Diş texniki

822 elementdən 141-160 arası göstərilir.

Sual № 141

Neylon protezlər hansı yolla hazırlanır?

  Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
Neylon protezlər 12 atm təzyiq altında isti halda xüsusi presdə sıxılaraq hazırlanır.

Sual № 142

Bunlardan hansı neylon protezlərə aid deyil?

  Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
Hal-hazırda istifadə olunan yumşaq protez (neylon) növləri; Valplast, Flekident, Versacril, Flexicril, Versasoft, Pro-Flex və s. Etakril bunlara aid deyil.

Sual № 143

Metal bazisin düzəldilməsinin neçə üsulu var?

  Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 261
1Metal bazisi tökmə üsulu ilə hazırlanır. Model üzərində gələcək protezin bazisinin sərhədləri çəkilir, hansı ki, vestibulyar tərəfdən 2-3 mm alveol çıxıntıdan aşağı keçir, bu hissədə alveol tacı əhatə edir və “A” xəttinə 3-4 mm çatmır. Aşağı çənədə isə tam əsas sərhəd boyu 3-4 mm çatmır.

Sual № 144

Neylon protezlərin korreksiyasında hansı borlardan istifadə olunur?

  Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
Neylon protezlərin korreksiyası zamanı vulkanit borlardan, qırmızı vulkanit borlardan və rezin disklərdən istifadə olunur.

Sual № 145

Ardıkəsilməz klammer nə zaman tətbiq edilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 158
Ardıkəsilməz klammer bir neçə klammerlərin birləşməsini təsvir edir, oral ya da vestibulyar hissədə yerləşərək təbii dişlərin təpəcik ya da ekvator hissəsinə bitişik olur.

Sual № 146

Süni dişlərin neylonda fiksasiyası üçün nədən istifadə olunur?

  Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
Süni dişlər neylonla kimyəvi reaksiyaya girib birləşmədiyinə görə üzərində dəliklər açılıb retension nöqtələr əmələ gətirilir.

Sual № 147

Neylon protezlərdə hansı klammerlərdən istifadə edilirr?

  Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
Neylon protezlərdə öz materialından elastiki dento-alveolyar klammerlərdən istifadə olunur ki, bu da protezin daha estetik görünməsinə səbəb olur.

Sual № 148

Aproksimal klammerin tətbiq olunduğu dişlər hansılardır?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 110
Aproksimal klammerlər bir və ya ikiçiyinli olur. Bu növ klammerlər ancaq ön dişlərdə və onların aproksimal səthlərində tətbiq olunduqda onlara aproksimal klammerlər deyilir.

Sual № 149

Tam dişsiz progenik vəziyyətdə olan çənədə dişlər necə düzülür?

  Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 326
Kəskin görünən atrofiyada yuxarı çənə aşağı çənədən kiçik olduqda süni dişlər əks istiqamətdə qoyulur. Mərkəzi aşağı frontal dişlər yuxarı frontal dişləri örtür. Bu zaman yuxarı çənədə 12 diş, aşağıda isə 14 diş qoyulur. Dişlərin düzülməsi ortoqnatik dişləmdə olduğu kimidir, ancaq 2-ci kiçik azı dişi qoyulmur. ( 5-ci kiçik dişlər ).

Sual № 150

Tam dişsiz proqnatik vəziyyətdə olan çənələrdə dişlər hansı qayda ilə düzülür?

  Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 291
Progeniya həqiqi və yanlış olur. Həqiqi progeniyada yuxarı çənə çox inkişaf edir. Bu zaman frontal dişləri bir-birinə toxunaraq qoyulur. Fiksasiya üçün vestibulyar damaq qarmaqlardan istifadə olunur.Yanlış proqnatiyada dişləri ortoqnatik dişləmdə olan kimi düzəlir. Proqnatiya əlamətlərini aradan qaldırmaq üçün aşağı frontal dişləri qabağa əyilmiş vəziyyətində və iki kiçik azı dişin əvəzinə hər tərəfdə I kiçik azı diş qoyulur.

Sual № 151

Çıxmayan protezlərə aid olan xüsusiyyətlər hansılardır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Dağılmış diş tacını bərpa edən, olmayan dişləri əvəz edən və bu
zaman dişlərə sement vasitəsilə fiksasiya edilən, çıxarılması yalnız həkim tərəfindən mümkün olan və bu zaman konstruksiyası pozulan protezlərə çıxmayan protezlər deyilir.

Sual № 152

Aşağıdakı variantlardan hansı tökmə güdüllü qapaqların müsbət cəhətlərinə aid deyil?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 129-130
Tökmə güdüllü qapaqların müsbət cəhəti onların patoloji sürtülmə zamanı tətbiqinin mümkün olmamasıdır.

Sual № 153

Verilənlərdən hansı çıxmayan protez hazırlanmasında əsas material kimi istifadə olunur?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 29,102
Ortopedik Stomatologiyada istifadə olunan materiallar 2 qrupa bölünür: əsas və köməkçi. Əsas materiallara metal və metal ərintiləri, plastmaslar və çini kütlələr aiddir. Protez və aparatların hazırlanma prosesində istifadə olunan digər materiallar köməkçi adlanır.

Sual № 154

Yarımqapaqlar dişin hansı səthini örtmür?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 70
Yarımqapaqlar (3/4 qapaqlar) çıxmayan protezlərə aiddir. Onlar dişin yalnız oral, aproksimal və çeynəyici səthlərini örtür.

Sual № 155

Tökmə qapaqların ştamplanmış qapaqlardan üstünlüyü nədir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 72
Tökmə üsulu ilə hazırlanan bütün konstruksiyalar yüksək dəqiqliyi ilə və davamlılığı ilə fərqlənir.

Sual № 156

Çıxmayan protezlərin hazırlanmasında dayaq məqsədilə nədən istifadə edilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Körpüvari protezlər hazırlanarkən dayaq məqsədilə qapaqlardan, ştiftli dişlərdən və taxmalardan istifadə edilir. Yalnız qapaqların bütün növlərindən dayaq kimi istifadə etmək olmaz. Məsələn: teleskopik qapaq yalnız çıxan protezi fiksasiya etmək üçün, ortodontik qapaq isə ortodontik aparatların fiksasiyası üçün yararlıdır.

Sual № 157

Ştiftli diş nəyə deyilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-80
Ştift vasitəsilə dişin kökünə fiksasiya edilən konstruksiyaya ştiftli diş deyilir. Ştiftli diş qapaqdan, ştiftdən, kökü mühafizə edən lövhədən ibarətdir. Süni qapaqdan və kök kanalında yerləşdirilən ştiftdən ibarət olan çıxmayan protez olub,istənilən materialdan hazırlana bilər. Ştiftli dişlər tək dişə və ya körpüvari protezə dayaq elementi kimi qoyula bilər.

Sual № 158

Ştiftli dişlər konstruksiyasına görə neçə yerə bölünür?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-81
Konstruksiyasına görə ştiftli dişlər iki qrupa bölünür:sadə və mürəkkəb. Sadə konstruksiyalara Loqanın, Devisin ştiftli konstruksiyaları və eləcə də standart ştiftlərlərlə; standart dişlərin tezbərkiyən plastik kütlə ilə bərkidilən üsullari aiddir. Mürəkkəb konstruksiyalara isə Reçmondun, İlyinanın, Əhmədovun ştiftli dişləri aid edilir.

Sual № 159

Modelləşdirmədə dişin ölçüsünü nisbətən böyütmək nə zaman lazımdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 149
Plastmas qapaq hazırlayarkən modelləşdirmə zamanı dişin anatomik forması- tam ölçülərdə aparılmalıdır, hətta polimerzasiyadan sonrakı emalı nəzərə alaraq az miqdarda ölçü böyüdülə bilər.

Sual № 160

Ştamplama neçə mərhələdən ibarətdir?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 145
Ştamplanma 2 mərhələdən ibarətdir.
ilkin və yekun. İlkin ştamplama metal ştamp üzərində, yekun ştamplama zindan
(yolka nakovalniya) üzərində aparılır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×