Allerqologiya

1.268 elementdən 841-860 arası göstərilir.

Sual № 841

Ağırlaşmamış fəsilli allergik rinit birindən başqa bütün klinik sindromlarla müşayiət olunur?

  Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.811-99

Sual № 842

34-yaşlı qadın, ağır ilboyu allergik rinit, bir neçə il ərzində ildə 10-15 gün ikincili rinosinusitlər olur. Qadında ev tozuna, Cladosporium, çəmən otların və ambroziyanın tozcuquna qarşı müsbət dəri slnaqları aşkar edilıb. Müxtəlif dərman preparatları yalnız qismən effekt göstərib. Xəstəyə ən uyğun terapevtik tədbiri seçin.

  Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva,1996 s.811-99

Sual № 843

10-yaşlı qızda qonşularında olan pişiklə təmasdan sonra rinoreya və burunda qaşınmalar epizodları olur. Xəstəyə ən uyğun terapevtik tədbiri seçin:

  Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.811-99

Sual № 844

İnsekt allergiyasını nəticələrdən ən yaxşı sübut edən hansıdır ?

  Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.459-2

Sual № 845

Allergik rinitin diaqnostikasında hansı test ən faydalıdır?

  Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.459-3

Sual № 846

Aşağıda saydıqlarımızdan hansı steroid hormonların fəsadı deyil?

  Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.459-3

Sual № 847

Atopik dermatitdə spesifik laborator diaqnostika üsulu hansıdır?

  Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. . Bakı 2010. Səh. 101-110.

Sual № 848

Atopik dermatitin müalicəsində son halda hansı preparat istifadə olunur?

  Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. . Bakı 2010. Səh. 101-110.

Sual № 849

Urtikar elementlərə hansı aid deyil?

  Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.459-6

Sual № 850

Övrə və angionevrotik ödemin müalicəsində hansı üsul istifadə olunmur?

  Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.460-7

Sual № 851

Atopik dermatitin kardinal simptomu hansıdır?

  Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. . Bakı 2010. Səh. 101-110.

Sual № 852

Aşağıdakı xəstəliklərdən hansında restriktiv növlü tənəffüs pozulması gözlənilir?

  Ədəbiyyat: Denklik test sınaqları N5. 2 mərhələ, 2010

Sual № 853

24-yaşlı xəstə sefaklor (sefalosporin qrupundan antibiotik) qəbul edir. 1 həftədən sonra xəstədə temperaturun yüksəlməsi, məxmərək və qızılcayabənzər səpgilər, hər iki diz oynaqlarında artralgiya, limfa düyünlərinin böyüməsi (generalizə olunmuş) qeyd olunur. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?

  Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004

Sual № 854

38 yaşlı müntəzəm şəkildə atenolol qəbul edən qadını arı sancıb. 5 dəqiqə ərzində anafilaksiya əlamətləri inkişaf edib. Klinikaya daxil olarkən xəstədə arterial hipotoniya, generalizə edilmiş övrə və stridor qeyd olunur. Xəstəyə adrenalin təyin edilib, amma arterial hipotoniya qalır. Xəstəyə ən uyğun preparat hansıdır?

  Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.805-67.

Sual № 855

56-yaşlı kişi allergik rinitə görə həkimə gəlib. Anamnezində yanaşı xəstəliklərdən prostat vəzinin xoşxassəli hiperplaziyası var. Ambarda çalışır, yük maşınlarına yükün daşınmasının operatorudur. Bu xəstənin müalicəsinə uyğun hansı preparatdır?

  Ədəbiyyat: “Аллергология” Г.Б.Федосеева 2010 CASE FILES: Family medicine third edition. Eugene C. Toy, JohnT.Patlan. Copyright © 2009. Case 6.3

Sual № 856

Xəstənin anamnezində bronxial astma var. Əvvəl aparılan ağciyərlərin funksional testləri mülayim dərəcəli obstruksiya aşkar edib. Xəstə inhalasion kortikosteroid və ehtiyac olanda qısa təsirli β2-aqonist qəbul edir; buna baxmayaraq, həftədə 3-4 dəfə gecələr öskürəkdən oyanır. Xəstə üçün ən yaxşı növbəti addım hansıdır?

  Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, JohnT.Patlan. Copyright © 2009. Case 35.1

Sual № 857

Piylənməsi olan 50-yaşlı bronxial astma xəstəsini ara-sıra dispepsiya və gecə öskürəyi narahat edir. Səhərlər ağzında turş hissi ilə oyanır. Müntəzəm qaydada inhalasion kortikosteroid və qısa təsirli β2-aqonist qəbul edir.Sizin ən düzgün nöbəti addımınız hansıdır?

  Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.4

Sual № 858

25-yaşlı oğlan streptokokk mənşəlli faringitə görə əzələ daxilinə penisillin alır. Oğlan temperaturun aşağı olması və boğaz ağrısına görə poliklinikaya müraciət edir. Sağlam görünür və başqa dərman qəbul etmir. 20 dəqiqə ərzində, üzün şişkinliyi və tənəffüs məhdudluğundan şikayət etməyə başladı. Xəstə boğulur və qorxan kimi görünür. Ürəyin vurğu sayı 130/dəq., AT 90/47mm c.s., tənəffüs səthidir, sayı 28/dəq. Üzü və dodaqları şişkin, gözlərini şişkinlikdən gücnən aça bilir. Auskultasiyada diffuz fitverici xırıltılar, çoxsaylı urtikar (övrə) qalxan zədələnmələr görünür. Təcili yardım çağırılır. İlk növbədə xəstəyə nə yeridilməlidir?

  Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48

Sual № 859

I tip hiperhəssaslıq reaksiyalarının kliniki əlamətlərinə hansılar aid deyil?

  Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48

Sual № 860

55-yaşlı mühasibatçı üzün və dilin şişkinliyindən şikayət edir. Yaxında yeni hamam sabunundan istifadə etməyə başlayıb. Yanaşı xəstəliklərdən osteoartrit və yüngül hipertoniyası var, ona görə asetaminofen (parasetamol) və kaptopril qəbul edir Şişkinliyin səbəbi nədir?

  Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.1
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×