Yoluxucu xəstəliklər

1.352 elementdən 1.321-1.340 arası göstərilir.

Sual № 1321

İİV infeksiyalı xəstə ayağının baş barmağında güclü ağrıdan şikayət edir. O, vərəmdən müalicə olunur. Aşağıdakı dərmanlardan hansı onun simptomlarına səbəb olmuşdur?

  Ədəbiyyat: BMJ 2019.Kəskin ishal: qiymətləndirilməsi və idarə olunmasına dair təlimat

Sual № 1322

21 yaşlı adam iki gün davam edən kəskin ishal və qusma şikayəti ilə təcili yardım şöbəsinə müraciət edir. Onun başı gicəllənir, zəiflik hiss edir və son 24 saat ərzində sidiyə çıxmamışdır. Onun temperaturu 37.5ºC -dir və qarın boşluğu cüzi həssasdır. Onu necə sağaltmaq lazımdır?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1323

Bir həftəsonu ərzində eyni ibtidai məktəbdən kəskin qarın ağrısı və qanlı ishal şikayəti ilə üç uşaq qəbul edilmişdir. Başqa uşaqlarda heç bir simptom yoxdur. Qan yaxması hemolizi aşkar edib. Sidik test-çubuğu proteinuriya və hematuriya aşkar edib. Siz düşünürsünüz ki, uşaqlarda hemolitik uremik sindrom var. Növbəti fikirlərdən hansı doğrudur?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1324

Pakistan səfərindən yenicə qayıtmış, ishal müşahidə edilən 24 yaşlı qadını qəbul edirsiniz. Təxminən iki həftə əvvəl Pakistanda olduğu zaman o, hərarət, başağrı və əzginlik hiss edərək özünü pis hiss etməyə başlayıb. İndi onun 38ºC hərarəti var, qarında uzun sürən ağrı olur və son günlər defekasiya zamanı duru nəcis müşahidə edir. Müayinə zamanı məlum oldu ki, sakit vəziyyətdə dəqiqədə 120 ürək döyüntüsü ilə taxikardiyası var və uzunsürən abdominal ağrılar səbəbindən xəstə görünür. Ən ehtimal edilən diaqnoz hansıdır?

  Ədəbiyyat: BMJ 2019.Böyüklərdə virus meningiti - praktiki yanaşma

Sual № 1325

Aşağıda göstərilənlərdən hansı onurğa- beyin mayesində, adətən, neytrofillərin üstünlüyünə səbəb olur?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1326

Meningizm simptomları ilə təzahür olunan 39 yaşlı qadından əldə edilən bel punksiyasının nəticələrini nəzərdən keçirirsiniz. Xəstənin müşahidə və müayinə nəticələri norma daxilindədir. Onun Qlazqo-Koma Şkalası göstəricisi 15/15 təşkil edir. Onun qan testləri normaldır. Onurğa-beyin mayesi nəticələri aşağıdakı kimidir: Leykositlərin sayı: 150 hüceyrə/mm3, 98% limfositlər Qan: Onurğa-beyin mayesi qlükoza nisbəti: Normal Zülal: 0.5 q/dl Siz bu zaman nə etməlisiniz?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1327

35 yaşlı kişi aseptik meningitə malikdir və onun OBM-də bütün adi PZR testlərinin nəticəsi mənfidir (SHV-1, SHV-2, suçiçəyi virusu və enterovirus) Siz bu zaman nə etməlisiniz?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1328

Limfositar OBM, Qlazqo-Koma Şkalası göstəricisi 13 olan və anamnezində son vaxtlarda davranışında dəyişikliklər olan xəstə üçün hansı müalicə növünü tətbiq etməlisiniz?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1329

Aşağıda göstərilənlərdən hansı virus meningitinin yayılmış ağırlaşmasıdır? Xüsusilə SHV-2, lakin, həmçinin, digər virusların da meningitin təkrarlanan epizodlarını törətdiyi qeyd edilmişdir (Mollaret meningiti) . Baxmayaraq ki, virus meningiti, adətən, yüngül formalı, özbaşına sağalan xəstəlik kimi nəzərdə tutulur, virus meningitinin nəticəsi kimi əhəmiyyətli ağırlaşmaların baş verəcəyinə dair məlumatlar artmaqdadır. [ref-id = Schmidt type = reference ] [ref-id = Schmidt2 type = reference ] [ref-id = Sittinger type = reference ]Tədqiqatlarda şüurun müxtəlif təbəqələrində dəyişikliklərin olduğu qeyd edilmişdir; misal olaraq, yaddaş və diqqət.

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1330

Hemaqqlutinin qlikoproteinləri (H) və neyraminidaza fermentləri (N) qrip virusunun səthində aşkar edilir. Bunlara əsasən, aşağıdakılardan hansı doğrudur?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1331

2009-2010-cu illərin pandemik qripinə istinad edərək, aşağıdakı xəstə qruplarından hansı daha az dərəcədə yoluxmaya məruz qalmışdır?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1332

Aşağıda təqdim olunan ssenarilərin hansında xəstə pandemiya zamanı qripə şübhəli hesab edilə bilər?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1333

62 yaşlı fermer sizə hərarət, ürəkbulanma və qusma ilə müraciət edir. Həmçinin, boğaz ağrısı və quru öskürək müşahidə olunur, lakin burun tutulması və ya zökəm əlamətləri yoxdur. Qarayaranın ağciyər formasından şübhələnirsiniz.Törədicinin aşkar edilməsi üçün aşağıdakılardan hansı ən məqsədəuyğun müayinə üsuludur?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1334

Anamnezində II tip şəkərli diabet və hipertoniya olan 54 yaşlı baytar getdikcə böyüyən qaşınan papula şikayəti ilə sizə müraciət edir. Yarada ağrı yoxdur, lakin mərkəzində quru qaysaq əmələ gəlməkdədir. Yenicə döş qəfəsi infeksiyası keçirmiş və peroral antibiotiklərlə müalicə olunmuşdur. Siz qarayaranın ağciyər formasından şübhələnirsiniz. Anamnez məlumatlarına əsasən, aşağıdakılardan hansı qarayaranın inkişafı üçün ən yüksək risk törədən amili təşkil edir?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1335

Bronxial astması və bağırsağın qıcıqlanma sindromu (BQS) olan 28 yaşlı kişidə yeni başlanan ürəkbulanma, qusma, hərarət və qarın ağrısı ilə sizə müraciət edir. Bu əlamətlər xəstənin adətən müşahidə etdiyi BQS əlamətlərindən xeyli intensivdir. Xəstə ailəsi ilə birlikdə çiy mal əti yemişdir və ailənin digər üzvləri də xəstədir. Hemokultura üçün material götürülür və Bacillus anthracis təsdiq olunur. Xəstəyə qarayaranın mədə-bağırsaq formasının olduğu haqda məlumat verdikdə, o uşaq vaxtı anasında qarayara diaqnozu qoyulmuş qara dəri zədəsinin olduğunu xatırladığını bildirir. Aşağıdakılardan hansı xəstədə qarayaranın inkişaf etməsi üzrə ən əhəmiyyətli risk faktorudur?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1336

Aşağıdakılardan hansında xəstənin qarayaraya yoluxma riski daha yüksəkdir?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1337

Aşağıda qeyd olunanlardan hansı uşaqlarda botulizmin ən geniş yayılmış erkən əlamətidir?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1338

Botulizm inkişaf etdikcə,aşağıda qeyd olunmuşlardan hansı hərəkətliliyin itirilməsinin xarakteristik nümunəsini daha yaxşı təsvir edir?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1339

Aşağıda qeyd olunan ərzaq məhsullarından hansı böyüklərdə qida mənşəli botulizmin ən çox ehtimal olunan səbəbidir?

  Ədəbiyyat: BMJ 2019.

Sual № 1340

Aşağıda qeyd olunan pasiyent qruplarından hansı yara botulizmi ilə yoluxmaya daha çox məruz qala bilər?

  Ədəbiyyat: BMJ 2019.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×