Allerqologiya

1.268 elementdən 861-880 arası göstərilir.

Sual № 861

34-yaşlı kişi arı sancmasına görə ağır allergik reaksiya ilə reanimasiyaya gətirilib. Xəstəyə anafilaktik şokun alqoritminə uyğun ilk tibbi yardım göstərilib, amma oksigenin saturasiyası 80% qədər enib (norma 90%-dan yuxarı olmalı), və xəstə apnoe vəziyyətindədir. Bu durumda ən yaxşı növbəti addım hansıdır?

  Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.3

Sual № 862

57-yaşlı durğunluq ürək çatışmazlığı ilə xəstədə kardiastress test (tredmil) pozitiv nəticə vermiş, xəstəyə kardial kateterizasiya lazımdır. Xəstənin sözünə görə, anamnezində yoda qarşı allergiya var. Xəstə üçün ən yaxşı növbəti addım hansıdır?

  Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.4

Sual № 863

Aşağıdakı testlərdən hansı qırmızı qurd eşənəyi diaqnozunun qoyulmasında önəmli deyil?

  Ədəbiyyat: Denklig test sınaqları N6. 2 mərhələ, 2011

Sual № 864

55-yaşlı kişi, 30 il ərzində gündə 30 siqaret çəkir; qanhayxırmaya görə həkimə gəlib. Hər səhər 5-10 ml miqdarda bəlgəmlə öskürək olur. Fizikal və rentgenoloji müayinədə patologiya aşkar olunmadı. Xəstədə qanhayxırmanın ən ehtimal edilən səbəbi nədir?

  Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.796-17

Sual № 865

40-yaşlı özünü həmişə sağlam hiss edən qadında birdən birə döş qəfəsində ağrılar, qızdırma, və tənəffüsün qısalması əmələ gəlib. Qadın siqareti çox çəkir və heç bir dərman qəbul etmir, peroral kontraseptivlərdən başqa. Fizikal müayinədə taxipnoye və temperaturu 38,3ºC qeyd olunur; perkussiya, auskultasiya, və döş qəfəsi rentgenoqrafiyası heç bir patologiya aşkar etmir. Ən çox ehtimal edilən diaqnoz:

  Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.798-28

Sual № 866

25-yaşlı hər zaman sağlam olan qadını son həftə sarımtıl bəlgəmlə öskürək narahat edir. Qadında həmçinin burun axılntısı və boğaz ağrısı qeyd olunur. 2- yaşlı oğlu eyni simptomlarla xəstə idi. Xəstənin temperaturu normal; burun, boğaz, qulaq müayinəsi normal, ağcyərləri təmizdir. Xəstəyə uyğun hansı ifadə ən dəqiqdir?

  Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 19.1

Sual № 867

25-yaşlı qadının ayağında arı sancmasından sonra proqressivləşən qırmızı, isti sahə müşahidə olunur. Sancma kəskin və qısa müddətli olub, qadın arının iynəsini pinsetlə tam çıxarıb. Anamnezində sistem anafilaksiya olmayıb, allergiyası yox. Həkimə arı sancmasından 1 gün sonra gəlib-antihistamin qəbuluna və kortikosteroid kremin istifadəsinə baxmayaraq, zədələnən yer hələ böyüyür. Xəstəyə uyğun ən yaxşı müalicə hansıdır?

  Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 43.2

Sual № 868

İmmun sistemi təşkil edən toxuma və üzv strukturu aşağıdakılardan hansı deyil?

  Ədəbiyyat:

Sual № 869

Atopik dermatitli xəstələrdə quruluq olduqda hansı preparatlardan istifadə etmək lazımdır?

  Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. . Bakı 2010. Səh. 101- 110.

Sual № 870

A immunoqlobulini hansında iştirak edir?

  Ədəbiyyat:

Sual № 871

E immunoqlobulini hansında iştirak edir?

  Ədəbiyyat:

Sual № 872

Tam dəyərə malik allergen hansı deyil?

  Ədəbiyyat:

Sual № 873

Pollenlərə məruziyyəti azaltmaq üçün alınabiləcək tədbirlər:

  Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh.97

Sual № 874

Ev tozu gənələrini azaltmaq üçün tədbirlər.

  Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh.97

Sual № 875

BA müalicəsində hansı sıra preparatlar ilk yardım vasitələrinə aiddir?

  Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh.103

Sual № 876

Tosqun hüceyrələr tərəfindən azad olunan histamin, birindən başqa bütün əlamətləri əmələ gətirir:

  Ədəbiyyat: http://highered.mcgrawhill.com/sites/0072507470/student_view0/chapter22/animation ige_mediated type _1 hypersensitivity quiz_1_.html

Sual № 877

Spirometriyadan bronxial astma zamanı nə üçün istifadə edilir?

  Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh. 84

Sual № 878

Bronx təhrikedici testləri kimlərə tətbiq edilməlidir?

  Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh. 85

Sual № 879

Bronxial astmanın ağırlıq dərəcəsinin müəyyən edilməsində hansı xüsusiyyətlər nəzərə alınmır?

  Ədəbiyyat: Midletons Allergi, 2009, səh. 1351

Sual № 880

İltihab cavabı birindən başqa hamısına təkan verir:

  Ədəbiyyat: http://highered.mcgrawhill.com/sites/0072507470/student_view0/chapter22/animatio n ige_mediated type_1 hypersensitivity quiz_2_.html
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×