Anesteziologiya-reanimatologiya

1.302 elementdən 501-520 arası göstərilir.

Sual № 501

Mədə-bağırsaq qanaxmaları ilə əlaqədar təcili göstərişlərlə əməliyyatlar aparılan xəstələrdə anesteziyaya induksiya üçün hansı anestetikdən istifadə etmək məqsədəuyğundur?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 502

Boğulmuş yırtıqlarla əlaqədar aparılan əməliyyatlarda ümumi anesteziya başlayanda miorelaksantların yeridilməsi nəticəsində hansı xarakterik ağırlaşmanın baş verməsi gözlənilir?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 503

Destruktiv xolesistitlə əlaqədar aparılan təxirəsalınmaz müdaxilələrdən əvvəl əməliyyatönü hazırlıq neçə saat ərzində aparılır?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 504

Mexaniki sarılıq və kəskin xolesistitlə xəstənin əməliyyatönü hazırlığı hansı növ preparatların daxil edilməsi patogenetik nöqtəyi-nəzərdən əsassızdır?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 505

Kəskin bağırsaq keçməməzliyində sutka ərzində itirilmiş zülülların miqdarı nə qədər olur?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 506

Kəskin bağırsaq keçməməzliyində su-elektrolit balansının hansı formalı pozğunluğu müşahidə olunur?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 507

Hansı travmatoloji əməliyyatlarda regionar anesteziya metodlarının tətbiqi göstərişdir?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 508

Fəqərə sütununda travma yaxud xəstəliklərlərlə əlaqədar aparılan əməliyyatlarda hansı anesteziya metodunun istifadəsi göstərişdir?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 509

Odlu silah yaralanması zamanı aşağı ətrafların çoxsaylı sınıqları alan xəstələrin təxminən neçə faizində travmatik şok müşahidə olunur?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 510

Bud-çanaq, diz oynaqları və bud sümüyündə aparılan rekonstruktiv-bərpa əməliyyatları zamanı hansı anesteziya metodu göstərişdir?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 511

Bud-çanaq oynağı və bud sümüyündə ortopedik əməliyyatlarda aşağı ətrafların dərin venalarının trombozu inkişaf edən xəstələrin neçə faizində ağciyər arteriyası tromboemboliyasının kliniki əlamətləri müşahidə olunur?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 512

Aşağıda qeyd olunan veziyyətlərdən hansı bud-çanaq oynağı və bud sümüyündə ortopedik əməliyyatlar aparılan xəstələr üçün xarakterik deyildir?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 513

Uroloji əməliyyatlar zamanı xəstə əməliyyat stolunda litotomik yaxud lateral “böyrək” vəziyyətində olanda orqanizmdə hansı dəyişiklik baş vermir?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 514

Operativ sistoskopiya zamanı adətən hansı anesteziya metodunun istifadəsi məqsədəuyğun sayılmır?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 515

Aşağıda qeyd olunmuş fəsadlardan hansı prostat vəzinin hiperplaziyası ilə əlaqədar transuretral rezeksiya əməliyyatı aparılan xəstələrdə tez-tez rast gəlinən fəsadlardan deyildir?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 516

TUR-sindromunun xarakterik əlamətlərinə daxil deyildir?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 517

Hiponatriyemik hiperhidratasiya, qıcolmalar və koma ilə müşayiət olunan TUR-sindromun etiopatogenetik müalicəsi üçün istifadə olunmur?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 518

Aşağıda qeyd olunmuş effektlərdən hansı onkoloji xəstəliklərdə əməliyyatönü dövrdə aparılmış kimyəvi terapiyanın əlavə təsirlərinə aid deyildir?

  Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Sual № 519

Kəskin böyrək çatışmamazlığının oliqoanurik mərhələsi olan xəstələrə penisillin qrupunun kalium duzlu antibiotikləri nə üçün əks-göstərişdir?

  Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.

Sual № 520

Aşağıda qeyd olunanlardan hansı böyrəyin böyük şişləri ilə əlaqədar aparılan əməliyyatlar zamanı baş verə bilən xarakterik ağırlaşmalara aid deyildir?

  Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×