Ürək-damar cərrahiyyəsi
1.103 elementdən 1.101-1.103 arası göstərilir.
Sual № 1103
20 yaşlı xəstə baş ağrısı şikayəti ilə həkimə müraciət etmişdir. Müayinə zamanı xəstədə arterial təzyiq (AT) 180/100 mm. c. süt. olduğu müəyyən olunmuşdur. Xəstə əvvəllərdə onda periodik baş ağrıları və yüksək AT olmasını qeyd edir. Xəstənin bədən quruluşü normaldır, gövdənin yuxarı hissəsinin əzələləri yaxşı inkişaf etmişdir və gövdənin yuxarı hissəsində damarların güclü pulsasiyası nəzərə çarpır. Ürək nahiyyəsində və arxada kürək sümükləri arasında sitolik küy eşidilir. Xəstənin ayağında AT 105/60 mm. c. süt., nəbzi (Ps) 95/1 dəq. Qaraciyər və dalaq böyüməmişdir. Ayaqlarda ödem yoxdur. EKQ-də - sinus ritmi və sol mədəcik hipertrofiyası əlaməti qeyd olunur. Döş qəfəsi rentgenoqrammasında 3 və 4-cü qabırğaların aşağı kənarında uzurasiya (yeyilmə) görünür.Xəstədə daha çox ehtimal olunan diaqnoz nədir?
Ədəbiyyat: ATU-nun I dax. xəst. Kaf. Dos. İmaməliyev Q.M,16.01.2020------ Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010
Sual № 1104
20 yaşlı xəstə baş ağrısı şikayəti ilə həkimə müraciət etmişdir. Müayinə zamanı xəstədə arterial təzyiq (AT) 180/100 mm. c. süt. olduğu müəyyən olunmuşdur. Xəstə əvvəllərdə onda periodik baş ağrıları və yüksək AT olmasını qeyd edir. Xəstənin bədən quruluşü normaldır, gövdənin yuxarı hissəsinin əzələləri yaxşı inkişaf etmişdir və gövdənin yuxarı hissəsində damarların güclü pulsasiyası nəzərə çarpır. Ürək nahiyyəsində və arxada kürək sümükləri arasında sitolik küy eşidilir. Xəstənin ayağında AT 105/60 mm. c. süt., nəbzi (Ps) 95/1 dəq. Qaraciyər və dalaq böyüməmişdir. Ayaqlarda ödem yoxdur. EKQ-də - sinus ritmi və sol mədəcik hipertrofiyası əlaməti qeyd olunur. Döş qəfəsi rentgenoqrammasında 3 və 4-cü qabırğaların aşağı kənarında uzurasiya (yeyilmə) görünür.Bu xəstə üçün başlanğıc müalicə taktikasını qeyedin:
Ədəbiyyat: ATU-nun I dax. xəst. Kaf. Dos. İmaməliyev Q.M,16.01.2020------ Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010
Sual № 1105
45 yaşlı kişi xəstə həkimə azacıq fiziki gərginlik zamanı baş verən təngənəfəslik, aşağı ətraflarda ödem və sifətin azacıq şişkinliyi şikayətləri ilə müraciət etmişdir. 10 gün əvvəl xəstələndıyini qeyd edir. Xəstəliyinin yüksək qızdırma ilə başladığını, tədricən təngənəfəsliyinin və ayaqlarda ödemin artmasını qeyd edir. Antibiotiklə müalicədən sonra bədən temperaturu normallaşmış, amma təngənəfəsliyi və ayaqlarda ödemi artmışdır. Baxdıqda xəstədə aşağı ətraflarda ödem və assit görünür. Boyun venalarının pulsasiyası qeyd olunur. Ürəyin auskultasiyası zamanı I və II ton zəifləyib. Sidiyin analizində dəyişiklik görünmür. EKQ-də bütün dişciklərin amplitutası azalmışdır və elektrik alternasiyası (amplitutunun artıb azalması) görünür. Döş qəfəsi rentgenoqramında ürəyin kölgəliyi həm sağa, həm də sola böyümüşdür, ürəyin konturu hamarlaşmışdır.Bu xəstə üçün başlanğıc seçim müalicə hansılardır: (düzgün kombinasıyanı seçin)1. Qeyri-steroid iltihab əlehyinə dərman2. Antiaritmik dərman3. Antibiotik4. Diqoksin5. Antikaohulyant dərmanlar
Ədəbiyyat: ATU-nun I dax. xəst. Kaf. Dos. İmaməliyev Q.M,16.01.2020------ Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?