Diş texniki

822 elementdən 161-180 arası göstərilir.

Sual № 161

Verilənlərdən hansı güdüllü və ştiftli qapaqlara aid deyil?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-80
Güdüllü və ştiftli konstruksiyalar istənilən materialdan: metaldan, plastmasdan, çinidən hazırlana bilər.

Sual № 162

Çıxmayan protezlərin çatışmayan cəhətləri hansılardır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Bütün çıxmayan konstruksiyalar ağız boşluğunda yonulmuş dişlər üzərində yerləşdirilir. Bu da onların mənfi cəhətləri hesab olunur.

Sual № 163

Çıxmayan protez hazırlanmasında istifadə olunan əsas materiallar hansılardır?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 29
Ortopedik stomatologiyada protezlərin hazırlanması zamanı istifadə olunan bütün materiallar 2 qrupa bölünür:
1.Əsas materiallar
2.Köməkçi materiallar
Əsaslara metallar, metal ərintiləri (xəlitələr), plastmaslar, keramik kütlələr, süni dişlər aiddir.

Sual № 164

Yarımqapağın hazırlanmasına aid olan tələblər hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 134-135
Yarımqapaqları hazırladıqda dayaq dişlər aşağıdakı tələblərə cavab verməlidir; onlar yaxşı ifadə olunmalı, kəsici kənarları enli, mina qatı sağlam olmalıdır. Nazik, yastı, boynu dar olan uzun dişlər, minası kövşək və protezin fiksasiyası üçün lazımi uzunluqda olmayan, eləcə də aproksimal səthi kariyesə uğrayan, həmçinin tacları sürtülmüş alçaq dişlər yarımqapaq hazırlamaq üçün yararlı deyil. Yarımqapaq hündür taca, enli kəsici kənara, yaxşı ifadə olunmuş qabarlara malik olmalıdır

Sual № 165

Ştamplama üsulu ilə hazırlanmış qapağın neçə klinik və laborator mərhələsi var?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137
Ştamplama üsulu ilə qapağın hazırlanmasının 12 klinik və laborator mərhələsi var;
1.Dişlərin yonulması
2.Ölçünün alınması
3.Diş cərgələrinin gips modellərinin alınması
4.Mərkəzi okklüziyanın təyini (klinikada) və modellərin mərkəzi okklüziya vəziyyətində qapanması (laboratoriyada).
5.Modellərin okklüdatora bərkidilməsi
6.Diş taclarının modelləşdirilməsi
7.Modeldən gips ştampların alınması
8.Gips ştamplardan metal ştampların alınması
9.Gilizlərin seçilməsi və hazırlanması
10.Qapaqların ştamplanması
11.Klinikada qapaqların yoxlanılması
12.Süni qapağın cilalanması və parladılması

Sual № 166

Çıxmayan protezlər konstruksiyasına görə hansı hissələrə bölünürlər?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 130
Diş tacı protezləri və diş sırası protezləri
Çıxmayan protezlər konstruksiyasına görə 2 qrupa bölünür:
1.Diş tacı protezləri; taxmalar, süni qapaqlar, ştiftli dişlər
2.Diş sırası protezləri; körpüvari və konsol protezlər

Sual № 167

Ştiftli diş konstruksiyasının əsas elementləri hansılardır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79
Ştiftli diş konstruksiyasının əsas elementləri ştift, süni qapaq və kökü mühafizə edən lövhədir.

Sual № 168

Frontal dişlər nahiyyəsində aralıq hissənin hansı forması tətbiq edilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Ön dişlərə hazırlanması mümkün olan aralıq hissənin forması toxunandır. Aralıq hissənin 3 forması var:
1.Toxunan
2.Yuyulan (asma)
3.Yəhərvari

Sual № 169

Güdüllü qapağı ştiftli dişdən fərqləndirən xüsusiyyət hansıdır?

  Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 107-108
Güdüllü qapaqlar diş tacının xeyli hissəsi və ya tamamilə dağıldıqda hazırlanır. Bu halda kanala ştift yeridilməklə bərabər, onun ağız boşluğunda görünən hissəsinin üzərində yonulmuş diş formasında güdül hazırlanır və sonradan bu güdülün üzərinə adi qaydada qapaq düzəldilir. Diş köklərinə olan tələbatlar ştiftli dişlərdə olduğu kimidir. Lakin ştiftli dişlərdən fərqli olaraq, çoxköklü dişlərə də güdüllü qapaq hazırlamaq olar.

Sual № 170

Dişin çeynəmə qabarlarını modelləşdirərkən nəyə görə onları hündür etmirlər?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 112
Dişin çeynəmə qabarlarını modelləşdirərkən hündür etmək olmaz, çünki alt çənənin hərəkətinə mane ola bilər, dişləmi qaldıra bilər. Bu da xəstəyə çox böyük narahatçılıq yarada bilər. Əgər həkim tərəfindən diş az yonulubsa, bu səhvi texnik model üzərində aradan qaldıra bilər.

Sual № 171

Düzgün hazırlanmış süni qapağın uzunluğu haraya qədər olmalıdır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 141
Süni qapaq hazırlanarkən onun uzunluğu 1mm artırılmalıdır ki, kəsilib yonulduqdan sonra hazır qapağın diş əti cibinə girməsi 0,2 mm-dən artıq olmamasın.

Sual № 172

Tacın tamlığının pozulmasında ştiftli dişlər nə zaman hazırlanmır?

  Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 149
Ştiftli dişlər, eləcə də aşağı dişlərin tacı dağıldıqda və onların kökü ştiftli diş hazırlanması tələblərinə cavab verdikdə düzəldilir. Eyni zamanda qeyd etmək lazımdır ki, aşağı mərkəzi və yan kəsici dişlərin və eləcə də böyük azı dişlərin köklərinin kanalları dar olduğundan çox vaxt bu dişlərin köklərində ştiftli diş hazırlamağa göstəriş olmur.

Sual № 173

Aşağıda adları çəkilənlərdən hansı tökmə yolu ilə hazırlanmış güdüllü ştiftli taxmaların ştiftli dişlərdən üstünlüklərinə aid deyil?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79,80,86
Tam tökmə güdüllü ştiftli taxmaların ştiftli dişlərlə müqayisədə bir sıra üstünlükləri var:
1.Onları kökün divarları çox dağıldıqda belə istifadə etmək mümkündür.
2.Tam tökmə olduğundan onlar möhkəmdir və köklərin kanallarında daha yaxşı fiksasiya olunurlar
3.Onları ön və yan dişlər qruplarının köklərinə fiksasiya etmək olar
4.İlkin konstruksiya söküldükdə yenidən istifadəsi mümkündür
5.Patoloji sürtülmə zamanı diş taclarının hündürlüyünü onlarla bərpa etmək olar
6.Bunlardan ayrı-ayrı dişlərin sırada düzgün durmamasını aradan qaldırmaq üçün istifadə edilir.

Sual № 174

Yarımqapaq dişin hansı səthlərini örtür?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 70
Yarımqapaqlar (3/4 qapaqlar) çıxmayan protezlər aiddir. Onlar dişin yalnız oral, aproksimal və çeynəyici səthlərini örtür.

Sual № 175

Hansı variant çıxmayan protez hazırlanmasının laborator mərhələsinə aid deyil?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 130
Mərkəzi okklüziyanın təyini çıxmayan protezlərin kazırlanmasının klinik mərhələsinə aiddir. Adları çəkilən digər cavab variantları çıxmayan protezlərin hazırlanmasının laborator mərhələlərinə aiddir.

Sual № 176

Taxmalar nəyə deyilir?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57-59
Taxmalar mikroprotezlərə aiddir. Diş tacının pozulmuş anatomik forması onların köməyilə bərpa edilir. Taxma metaldan, qeyri-metaldan və eləcə də üzlüklü (metal, sement-silikat, plastik kütlə və ya çininin kombinasiyasından) olur. Taxmanın mum modelinin hazırlamağın əsasən iki üsulu vardır: düz və dolayı üsulla. Bundan başqa kombinəedilmiş üsul da vardır, lakin həmin üsuldan nadir hallarda istifadə olunur.

Sual № 177

Aralıq hissə nədən hazırlanır?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Körpüvari protezin aralıq hissəsi dayaq elementləri ilə qaynaq və vahid tökmə yolu ilə birləşdirilmiş süni dişlər blokundan ibarət olur.

Sual № 178

Diş cərgəsi üçün hazırlanan çıxmayan protezlər hansılardır?

  Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 130
Çıxmayan protezlər konstruksiyasına görə 2 qrupa bölünür:
1.Diş tacı protezləri; taxmalar, süni qapaqlar, ştiftli dişlər
2.Diş sırası protezləri; körpüvari və konsol protezlər

Sual № 179

Hansı sıradakı əsas materiallar çıxmayan protez hazırlanmasında tətbiq olunur?

  Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 82-87
Ortopedik Stomatologiyada istifadə edilən materiallar 2 qrupa bölünür: əsas və köməkçi. Əsas materiallar: metal və metal ərintiləri, plastmaslar və çini kütlələr. Sınma-74 çıxmayan protezlərin üçün istifadə olunan plastmasdır. Metal gilizlərdən ştamplama yolu ilə qapaqlar hazırlanır. Digər variantlarda ya köməkçi materiallar sadalanır, ya da çıxan konstruksiyalar üçün istifadə edilən materialların adları çəkilir.

Sual № 180

Çıxmayan protezin neçə növü var?

  Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
Çıxmayan protezlərin 5 növləri var:
1.Taxmalar
2.Qapaqlar
3.Ştiftli konstruksiyalar
4.Körpüvari protezlər
5.Konsol protezlər
Bunlardan diş tacı qüsurlarını bərpa etmək üçün konstruksiyalar: taxmalar, qapaqlar və ştiftli dişlərdir. Körpüvari və konsol protezlər isə diş sırası qüsurlarının bərpası üçün olan konstruksiyalardır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×