1.050 elementdən 1.041-1.050 arası göstərilir.

Sual № 1568

Aşağıdakılardan hansı təbii makrolidlərə aiddir?

  - Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009

Sual № 1574

Aşağıdakı preparatlardan hansılar qlikopeptidlərə aiddir?

  - Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009

Sual № 1576

Aşağıdakılardan hansı vərəməleyhinə I sıra dərman vasitələrinə aid deyil?

  - Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009

Uşaqların müalicəsində istifadə olunan 1-ci sıra dərman vasitələrinin dozaları

Dərman vasitəsi Birdəfəlik doza Maksimal gündəlik doza
İzoniazid (H) 10 mq/kq (10-15 mq/kq) 300 mq
Rifampisin (R) 15 mq/kq (10-20 mq/kq)  600 mq
Pirazinamid (Z) 35 mq/kq (30-40 mq/kq)    
Etambutol (E)   20 mq/kq (15-25 mq/kq)    

Sual № 1586

Nə üçün yaşlı şəxslərə aminoqlizkozidlərin təyini arzuolunmazdır?

  - Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009 -:47:45

Sual № 1594

Aşağıdakılardan hansı oral yolla (per os) qəbul edilən dərmanın biomənimsənilməsinə təsir etmir?

  - Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi -:47:46

Sual № 1598

5 yaşlı uşaq sahə həkiminə son 24 saat ərzində sağ qulağında orta dərəcəli ağrı şikayəti ilə müraciət edib. Valideynlərin dediyinə görə qızdırması olmayıb, qulağından ifrazat gəlmir, eşitməsi pozulmayıb, aktivdir. Yaşına görə bütün peyvəndləri alıb, pnevmokok əleyhinə peyvənd daxil olmaqla. Anamnezdə qulaq travması və əməliyyat, həmçinin dərman allergiyası inkar olunur. Müayinə zamanı: uşağın vəziyyəti kafidir, uşaq aktivdir. Temperatur 37. 3°C, patoloji dəyişikliklər aşkarlanmamışdır. Otoskopiya zamanı sağ tərəfdə iltihablı, orta dərəcəli qabarıq timpanik membran qeydə alınmışdır. Məməyəbənzər çıxıntıda şişkinlik yoxdur. Sol qulağın otoskopiyası zamanı patologiya aşkar edilmir. Burun keçəcəyi sərbəstdir. Badamcıqlar böyüməyib, təmizdir. Limfa düyünləri böyüməyib. Digər orqanlar tərəfindən patoloji dəyişikliklər aşkarlanmamışdır. Bu xəstəlik zamanı həkimin taktikası necə olmalıdır?

  - Ədəbiyyat: N. A. Hacıyeva, A. İ. Həsənov “Uşaqlarda tənəffüs orqanlarının xəstəlikləri zamanı rasional antibiotikoterapiya”. Elm və təhsil” Bakı-2013

Sual № 1599

5 yaşlı uşaq sahə həkiminə son 24 saat ərzində sağ qulağda orta dərəcəli ağrı şikayəti ilə müraciət edib. Valideynlərin dediyinə görə qızdırması olmayıb, qulağından ifrazat gəlmir, eşitməsi pozulmayıb, aktivdir. Yaşına görə bütün peyvəndləri alıb, pnevmokok əleyhinə peyvənd daxil olmaqla. Anamnezdə otoloji travma və əməliyyat, həmçinin dərman allergiyası inkar olunur. Müayinə zamanı: uşağın vəziyyəti kafidir, uşaq aktivdir. Temperatur 37. 3°C, patoloji dəyişikliklər aşkarlanmamışdır. Otoskopiya zamanı sağ tərəfdə iltihablı, orta dərəcəli qabarıq timpanik membran qeydə alınmışdır. Məməyəbənzər çıxıntıda şişkinlik yoxdur. Sol qulağın otoskopiyası patologiyasızdır. Burun keçəcəyi sərbəstdir. Badamcıqları böyüməyib, təmizdir. Limfa düyünləri böyüməyib. Digər orqanlar tərəfindən patoloji dəyişikliklər aşarlanmaməşdır. Müalicənin düzgün variantını qeyd edin:

  - Ədəbiyyat: N. A. Hacıyeva, A. İ. Həsənov “Uşaqlarda tənəffüs orqanlarının xəstəlikləri zamanı rasional antibiotikoterapiya”. Elm və təhsil” Bakı-2013

Sual № 1600

14 yaşlı qız pediatra müraciət edib. Şikayətlər: 12 gün ərzində davam edən burnun iki tərəfli tutulması, burnundan ifrazatın gəlməsi, ağızdan pis qoxunun olması, gün ərzində davamlı olan öskürəyin olması. Son 1-2 gün ərzində rinoreya daha da irinli olmuşdur. Qızdırma, burun qanaxması, baş ağrısı pasient tərəfindən inkar edilir. Pasient dekonqestantlardan və soyuqdəyməyə qarşı preparatlardan istifadə edib, lakin yaxşılaşma olmayıb. Anamnezdən məlumdur ki, pasient baş və boğaz nahiyəsində cərrahi əməliyyat keçirməyib, dərman və ətraf mühitə qarşı allergiyası yoxdur. Müayinə zamanı: qızdırması yoxdur, göz almaları hərəkətlidir, intoksikasiya əlamətləri qeyd olunmur. Burnun selikli qişası ödemli və iltihablıdır, aşağı balıq qulaqları böyüyüb, az miqdarda selikli-irinli ifrazat müşahidə olunur. Otoskopiya N. Badamcıqlar böyüməyib, irin və postnasal axıntı qeyd olunmur. Digər orqanlar tərəfindən patoloji dəyişikliklər yoxdur. Bu xəstənin müalicəsində seçim preparatı göstərin:

  - Ədəbiyyat: N. A. Hacıyeva, A. İ. Həsənov “Uşaqlarda tənəffüs orqanlarının xəstəlikləri zamanı rasional antibiotikoterapiya”. Elm və təhsil” Bakı-2013

Sual № 1604

Anemiyasız qeyd olunan dəmir defisiti zamanı hansı laborator göstərici aşağı düşür?

  - Ədəbiyyat: N.A.Hacıyeva " 3 yaşa qədər uşaqlarda dəmir çatışmamazlığı və dəmir defisitli anemiyaların diaqnostika və profilaktikası"

Sual № 1612

Ketoasidoz zamanı müşahidə olunan qusma nəyin nəticəsində baş verir?

  - Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×