Anesteziologiya-reanimatologiya
1.302 elementdən 821-840 arası göstərilir.
Sual № 821
Miokard infarktı nəticəsində, kəskin ürək çatışmazlığı olan xəstə ilə intensiv iş prosesi zamanı, vena daxilinə strofantin yeridilməsinə başlanır ki, bu da hər saatda təkrarlanır. Strofantinin hər yeridilən dozası, əvvəlki dozadan necə fərqlənməlidir?
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-наДону, «Феникс». 2006.
Sual № 822
Xəstədə kəskin sol mədəcik çatışmazlığı nəticəsində ağ ciyər ödemi baş verib. Bu halda oksigenoterapiya ilə yanaşı hansı inhalyasiya aparmaq daha məqsədəuyğundur?
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
Sual № 823
Xəstədə kollaps fonunda A/T-in sistolik göstəricisi 60 mm c. süt-na qədər enib. Bununla əlaqədar hansı preparatın tətbiqi məsləhətdir?
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Sual № 824
Ağ ciyər ödemi zamanı müalicə kompleksinə sidik qovucuların istifadəsi daxildir. Bu məqsədlə hansı preparata üstünlük verilir?
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
Sual № 825
Miokardın ocaqlı zədələnməsini hansı elektrokardioqrafik dişcik daha qabarıq əks edir?
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Sual № 826
Miokard infarktlı xəstələrdə kardiogen şokun profilaktikası məqsədi ilə tətbiq edilmir?
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Sual № 827
Kəskin miokard infarktı zamanı xəstəni ağrısızlaşdırma məqsədi ilə təcili yardım briqadası tərəfindən nəyin tətbiqi daha məqsədəuyğundur?
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Sual № 828
Xəstədə ürəyin çəpər nahiyəsinin miokard infarktının 4-cü günündə qəflətən qısa müddətli huşun itməsindən sonra nəbzin bir dəqiqədə 42 qədər seyrəlməsi, A/T – 80/40 mm c.süt-na düşməsi, huşun alaqaranlaşması inkişaf etmişdir. Göstərilən hansı tədbirin aparılması düzdür?
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Sual № 829
60 yaşında kişidə hipertonik kriz zamanı ağ ciyər ödemi baş vermişdir. A/T – 240/150 mm c. süt. bərabərdir. Təzyiqi salmaq məqsədi ilə hansı preparat tətbiq edilmir?
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Sual № 830
EKQ-də miokard infarktına xas olan dəyişikliklər II; III; aVF; V5-V6 – aparmalapda aşkar edilmişdir. Miokard infarktın lokalizasiyasını göstərin?
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Sual № 831
Hansı halda sağ ürəyin yüklənməsi baş vermir?
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
Sual № 832
Kəskin miokard infarktı zamanı mədəciklərin residivləşən fibrilyasiyası zamanı hansı üsula üstünlük verilir?
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
Sual № 833
Surətli doğuş zamanı qadında birdən-birə titrəmə, bədən temperaturunun 41°C-qalxması, AT-in katastrofik enməsi baş verib və tezliklə ağ ciyər ödeminin simptomları meydana çıxır. Bu hansı ağırlaşmanın inkişafı ilə əlaqəlidır?
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-наДону, «Феникс». 2006.
Sual № 834
Kəskin böyrək çatışmamazlığının neçə dövrü ayırd edilir?
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
Sual № 835
Kəskin böyrək çatışmazlığı zamanı qanda kreatininin səviyyəsi nə qədər olduqda hemodializə göstərişdir yaranır?
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
Sual № 836
Etioloji faktorlardan asılı olaraq kəskin böyrək çatışmazlığının necə forması müəyyən edilir?
Ədəbiyyat: Анестезиология и реаниматология. Под редакцией О.А. Долиной. М., «Медицина». 1998.
Sual № 837
Ekstrakorporal detoksikasiya hansıdır?
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
Sual № 838
İntrakorporal detoksikasiya yolları hansıdır?
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
Sual № 839
Transfuzioilogiyanın əsas funksiyası hansıdır?
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
Sual № 840
Kiçik molekullu toksinlər hansılardır (500 Da qədər)?
Ədəbiyyat: А.А. Рагимов; И.Н. Соловьева. Трансфузиологические методы гемокоррекции. Москва, 2005.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?