Patoloji anatomiya
1.126 elementdən 721-740 arası göstərilir.
Sual № 721
Keçirilmiş və ya pozulmuş hamiləliklərdən hətta bir neçə həftə sonra uşaqlıqdan götürülmüş qaşıntı materialında aşkar olunan bu morfoloji dəyişikliklərdən 4-ü həm uşaqlıq, həm də uşaqlıqdan kənar hamiləliyi, biri isə yalnız uşaqlıq hamiləliyini sübut edir. O, hansıdır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 722
Süd vəzlərində döş giləsinin və areolanın xərçəngi necə adlanır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 723
Hamiləlik toksikozu başqa adla necə adlandırılır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 724
Aşağıdakı hansı dəyişiklik süd vəzlərinin Pecet xəstəliyi üçün xarakter xüsusiyyət hesab edilir?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 725
Uşaqlığın selikli qişa fraqmentləri dəqiq hüdudlara malik, kiçik ölçülü yuvacıqlar və ya adacıqlar şəklində miometriumun dərin qatlarında da görünür. Bu hansı patologiyadır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 726
Natamam abort zamanı qopmamış və uşaqlıqda qalmış xorion xovları tədricən büzüşərək nekrobiotik vəziyyətə keçir, hialinozlaşır və nəhayət əhəngləşir. Əmələ gəlmiş və adətən uşaqlıq qanaxmaları ilə müşaiyət olunan bu kütlə necə adlanır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 727
Orta yaşlı qadında doğuşdan sonra uşaqlıq qanaxmaları baş verir. Müayinə zamanı uşaqlığın mənfəzində çoxlu miqdarda qovuqlar şəklində üzüm salxımına bənzər kütlələr görünür. Mikroskopik müayinədə bu qovuqların mənfəzində seliyəbənzər şəffaf maye görünür, divarları daxildən proliferasiya etmiş trofoblast hüceyrələrlə (xorion xovları ilə) örtülü olur. Bu, hansı patologiyadır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 728
Aşağıdakı hansı patoloji proses beçəxorun formalarına aiddir?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 729
Beçəxor latınca necə adlanır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 730
Uşaqlığın selikli qişasından götürülmüş sıyrıntı materiallarında hamiləlik üçün xarakter olan desidual toxuma aşkar edilir. Bu, hansı hamiləliyi göstərir?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 731
Eklampsiyanın patomorfologiyası əsas etibarilə nədən ibarətdir?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 732
Orqanizmdə infeksiyanın giriş qapısı hara ola bilər?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 733
Göstərilən hansı patologiya İİV-infeksiya xəstəliyinin (QİÇS) mərhələlərindən biridir?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 734
Mikrobların orqanizmə patogen təsir mexanizmi hansıdır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 735
Qrip xəstəliyinin ilk dövrlərindən etibarən yuxarı tənəffüs yollarının selikli qişa epitellərində 2 növ spesifik sitoplazmatik yığıntılar əmələ gəlir. Onlar hansılardır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 736
Uşaqda qızılca xəstəliyi başlanır. Yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində ağımtıl rəngdə ləkələr əmələ gəlmişdir. Bu ləkənin adı nədir?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 737
İİV-infeksiya (QİÇS) zamanı ilkin xarakter patogenetik əlamət kimi immun sistemin əsasən hansı komponenti zədələnir və sıradan çıxır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 738
Qripin orta forması zamanı proses harada lokalizə olunur?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 739
Opportunist infeksiya nəyə deyilir?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Sual № 740
Qripin ağ ciyər ağırlaşmaları ilə gedən ağır forması zamanı ağ ciyər xarici görünüşünə görə necə adlanır?
Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?