Rəylərimiz
Rəyləriniz bizlərə çox əhəmiyəlidir
Yaratdığınız şəraitə görə təşəkkür edirəm. İmtahana hazırlaşmağımda və yüksək bal toplamağımda çox köməkliyi oldu. Yolda, işdə pasientlər arası, evdə- hər yerdə 10 gün boyunca suallara baxdım, əzbərlədim. Təklifim- məsələləri bir qədər artırsanız, indi verilən məsələləri də olduğu şəkildə əlavə etsəniz əla olar Günay Rəhimova.
Salam nie 46 mesele var?oxudugum kitabda coxdu.
Sizə zəhmət burada olan cavablara baxardız 1382-sualdan 1282-sinin cavabı var 100 cavab yazılmayıb ., onu həll etmək olar ?
inşəAllah iyun ayının 4 imtahanımdı və hal hazırda bu praqramdan ustifadə edib oxuyuram.Allah heç kimin əziyyətini itirmesin.MƏSƏLƏLƏRDƏ VAR SUALLARDA.Yaxşı yassam geri dönüş ede bilsem bura yazacam. KAŞKİ VAXT 1 aylıq olmasa vaxtı uzadıb en azı 2 ay etsez lap yaxşı olar
2023 -cü ildən Ümimi cərrahiyyə üzrə test sualları 1404 olub. Burda isə 970 sual var. Yaxşı olardı ki, digər 434 test suallarını da əlavə edərdiniz. Və situasion məsələlər eyni ilə burda olanlar deyil. Dəyişikliklər var. Proqram hazırlaşmaq üçün çox rahatdı.
İmtahana ambulatoriya.az la hazırlaşdım. Cox kömək oldu mənə özumlə kitab dəftər daşımağa ehtiyac olmadı. Hər daim istədiyim an sual cavab yanımda oldu. İmtahanı uğurla verdim 60 dan 57 bal yığdım. Komandanıza minnətdaram. Hər kəsə tövsiyyə edirəm burdan istifadə etsin, digər ücüz proqramlara allanmasın.
17.04.2025 də imtahan verdim 52 bal terapiya
Stomatologiya da Test vesaitinde 1365 sual var, burda ise 1209.yaxsi olar ki, butun suallar bura daxil olsun ve kliniki meselerin de hamisi olsun.
Təşəkkür edirik bizi dushunduyunuz uchun.
Salam Təcili tibbi yardım məsələləri burada yoxdur?
salam. çox təşəkkür edirəm. Amma məsələlər də olsaydı daha yaxşı olardı.
Bəyəndim
5 il öncədə istifadə etmişdim,indidə edirəm.Hər şey əladı.Sadəcə yeni çıxan klinik məsələri verməyinizi istərdim
Bu gün 11.02 tarixində stomatologiya imtahanını yüksək balla verdim , əziyyəti keçən hər kəsə təşəkkürlər . xırda çatışmamazlıqlar var , onlar da zamanla düzələcək. klinik məsələlər əlavə olunsa olacaq - super . hər kəsə uğurlar .
Allah sizdən çox çox razı olsun bu cür şərait yaradirsiz ödənişli olsada işimizə çox yaridi, minnətdaram
Uğurlu keçdi imtahan. Çox təşəkkür edirəm. Çox sağolun köməyiniz böyük oldu❤️
Salam mən sizin səhifəynən hazırlaşdım imtahannan da müvəffəqiyyətlə keçdim indi kolleqalarım hazırlaşır.
Salam,Stomatologiya (Baza Ali ) ayri bolum kimi elave etseniz cox gozel olar.Minnetdaram her bir şey ucun
İmtahanı verdim bugün şükr kechdim. 2 həftədir saytdan istifadə edirəm. Online sınaqlar kömək oldu. Klinik məsələlər var ancaq az saydadır. İnşaallah daha da təkmilləşər .
Kliniki məsələlər azdır.mümkünsə sınaq imtahanında düşən, əlyazmalarla əldə olunan məsələləri də bura əlavə edin! Təşəkkür edirəm !
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

