Yoluxucu xəstəliklər

1.352 elementdən 1.301-1.320 arası göstərilir.

Sual № 1301

Salmanellyozun qastrointestinal forması üçün hansı klinik simptomlar xarakterikdir?

  Ədəbiyyat: N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. ; Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. М. : ГЭОТАР – Медиа, 2009. - 1056 с.

Sual № 1302

Qarın yatalağı zamanı ilkin səpgilərin əmələgəlmə müddətini göstərin:

  Ədəbiyyat: N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. ; Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное руководство. М. : ГЭОТАР – Медиа, 2009. - 1056 с.

Sual № 1303

Qəbula gələn dörd yaşlı qızda üç gündür ki, hərarət, qarında ağrı və qanlı ishal baş verir. Atası qeyd edir ki, o, simptomları başlamazdan bir neçə gün əvvəl donuz sosiskaları yeyib və bunun qastroenteritə səbəb olduğunu düşünür: Onda aşağıdakılar müşahidə olunur: Temperatur 38.3°C, Ürək ritmi 100 vurğu/dəq, Arterial təzyiq 106/65 mm c.st., Tənəffüs hərəkətlərinin sayı 18 nəfəsalma/dəqiqə. Onda yüngül generalizə olunmuş abdominal ağrı var, lakin əzələ defansı yoxdur. Siz rutin qan, hemokultura və nəcis kulturalarını laboratoriyaya göndərirsiniz. Mikrobiologiya laboratoriyası daha sonra sizlə əlaqə saxlayaraq qeyd edir ki, nəcis kulturası Yersinia enterocolitica yetişdirmişdir.Bu xəstədə Yersinia infeksiyasının aşağıdakı növlərindən hansı var?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1304

Aşağıdakılardan hansı xəstənin yersinioz infeksiyası qazanmaq riskini daha çox artırır?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1305

21 yaşlı qadın üç günlük qızdırma və baş ağrısı şikayəti ilə həkimə müraciət edir. O baş agrısını göz almacıqlarının hərəkəti ilə olan pis retro- orbital ağrı olaraq təsvir edir. O yenicə Maliyə səyahətdən qayıdıb. Müayinə zamanı onun qızdırmalı və ümumi hiperemiya və bütün bədəni boyunca qızılcanı xatırladan səpgilər ilə susuzlamış halda olduğu izlənilib. Onun qan analizlərində zəif trombositopeniya və neytropeniya aşkarlanıb. Bunlardan hansı diaqnoza daha çox uyğun gəlir?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1306

Bunlardan hansı Tsutsuqamuşi yatalağı diaqnozunu təsdiqləmək üçün daha çox istifadə olunur?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1307

Siz həyat yoldaşına yeni xroniki hepatit C diaqnozu müəyyən edilmiş 38 yaşlı qadının analiz nəticələri ilə tanış olursunuz. Nəticələr onu göstərir ki, onda anti-HCV anticisimləri vardır və HCV RNT mənfidir.Aşağıdakı mülahizələrdən hansı doğrudur?

  Ədəbiyyat: BMJ 2019.
C virus hepatitinin son diaqnozu yalnız qanda törədicinin RNT-si aşkar olunduqdan sonra qoyula bilər

Sual № 1308

Hepatit C-nin müalicəsi haqqında aşağıdakı mülahizələrdən hansı doğrudur?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1309

54 yaşlı kişi qızdırma və ümumi əzginlik şikayətləri ilə müraciət edir. Xəstə həmçinin bir tərəfdə gözün qaşınması və qızartısından və qulağına yaxın şişdən şikayətlənir. Onun keçmiş anamnezində hər hansı ciddi xəstəliyi yoxdur. Sosial anamnezi alınarkən, müntəzəm olaraq yaxınlıqdakı meşədə dovşan ovuna çıxdığını və ovladığı dovşanları özünün soyduğunu bildirir. Onun heç bir ev heyvanı yoxdur, evində heyvan saxlayan heç bir dostugilə qonaq getmədiyini bildirir və yaxın vaxtlarda heç bir heyvan və ya həşərat tərəfindən dişlənmədiyini və cırmaqlanmadığını qeyd edir. Müayinə zamanı, onda şişkin konyunktivit ilə müşayiət olunan sol gözün iltihablanması müşahidə olunur. Onda həmçinin palpasiya olunan, qeyri-sabit, qulaqönü limfa düyünü də vardır.Aşağıda qeyd olunanlar hansı diaqnozu ən çox ehtimal etməyə əsas verir?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1310

Hamiləliyinin üçüncü trimestrində olan 25 yaşlı qadın qızdırma, başağrı və mialgiya şikayətləri ilə sizə müraciət edir. Onun keçmiş anamnezində hər hansı ciddi xəstəliyi yoxdur. Qadın evində üç pişik saxlayır. Anamnez zamanı, onda nitqin dolaşmasını müəyyən edirsiniz. Müayinələr zamanı xəstədə generalizə olunmuş limfadenopatiya və sağ gözdə görmə itiliyinin azalması müşahidə olunur.Aşağıdakılardan hansı ən çox ehtimal olunan diaqnozdur?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1311

Ehtimal edilən xəstəlik hadisəsinə görə empirik müalicənin qəbulundan sonra sağalma mərhələsində olan xəstədə tulyaremiya hadisəsinin təsdiqlənməsi üçün aşağıdakı testlərdən hansı daha çox istifadə olunur?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1312

26 yaşlı kişi 24 yaşlı həyat yoldaşı ilə Şri-Lankaya turist səyahətinə getməyi planlaşdırır. Onlar ucqar ərazidə iki həftə vaxt keçirməyi planlaşdırırlar. Onlar səyahətçilərdə ishal xəstəliyinin inkişaf edə bilməsinə görə narahatdırlar, çünki onların üç dostu həmin ərazidən təzəlikcə qayıtmışdır və onlardan ikisində ishal qeyd edilmişdir.Siz onlarda ishal əmələ gələ biləcəyi halda antibiotiklər ilə empirik özünüterapiya qəbul etməyi onlara məsləhət görməyi qərara alırsınız. Aşağıdakı antibiotiklərdən hansı birini təyin etməlisiniz?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1313

Böyük bir şirkətin 50 yaşlı icraçı direktoru Uzaq Şərqdə yeddi günlük səyahətdədir. Bu gün onun səyahətinin ikinci günüdür və qızdırma və qarın nahiyəsində ağrı ilə müşayiət olunan altı ishal epizodu qeyd edilir. Siz bu insana ən effektiv olan nəyi məsləhət görməlisiniz?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1314

1-ci növ herpes simpleks virusu infeksiyası barədə aşağıdakılardan hansı düzgündür?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1315

Residivverən ağız boşluğudaxili 1-ci növ herpes simpleks virus infeksiyası barədə aşağıdakılardan hansı düzgündür?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1316

40 yaşlı kişinin dilində xroniki yara vardır. Müayinə zamanı kənarları nahamar və ətrafdan hündürə yüksəlmiş lövhəvari sahə aşkar edilir. Ehtimal olunan diaqnoz nədir?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1317

İİV serokonversiyası olan xəstələrdə, adətən, aşağıdakı səpkilərdən hansı müşahidə olunur?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1318

Aşağıdakılardan hansı vərəm üçün ən güclü risk amilidir?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1319

Kontagioz molyusk barədə aşağıdakı ifadələrdən hansı düzgündür?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1320

Birincili İİV infeksiyası haqqında aşağıdakı ifadələrin hansı düzgündür?

  Ədəbiyyat: BMJ 2019.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×