Neyrocərrahiyyə
1.046 elementdən 821-840 arası göstərilir.
Sual № 821
Funksional cəhətdən az əhəmiyyətli sinirin zədələnmiş sinirin distal ucuna tikilməsi əməliyyatı necə adlanır?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh155
Sual № 822
Aksonun gündəlik inkişaf sürəti neçə mm dir?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh156
Sual № 823
Hansı arteriyanın trombozunda həmin tərəfdə görmənin zəifləməsi və ya amovroz, əks tərəfdə hemiparez və ya hemiplegiya müşahidə olunur?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
Sual № 824
Daxili yuxu arteriyasının trombozunda aşağıda sadalanan əlamətlərdən hansılar müşahidə olunur?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
Sual № 825
Daxili yuxu arteriyasının tam tutulmasında aşağıda sadalanan əlamətlərdən hansılar müşahidə olunur?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
Sual № 826
Əks tərəfdə homonim hemianopsiya, hemiplegiya, hemihipesteziya, total afaziya hansı arteriyanın tam tutulmasında müşahidə olunur?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
Sual № 827
Orta beyin arteriyasının stenozunda sadalanan əlamətlərdən hansılar müşahidə olunur?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
Sual № 828
AVM zamanı cərrahi müdaxilənin ən effektiv üsulu aşağıdakılardan hansıdır?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh170
Sual № 829
Göz yuvası üzərində fonendoskopla eşidilən, nəbzlə sinxron olan “parovoz” səsinin olması hansı damar patologiyası üçün xarakterikdir?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh172
Sual № 830
Baş beyin absesinin formalaşma mərhələləri aşağıdakı cavablardan hansında düzgün göstərilib?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh173
Sual № 831
Anaerob və aerob infeksiyaların törətdiyi abseslər, bir - birindən vizual olaraq necə fərqlənirlər?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh174
Sual № 832
Arxa əllə çuxurunun araxnoiditləri zamanı aşağıdakı əməliyyatlardan hansı icra edilir?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh179
Sual № 833
Disk yırtığı nəticəsində müşahidə olunan kliniki mənzərə, kökcüklərin sıxılması ilə yanaşı aşağıda göstərilən səbəblərdən hansına görə əmələ gəlir?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh185
Sual № 834
L4, L5 kökcüklərinin sıxılması nəticəsində onurğa beyni konusunun zədələnməsi əlamətləri hansı halda müşahidə edilə bilər?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh185
Sual № 835
Deproj - Qotteron sindromu nə zaman müşahidə olunur?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh185
Sual № 836
Deproj-Qotteron sindromu zamanı nə müşahidə olunur?
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh185
Sual № 837
Fəqərəarası disk yırtığı zamanı budun ön səthində ağrı və keyləşmə, diz refleksinin zəifləməsi və ya itməsi müşahidə olunursa, hansı nahiyədə patoloji prosesdən şübhələnmək olar?
R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh186
Sual № 838
Fəqərəarası disk yırtığı zamanı baldırın ön-yan səthində ağrı və keyləşmə, pəncənin və baş barmağı açan əzələnin parezi müşahidə olunursa, hansı nahiyədə patoloji prosesdən şübhələnmək olar?
R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh186
Sual № 839
Fəqərəarası disk yırtığı zamanı baldırın bayır səthində ağrı və keyləşmə, pəncənin bükən əzələdə parez, aşil refleksinin çağrılmaması müşahidə olunursa, hansı nahiyədə patoloji prosesdən şübhələnmək olar?
R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh186
Sual № 840
L3-L4 fəqərəarası diskin yırtığı zamanı aşağıda sadalanan hansı əlamətlər müşahidə edilə bilər?
R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh186
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Həkim
Yardimci
+994702144544

İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?