Yoluxucu xəstəliklər
1.352 elementdən 1.341-1.352 arası göstərilir.
Sual № 1341
45 yaşlı kişi iki günlük qızdırma, titrətmə və tərləmə, başağrısı və əzələ ağrısı tarixçəsi ilə qəbulunuza gətirilir. O, təzəlikcə öz ailəsinə ucqar Racastan, Hindistanda baş çəkmişdir və bir həftə əvvəl geri qayıtmışdır. O, həkiminin məsləhəti ilə malyariya profilaktikası keçmişdir, lakin təkrarən ağcaqanad dişləməsinə məruz qalmışdır. Onun ailəsinin kiçik bir keçi sürüsü var və o, orada qaldığı müddətdə üzərindən bir neçə gənə təmizləməli olmuşdur. Siz nəticə çıxarırsınız ki, diaqnoz bu mərhələdə lokal respirator infeksiyadır, lakin səyahət tarixçəsi onu bildirir ki, siz digər nadir ehtimalları da nəzərə almalısınız. Aşağıda verilmiş nadir ehtimallardan, verilmiş diaqnozlara əsasən hansı biri birinci inkar edilmək üçün ən vacibidir?
Ədəbiyyat: BMJ 2019.
Sual № 1342
Verilənlərdən hansı Krım-Konqo hemorragik qızdırmasının (KKHQ) yayılmasının ən çox rast gəlmə səbəbidir?
Ədəbiyyat: BMJ 2019.
Sual № 1343
KKHQ olan pasiyenti müalicə edərkən aşağıdakılardan hansı tibb işçisinin yoluxması riskini azaldır?
Ədəbiyyat: BMJ 2019.
Sual № 1344
30 yaşlı kişi beş gündür ki qızdırma, başağrı və əzələ ağrısından əziyyət çəkir. Bu gün o aşkar etdi ki, bir gözünün sklerası qızarıb. O, yenicə Pakistandan ailəsinə baş çəkməkdən və Qurban bayramını qeyd etməkdən qayıdıb. Orada olduğu müddətdə onun ailəsi,qurban bayramında kəsmək üçün keçi alır. Siz, xəstəliyə nəzarət üzrə milli mərkəz ilə Krım-Konqo hemorragik qızdırmanın təyini üzrə məsləhət almaq üçün əlaqə saxlayırsınız. Onlar bildirir ki, əks transkripsiyalı polimeraz zəncirvari reaksiyası (ƏT-PZR) və antigen analizi ELISA hazırda mümkün deyil. Verilmiş analizlərdən hansılarının verilməsi məsləhət görüilə bilər?
Ədəbiyyat: BMJ 2019.
Sual № 1345
45 yaşlı kişi peroral antibiotiklər qəbul etməsinə baxmayaraq, dörd gündür ayağında yuxarı doğru yayılan pannikulitdən əziyyət çəkdiyini bildirir. O, venadaxili antibiotiklər verilmək üçün xəstəxanaya qəbul edilir, lakin burun/qoltuqaltı/qasıq nayihəsindən götürülən yaxma kulturaları MRSA üçün müsbət nəticə verir. Xəstəyə nəzarət edən zaman hansı minimal Fərdi Mühafizə Geyimlərini geyinməlisiniz? (aşağıdakılardan birini seçin)
Ədəbiyyat: BMJ 2019.
Sual № 1346
58 yaşlı kişi xəstəxanaya qəbul edilir. Onda qripin fəsadlaşması nəticəsində pnevmoniyanın inkişaf etməsi şübhəsi vardır. Anamnezində xroniki, obstruktiv ağciyər xəstəliyi vardır, lakin bu il ona illik qrip peyvəndi vurulmayıb. Xəstəyə qulluq edən zaman minimum hansı fərdi mühafizə geyimlərini geyinməlisiniz?
Ədəbiyyat: BMJ 2019.
Sual № 1347
36 yaşlı süd vəzisi xərçəngi olan xəstə metastaza görə kəskin bel ağrısından şikayət edərək xəstəxanaya qəbul edilib. Qan analizi onda ağır neytropeniyanın olmasını göstərir. Bu xəstənin müalicəsi üçün, xəstəxananın hansı hissəsi ideal sayılır? (aşağıdakılardan birini seçin)
Ədəbiyyat: BMJ 2019.
Sual № 1348
Kliniki şöbədə əllərinizin sabun və su ilə yuyulması üçün tövsiyə edilən minimum müddət nə qədərdir? (aşağıdakılardan birini seçin)
Ədəbiyyat: BMJ 2019.
Sual № 1349
25 yaşlı qadın təngnəfəslik, hərarət və mialgiyadan şikayət edir. Onun simtomları Şərgi Çindən evə qayıtdıqdan sonra başlamışdır. Şərqi Çində o toyuq fermasında işləyirdi. Toyuqların bir çoxu naməlum xəstəliyə tutulduğuna görə məhv edilmişdir. Onunla səyahət edən və fermada bir yerdə işləyən dostunda oxşar simptomlar təzahür etmiş və onun da vəziyyəti pisləşmişdir. Onun keçmiş xəstəlik tarixçəsində hər hansı əhəmiyyətli bir xəstəlik yoxdur. O xəstəxanaya qəbul edilir və onun vəziyyəti kəskin respirator distress sindroma(RDS) keçərək pisləşir. Bakteria artımının müəyyən olunmasına dair qan və bəlğəm kulturası mənfidir. Ən çox ehtimal olunan diaqnoz hansıdır?
Ədəbiyyat: BMJ 2019.
Sual № 1350
82 yaşlı kişi hərarət, əzginlik və yorğunluq əlamətləri ilə xəstəxanaya müraciət edir. Onun həmçinin yaşıl/qəhvəyi bəlğəmlə müşayiət olunan öskürəyi var. O bu yaxınlarda xaricə getmədiyini bildirir. Müayinə zamanı onun tənəffüs hərəkətlərinin sayı dəqiqədə 22 təşkil edir və onun sol tərəfdə xırıltısı var. Aşağıdakılardan hansı ən çox ehtimal olunan diaqnozdur?
Ədəbiyyat: BMJ 2019.
Sual № 1351
30 yaşlı qadın 2 günlük hərarət, öskürək, başağrısı və ümumi zəiflik anamnezi ilə xəstəxanaya müraciət edir. O, son zamanlarda bir neçə virus xəstəliyinə tutulduğunu deyir , lakin onların bu dərəcədə şiddətli olmadığını da bildirir. Onun keçmiş xəstəlik tarixçəsində hər hansı əhəmiyyətli xəstəlik olmamışdır. O, ofisdə oxşar simptomları olan və özlərini yaxşı hiss etməyən bir neçə nəfərin olduğunu deyir. Müayinə zamanı onda heç nə aşkar edilmir. Aşağıda qeyd olunanlardan hansı ən çox ehtimal olunan diaqnozdur?
Ədəbiyyat: BMJ 2019.
Sual № 1352
69 yaşlı tibb bacısı iki gün davam edən hərarət, başağrısı, öskürək və mialgiya anamnezi ilə sizə müraciət edir. Onun keçmiş xəstəlik tarixçəsində depressiya, hipotireoz və qastro-ezofaqal reflyuks xəstəliyi var. İki həftə bundan öncə ona qrip vaksini vurulmuşdur. Müayinə zamanı onda heç bir şey tapılmamışdır. Bu yaxınlarda siz bir neçə mövsümi qrip xəstəliyi diaqnozunu qoymusunuz və bu halda da siz eyni diaqnozdan şübhələnirsiniz. Xəstəlik tarixçəsindəki aşağıdakılardan hansı xəstə üçün mövsümi qripə yoluxma nöqteyi nəzərdən ən böyük risk faktorudur?
Ədəbiyyat: BMJ 2019.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?