Neyrocərrahiyyə

1.046 elementdən 701-720 arası göstərilir.

Sual № 701

Sarkoma haqqında aşağıdakılardan hansı səhvdir?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh63

Sual № 702

Hipertenziya sindromunun əsas əlamətlərininə aşağıdakılardan hansı aid deyil?

1. baş ağrısı
2. qusma
3. başgicəllənmə4. qıcolma tutmaları
5. göz dibində durğunluq
6. aşağı vəya yuxarı paraplegiya

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh64

Sual № 703

Epileptik tutmalar ən çox hansı nahiyənin şişi üçün xarakterikdir?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh66

Sual № 704

Göz dibində durğunluq və görmə sinirinin nevriti zamanı görmənin zəifləməsi, bu iki hala bir birindən anamnestik olaraq necə fərqlənir?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh66

Sual № 705

Baş beynin şişləri zamanı likvorda olan dəyişikliklərə aşağıdakılardan hansı aid deyil?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh67

Sual № 706

Təpə payının şişləri zamanı aşağıda sadalanan məhəlli əlamətlərdən adətən hansına rast gəlinmir?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh69

Sual № 707

Alın payının şişləri zamanı rast gəlinən yerli əlamətlərə aşağıdakılardan hansı aid deyil?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh68

Sual № 708

Hipomimiya, maskaya bənzər sifət, qeyri iradi gülüş və ağlama, yuxarıya baxışın parezi ən çox hansı nahiyənin şişləri zamanı müşahidə edilir?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh71

Sual № 709

III mədəciyin şişlərininə aşağıdakılardan hansılar aid deyil?

1. Astrositoma
2. Medulloblastoma
3. Ependimom
4. Kolloid kista
5. Xolesteatoma
6. Xorioidpapilloma

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004səh72

Sual № 710

Hansı nahiyənin şişi vaxtından əvvəl cinsi inkişafa səbəb olur?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh73

Sual № 711

Hipofizin adenoması zamanı cərrahi müdaxiləyə göstəriş hansıdır?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh76

Sual № 712

Kəllə sümüklərinin həcmli törəmələri hansılardır?

1. osteoma
2. eozinofil qranuloma
3. epidermoid və dermoidlər
4. pinealoma

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004səh94

Sual № 713

İntradural - ekstramedulyar şişləri göstərin.

1. meningioma
2. nevrinoma
3. oliqodendroqlioma
4. medulloblastoma

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004səh96

Sual № 714

İntramedulyar şişlər zamanı hansı yanaşma daha düzgündür?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh103

Sual № 715

Şişin bir və ya iki fəqərəarası dəliyə daxil olaraq şiddətli ağrı törətdiyi hallarda hansı cərrahi yanaşma məqsədəuyğundur?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh105

Sual № 716

Hansı hallarda kəllə beyin travması açıq hesab edilir?

1. aponevroz və sümüküstlüyü zədələndikdə
2. kəllə əsası sümüklərinin sınıqlarında
3. dərialtı hematoma yığıldıqda
4. kəllə sümüklərini xətti sınığı olduqda

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004səh107

Sual № 717

Qapalı kəllə - beyin travması zamanı Qureviç - Mann simptomu hansı halda daha tez - tez rast gəlinir?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh108

Sual № 718

Xəstə avtoqəza nəticəsində xəsarət almışdır. Qısa müddətli huşunu itirmişdir. 2 - 3 gün ərzində ümumi beyin əlamətləri davam edib, ətraflarda yüngül hemiparez, koordinasiya pozğunluqları, vestibulyar dəyişikliklər müşahidə edilib. Lokal dəri örtüklərinin tamlığı pozulmayıb. Kranioqramlarda xətti sınıqlar təyin edilib. Likvorda qan aşkar edilib. Sizin müəyyən edəcəyiniz diaqnoz hansıdır?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh108

Sual № 719

Xəstə təqribən 1 ay əvvəl avtoqəza nəticəsində xəsarət alıb. Huşunu qısamüddətli itirib. Tədricən xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunub. Son 3 gündə vəziyyəti kəskin pisləşib. Huşunun dərinləşməsi, ümumi beyin əlamətləri, hemiparez müşahidə olunub. İlkin ehtimal edəcəyiniz patologiya hansıdır?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh114

Sual № 720

Psixomotor oyanıqlıq, hormetonik qıcolmalar, avtomatik hərəkətlər, ikitərəfli patoloji reflekslər, hipertermiya, tənəffüsün pozulması əlamətləri aşağıda sadalanan hansı patoloji proses zamanı müşahidə edilir?

  Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh117
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×