxıntı hissələri ilə birləşir.

Sual № 116

Kombinəedilmiş qarmağın əsas hissələri hansıdır?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 155
2 çiyin –biri T-şəkilli , o birisi Sadə Akker qarmağın çiyni, okklüzion pəncə, cisim kombinəedilmiş qarmağın əsas hissələridir.

Sual № 117

Nöqtəvi fiksasiyada neçə dənə qarmaq işlənir?

  Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Альшиц «Ортопедическая Стоматология».səh 214
Çünki nöqtəvi fiksasiyada 1 qarmaq işlənir.

Sual № 118

Xətti fiksasiyada neçə dənə qarmaq istifadə olunur?

  Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Альшиц «Ортопедическая Стоматология» səh 214
Bu fiksasiya növündə yalnız 2 qarmaqdan istifadə olunur.

Sual № 119

Sadə Akker qarmağının çiyni dişin səthinin neçə hissəsini tutur?

  Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 153
Müəlliflərin fikrinə əsaslanaraq Sadə Akker qarmağının çiyni dişin səthinin 3/4 hissəsini tutur.

Sual № 120

Düymə şəklində olan attaçmenlər necə adlanır?

  Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006 səh 176
Düymə şəklində olan attaçmenlər Anker adlanır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×